FOTOVİDEO

Ardını oxu...
 

Beynəlxalq Muğam Mərkəzində Türk Ağsaqqallar İctimai Birliyinin (TAİB) Mədəniyyət Komitəsinin sədri, görkəmli sənətkar Aybeniz Haşımova və Sənət Akademiyasının tələbələrinin konserti keçirilib.

Musavat.com xəbər verir ki, Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasına həsr edilən konserti Səid Rüstəmov adına xalq çalğı alətləri orkestri müşayiət edib.

Bədii rəhbər və dirijor Azərbaycan və beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı Mustafa Aşurovun rəhbərliyi ilə keçən gecə yüksək səviyyədə, tamaşaçıların alqış sədaları altında səhnəyə çıxan uşaq və yeniyetmələrin heyranedici ifaları yaddaqalan olub. Sənət Akademiyasının tələbələri böyük sənətkar Aybəniz Haşımovadan əxz etdikləri sənətin incəliklərini yüksək səviyyədə təqdim ediblər, bir çox hallarda tamaşaçıları təəccübləndirməyi bacarıblar. Əməkdar artist Aybəniz Haşımovanın ecazkar ifaları, tələbələri ilə səhnəni paylaşması, korifey sənətkarların, bəstəkarların əsərlərini təqdim etməsi, “Azərbaycan” mahnısını onu ayaq üstə alqışlayan tamaşaçılarla birgə ifa etməsi yaddaqalan olub. Retro mahnıları yüksək səviyyədə ifa edən, hətta aktyorluq məharətləri ilə də heyrətləndirən tələbələr Azərbaycanın ifaçılıq sənətinə yeni səslərin gəldiyinə, səhnəmizin yeni rəşidlərinin, şövkətlərinin doğulduğuna inam yaradır.

Ardını oxu...

Musavat.com-un əməkdaşı bildirir ki, konsert gecəsində iştirak edən tamaşaçılar arasında Azərbaycanın sabiq xarici işlər naziri Həsən Həsənov da olub. Gecədə aparıcılığı da öz üzərinə götürərək, məclisi yüksək səviyyədə idarə edən Əməkdar artist bir neçə dəfə tarixə ekskurs edərək onun səsini mərhum prezident Heydər Əliyevin, həmçinin Həsən Həsənovun şəxsən dinlədiklərini, bəyəndiklərini və bu hadisələrin onun sənət aləmində mühüm rol oynadığını söyləyib. Konsertdən sonra Aybəniz xanımla Həsən Həsənovun, onları əhatəyə almış insanıarın əhatəsində səmimi söhbəti, sənətkarın diplomata minnətdarlığını bir daha dilə gətirməsi ilə bağlı kadrları təqdim edirik:

ELŞAD,
Musavat.com

 

 
 
 
 
 

 

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
Ardını oxu...
Yəqin bu başlıq bir çoxlarına mərhum şairimiz Qabilin məşhur “Səhv düşəndə yerimiz” şerini
xatırladacaq. Fərq bundadır ki, orda məkan, burda məfhum yerdəyişməsindən söhbət gedir.
Başqa sözlə desək, biz son zamanlar geniş yayılmış leksik norma pozuntularını hədəfə almışıq.
Müşahidələrimiz göstərir ki, belə leksik xətalara ən çox yalançı bəstəkarlar və kəmsavad
müğənnilər yol verir, sosial şəbəkələr və televiziya kanalları isə həvəslə onların qulluğunda
durur, ildırım sürətilə yayılmalarına şərait yaradır. Ənənəvi türk və fars ritmləri üzərində
aranjiman edilən musiqi parçaları nəinki məişət üslubunda, hətta küçə dilindən də betər tərzdə
ifa olunur. Bədii ədəbiyyatın, poeziyanın mahnı janrındakı rolundan, ümumiyyətlə, lirik növün
bədii-estetik tələblərindən xəbərsiz olan belə müğənnilər o tamaşaçıların və ya dinləyicilərin
zövqünü korlayır ki, onların sayı bu bayağılaşmaya laqeyd qalanların sayından, təəssüf ki,
qat-qat azdır.
Məsələn, illər öncə ifalarını həvəslə dinlədiyim Brilliant Dadaşova niyə birdən-birə gözümdən
düşdü, bilirsiz? “Maç-maç, quc-quc” dediyi həmin o meşşan əhval-ruhiyyəsi yaradan düşkün, şit
və bayağı mahnısına görə (təbii ki, əgər buna mahnı demək olarsa). Heç bilməzdim istedadlı
şairlərin sözlərinə peşəkar bəstəkarların mahnıları sayəsində qazanılan populyarlıqla
qudurğanlıq, təkəbbür və lovğalıq arasındakı məsafə bu qədər yaxın olarmış. O vaxt heç kim bu
nazlı xanımdan soruşmadı ki, görəsən, o, daşa-divarlara niyə sarılıb? Kimə yalvarır və niyə
yalvarır? Bəlkə, körpə üçün darıxıb onu oxşayan, nazlayan ana, bacı, bibi, xala hansısa mistik
qüvvənin təsiri altında bunu edir? Amma yox, bu nazlama heç də körpəyə yox, qarşısında
yarıçılpaq oynadığı türk iş adamına aid imiş. İstər-istəməz düşünürsən, xalqın artisti adını almış
bir qadın yad ölkədə, olsun ki, qardaş ölkədə necə bu qədər alçala bilər?
Yaxud, götürək müğənni Əlikram Bayramovu. Hərdən mənə elə gəlir ki, onun ən ulu babası
Dədə Qorqud olub. İntəhası, o kişi sonradan açıq etiraf etdi ki, dörd əşyanın adını düz
qoymayıb: gəlinə ayıran, ayrana doyuran, iynəyə tikən, tikana isə sökən deməli imiş. Amma bu
babasına çəkməyib, yəni kişi kimi boynuna almaq istəmir ki, uşaqlıqda məktəbə cırıq ayaqqabı
və yırtıq şalvarla yox, yırtıq ayaqqabı və cırıq şalvarla gedib.
Pardon, deyəsən, mən də səhv saldım. Bu kişi əsrin gözəlini görəndə ürəyi çırpınmaq əvəzinə
gözləri çırpınırmış… Heç cür anlaya bilmədim ki, çırpınan gözlər necə olur. Hətta saatlarla
güzgü qabağında məşq elədim, yenə alınmadı.
Çaşmaq dedim, yadıma bir əhvalat düşdü. Bir dəfə zavodda yenicə işə düzəlmiş bir nəfərə bir
cüt əlcək, bir çemodan və bir tay şüşə verib deyirlər ki, bunları apar qonşu sexə. Adam da
işgüzarcasına “baş üstə” deyib şeyləri götürüb gedir. Sexə çatanda fəhlələr gülüşməyə başlayır.
Sən demə, adam gözünə döndüyüm əlcək taxdığı əllə çemodanı, yalın əllə isə şüşəni
götürübmüş.
Əslində, əşyaların yerini səhv salmağın elə də qorxusu yoxdur, uzaqbaşı yerlərini dəyişirsən
düzəlir. Bəs sözlərin yerini səhv salan, rabitəsiz və məntiqsiz ifadələrlə eybəcər mahnı mətnləri
yazan adamların səhvlərini kim düzəldər?
Alim HÜSEYNOV
AJB-nin üzv
 
Ardını oxu...
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür.

1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.

Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33-cü ili tamam olur.
Ətraflı

Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurub, 1991-ci ildə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq olunub.

Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.

Qanunun təsdiqlənməsi ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.

Qeyd edək ki, Azərbaycanda Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd olunan iş günüdür.
 
Ardını oxu...
Bu həftə "Liatris" Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyevanın yeni layihəsi olan "Qaranlıqda həqiqət"in qonağı sabiq Təhsil naziri, əməkdar elm xadimi Misir Mərdanov olub.

Veriliş zamanı kövrək anlar yaşanıb. Belə ki, sabiq nazir anasının vəfat etdiyi zamanı xatırlayıb, onu görməyə getmədiyi üçün peşmanlığını dilə gətirib və kövrələrək göz yaşlarına hakim ola bilməyib.

Ətraflı RTV-də izləyə bilərsiniz:


 
Ardını oxu...
"Şuşa Dövlət Musiqili Dram Teatrı üçün yeni bina tikiləcək".

"DogruXeber.az" bildirir ki, bu barədə Qaynarinfo-ya sözügedən teatrın direktoru Yadigar Muradov məlumat verib.

Direktorun sözlərinə görə, hələlik kollektiv Xankəndində fəaliyyət göstərəcək:

"Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova dedim ki, Xankəndində ermənilərin teatr binası var, onu bizə verin, gedək orada işləyək. Aydın müəllim bu təklifimi bəyəndi, dedi ki, bunu müzakirə edək, sonra sizə cavab verək. Bu yaxınlarda Şuşada tədbir var idi. Mədəniyyət naziri Adil Kərimli Vaqifin məqbərəsinin qarşısında dedi ki, təklifiniz Prezidentin yanında müzakirə olunub və Xankəndindəki teatr müvəqqəti olaraq Şuşa teatrına veriləcək".

Yadigar Muradov Xankəndindəki teatrın qısa zamanda təmir olunacağını vurğulayıb.

Bəs teatrın adında dəyişiklik olacaqmı? Direktor buna inanmadığını bildirib:

"Ola bilər ki, Xankəndində fəaliyyət göstərdiyindən teatrın adı müvəqqəti Şuşa-Xankəndi Dövlət Musiqili Dram Teatrı kimi deyişdirilsin".
Ardını oxu...
Aşağıdakı şəkildə döyüş zamanı ölü düşmüş igidi meyitlər arasından çıxaran mələk qadının sözləri etrusk türk döyüşçüsünün qəhrəmanlıq səlnaməsi ilə bərabər, "Ananın" şəhid oğluna ah-vayıdır, acı, peşimançılıq naləsidir. Orada bu sözləri oxumaq olur. Soldakı boş qara sahədə:
"YENEMEKNERİNE HERM OLENES KALOS"
Yuxarı sağdakı boş sahədə:
"NEO SUORİZ EİRAOSEN"
Sağda aşağıdan igidin sifəti boyu sahədə:
MEMİLON KAUİADES E VOİENEN
Qəlibləmə:
YENEMEK NERİNE HERM OLANES KALOS
NEO SUORİZ Eİ RAOSEN
MEMİL ON KAUİADES E VOİNEN
Buradakı
HERM - HEREM - üzülüb, süzülüb əldən düşmə;
RASEN / ROSEN - güman ki, evə cəsədi gətirilmiş igid döyüşçünün adıdır; Bir də Herodot yazır ki, Etrusklar özlərinə Rasen deyirdlər. Mümkündür ki, "Ey Ra/o/sen !" deyən ana, oğlunu elə öz adı lə çağırır: EY ROUŞEN !
MEMİL - MEMUL - gözlənilən, arzu olunan, intizarı çəkilən; ümid.
ON – 10 rəqəmi deyil. Etruskda sözləri “o” səsi ilə tələffüz dominantdır. Burada ON - AN, LƏHZƏ, moment mənasındadır
SON AÇMASI:
" YENMƏK (UDUZMAQ, MƏĞLUB OLMAQ) [YERİNƏ] GÜCSÜZ,
OLUB [ÖLÜ] QALMANI NEYE SORARIZ EY ROSEN - (NƏDƏN-KİMDƏN SORAQ, EY ROUŞEN)?
MEMUL ONI (ÜMİD ANI Kİ, QALİB QAYIDACAQSAN), [BİZ SƏNİ BU CÜR] EY-VOYİNEN (EY/AH-VAYINAN) [QAYITMAĞINIMI GÖZLƏYİRDİK, OĞUL]?..
_____________________________
Parisin Luvr muzeyində saxlanılan fincanın içində çəkilmiş şəkildir. 2500 ildir TÜRKDİLLİ YAZISI İLƏ YATIR.
Amma fincan dünyaya yunan məmulatı kimi saxta yazıyla: "Memnon Pieta" oğlu Memnonun cəsədini qaldırır" təqdim edilir.
Eradan əvvəl 490-480-ci illər. Yəni 2490-2500 il öncə.
***
Dilini aça bilmədiklərindən, Şumer TÜRKÜNÜN də, Etrusk TÜRKÜNÜN də nəyi varsa yunanın adına çıxırlar.
***
Bütün dünya muzeylərini bəzəyən biz Azərbaycan, amma oraları qürurla tərk edən - yunan.
"Duran öküz təzəyini yatan öküzün başına tökər" - elə bu yatağan xalqın öz təbii deyimidir. Uşaqlıqda yaylaq yurd yerində səhər vələ qoşulmağa xırmana gətirilən iki cüt öküz dəstində tez-tez rast gəldiyim səhnə olardı. Birinin alnından təzək axardı...
Tariyel Azerturk
TEREF
 
 
 
Ardını oxu...

Macarıstan, Rusiya və Belarusun məşhur sirklərinin rəhbərləri və mütəxəssisləri Azərbaycan tərəfinin dəvəti ilə ölkəmizdə səfərdədir.

Musavat.com xəbər verir ki, səfərin məqsədi Bakı Dövlət Sirki ilə əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

Oktyabrın 14-də Mədəniyyət Nazirliyində Bakıda qonaq olan sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib.

Görüşdə Budapeşt sirkinin direktoru, Budapeşt Beynəlxalq Sirk Festivalının rəhbəri, Şərqi Avropa Sirk Assosiasiyasının prezidenti, Macarıstanın keçmış mədəniyyət naziri Peter Fekete, “Svetnoy bulvarda” Moskva Nikulin Sirkinin bədii rəhbəri və baş direktoru Maksim Nikulin, Belarus Dövlət Sirkinin direktoru Vladimir Şaban, Kazan sirkinin (Tatarıstan Respublikası – RF) direktoru Elmira Bulatova, Rusiyanın ən böyük tematik parkının baş direktoru Lyudmila Kuznetsova və digər qonaqlar iştirak ediblər.

Qonaqları salamlayan mədəniyyət naziri Adil Kərimli ölkəmizdə sirk sənətinin zəngin ənənələri olduğunu bildirib. Qeyd edilib ki, Bakı Dövlət Sirki uzun inkişaf yolu keçib və kollektiv Azərbaycandan kənarda da yaxşı tanınır.

Söhbət zamanı sirk rəhbərləri öz təcrübələrini bölüşüblər. Bakı Dövlət Sirki ilə əməkdaşlığın quruması və qarşılıqlı birgə layihələrin icrası müzakirə olunub. Eyni zamanda təmir dövründə yüngül konstruksiya tipli sirkin, şapitonun qurulması ilə bağlı müzakirə aparılıb, bu mənada, Macarıstan sirkinin təcrübəsi diqqət mərkəzinə çəkilib.

Görüşdə Bakı Dövlət Sirki yaradıcı heyətinin xarici ölkələrin müvafiq təhsil ocaqlarında ixtisaslaşması məsələləri barədə də fikir mübadiləsi aparılıb.

Sonda qonaqlarla xatirə şəkilləri çəkdirilib.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 

Ardını oxu...
Gənc müğənni, xanəndə Rəvanə Əmiraslanlı tanınmış bəstəkar Tahir Əkbərin "Dərdin alım" mahnısına əlavələr edərək ifa edib.

Bu haqda Moderator.az-a mərhum bəstəkarın xanımı Aybəniz Əkbərova məlumat verib.

O iddia edib ki, müğənni mahnını icazəsiz oxuyub.

"Tahir Əkbərin nə tərifə, nə təbliğata, nə də reklama ehtiyacı var. O öz adını musiqi tariximizə qızıl hərflərlə yazdırıb. Əsərləri göz qabağındadır. Onun mahnılarını icazəsiz oxuyanların sayı az deyil. Bir də görürsən ki, mahnını elə hala qoyurlar ki... Sonda başa düşürsən ki, bu, Tahirin mahnısıdır. Özlərindən nəsə icad edirlər. Tahir professional bəstəkar olub. Tahir Əkbər muğamlarımızı, klassik musiqilərimizi bilirdi.

Bu paylaşımı dünən gördüm, təsadüfən qarşıma çıxdı. Adını da bilmirdim, sonradan dedilər ki, Rəvanə Əmiraslanlıdır. "Dərdin alım" illərin mahnısıdır. Bunu hər kəs əzbər bilir. Hətta gənclərimiz də. Mən anlamıram, bu rəqsi Tahir Əkbərin mahnısının içinə salıb nə demək istəyirlər?! Belə çıxır ki, Tahir Əkbər mahnını düzgün bəstələməyib, bunlar yenidən bəstələyirlər? Kimdir onlara bu ixtiyarı verən?! Birincisi, icazəsiz oxuyursan, problem yoxdur, oxu! Amma Tahir Əkbərin mahnısına əlavə rəqs salmağa ehtiyac yoxdur. "Dərdin alım" onsuz da rəqsdir.

Deyirlər ki, Rəvanə xanım teatrda "Leyli"ni oynayır. Yaxşı, aranjimançı bunu edib, ali savadlı Rəvanə xanım niyə mahnını belə oxuyur? Tahir Əkbərin əsərlərinin varisi bizik, bu cür əlavələrin olunmasına qətiyyən etiraz edirəm. Ümumiyyətlə bəstəkar mahnısına toxunmaq olmaz. Mahnı yazmaq istəyirsinizsə, gedib yazın, içinə də 10 dənə rəqs əlavə edin. Tahir Əkbər zəif bəstəkar deyil ki, onun əsərinə nəsə əlavə olunsun. Zamanında məsləhət bilsəydi, özü rəqs salardı. Bir-iki əsərdə kollaj kimi rəqsdən istifadə edib. Arzu Əliyevanın "O günlərə qayıdaram" və Gülyanaq Məmmədovanın "Məndən sənə yar olmaz" mahnılarında rəqsdən kollaj kimi istifadə edib və keçid verib. Mahnıları aranjiman etmək olar, müasirləşdirmək olar. O, özü də inqilabçı bəstəkar idi. Mən etiraz edirəm, həmin aranjimançı, yaxud da Rəvanə Əmiraslanlı çıxıb buna aydınlıq gətirsin ki, niyə belə etmişik?! Səbəbini desinlər!" - deyə bəstəkarın xanımı bildirib.
Ardını oxu...
Palindrom – tərsinə oxunuşu da eyni olan cümlə, söz və ədədlərə deyilir. Yunan dilindəki "Palindromon" sözündəndir, mənası "Geri çevrilən / Tərs(in)ə dönən", "Arxası-Önü olmayan" deməkdir. Azərbaycan dilində bunu "Astarı-Üzü (Tərsi-Üzü) eyni" kimi qəbul etmək olar.
Müasir Türk dilində "palindrom" termininin mənasını birbaşa açıqlayan "Tərsi-düzü bir" deyimi işlədilir.
Palindrom yaradıcılığında dilin ifadə və formal imkanlarının üzə çıxarılması əsas məqsəd daşıdığından bu söz yığınının hər şeyə baxmayaraq bir də müəyyən məna daşıması əlavə üstünlük sayılır.
İlk palindrom hələ Miladdan əvvəl IV əsrdə qədim latın dilində tərtib olunub : "Sator Arepo tenet opera rotas"("Əkinçi Arepo yorulmadan çalışır.") Bizans imperiyasının paytaxtı Sofiyadakı bir kilsənin mərmər divarlarına aşağıdakı palindrom üslublu hikmət oyulmuşdur: NİSPONANOMİMATAMİMONANOPSİN
("Təkə üzünüzü deyil, günahlarınızı da yuyun")
Palindrom sözlər :
Mum, Sus, Dad, ləl, lal, ütü, iki, səs, ada, ağa, ala, iri, yay, ana, ata, kök, bab, amma, kələk, şabaş, qabaq, mənəm, qapaq, ənənə, mühüm, kiçik, Əzizə, Küllük, qulluq, Tavat, şeş, küçük iti
https://az.m.wikipedia.org/wiki/Palindrom
Gülnar Abbasova
 
Ardını oxu...
"Hamlet Qurbanov çox qəribə insan idi. Heç kimə bənzəmirdi. Öz dünyası vardı. O dünyasına da heç kəsi buraxmırdı. Qapalı adam idi." Sənət dostları onu belə xarakterizə edirlər. Böyük aktyorluq istedadı onun qəribə xarakteri ilə çulğaşmışdı. Bu xüsusiyyətlərin birliyində Azərbaycan teatrı, televiziyası və kinosu üçün əvəzolunmaz rollar yaranmışdı...

Oktyabrın 13-ü mərhum aktyor Hamlet Qurbanovun doğum günüdür. Sənət yoldaşları "Kaspi" qəzetinə onun haqqında həm böyük məhəbbət, həm də erkən itkisindən doğan dərin kədər hissi ilə danışıblar:

Milli Dram Teatrın qocaman aktyoru, Xalq artisti Rafiq Əzimov xatırlayır: "Hamlet məndən bir il əvvəl teatra gəlmişdi. Hələ Teatr İnstitutunda oxuduğu illərdə onun diplom tamaşasına baxıb çox bəyənmişdim. Nazim Hikmətin "Şöhrət və unudulan adam" əsərində oynadığı doktor obrazı demək olar ki, gənclik illərində oynayan aktyorların içərisində ən yüksək səviyyədə yaradılan bir obraz idi. Teatrda işlədiyi dövrdə də çox istedadlı aktyor kimi tanınırdı. Təbiətində bir az qeyri-adilik olsa da istər teatrda, istərsə də kinoda yaratdığı bütün obrazlar bir-birindən fərqli və maraqlı idi. Rejissorlarla münasibətdə çox vaxt obrazı təqdim etmək üçün öz istədiyinə nail olurdu. Onun obrazlara öz baxışı vardı. İndi də Hamletin oynadığı rollara baxanda tamaşaçılar hər bir rolunda aktyor oyununun qüdrətini görürlər". R.Əzimov sənət dostunun oynadığı obrazlarla unudulmaz xarakterlər yaratdığını deyir: "Elə təkcə "Topal Teymur" televiziya tamaşasını xatırlamaq kifayətdir. İstər Əmir Teymuru oynayan Hamlet Xanızadə, istərsə də İldırım Bəyazidi oynayan Hamlet Qurbanovun sonda üz-üzə gələrkən dialoqları böyük sənəti nümayiş etdirirdi. Hamlet də atası Ağadadaş Qurbanov, anası Gülzar Həsənova kimi sənət aləminin incisi idi".

Xalq artisti, tanınmış rejissor Ramiz Həsənoğlu "Hamletlə işləmək o qədər asan deyildi. Onun öz dünyası vardı, qapalı adam idi", - deyə xatırlayır: "Hamletin düşündüyü ilə sənin təklifin bəzən üst-üstə düşmürdü, ancaq işləməyə yol tapırdın. Mən Hamleti dörd televiziya filmində - "Topal Teymur", "Günahsız Abdulla", "Yollar görüşəndə" və "Evləri köndələn yar"da çəkmişəm. Yadımdadır ki, "Topal Teymur"a bir çox aktyorları, həmçinin Fuad Poladovu dəvət etmişdim. İstəyirdim Fuad tamaşada Orxan rolunu oynasın. Sonra nədənsə alınmadı, o rolu Rafael Dadaşov oynadı. Tamaşa efirə çıxandan sonra Fuad mənə zəng edib dedi: "Açığı deyim ki, sən o rolu mənə təklif edəndə ürəyimdən İldırım Bəyazid obrazı keçirdi. Amma nə yaxşı ki, sən o rolu Hamlet Qurbanova vermisən". Siz aktyorun böyüklüyünə baxın. Ürəyindən keçəni deməyib, üstəlik aktyor yoldaşının uğuruna da sevinib. Fuad hər aktyoru bəyənməzdi. Əgər o Hamletin rolunu bəyənmişdisə, indi görün, o necə oynayıb ki, oyunu Fuadı da valeh etmişdi". Rejissor deyir ki, H.Qurbanov istədiyi rolları oynaya bilib: "Hamletin özünəməxsus danışıq tərzi vardı. Hərdən sözlərin tələffüzünü özünəməxsus şəkildə deyirdi. Roluna o qədər daxil olurdu ki, hətta özünü unudurdu. Heyf ki belə bir sənət adamını tez itirdik. Mən heç vaxt onu unutmuram!".

"Hamletin özünəməxsusluğu, qəribəliyi, heç kəsə bənzəməyən oyun tərzi vardı", - deyə Xalq artisti Rasim Balayev xatırlayır: "Hamlet hətta ömrünün axırlarında "Əliqulu evlənir"də Əliqulu obrazın da oynadı. Baxmayaraq ki, Ağasadıq Gəraybəyli o rola möhür vurmuşdu, Hamlet də özünəməxsus oynadı. Onun rolu da tamaşaçı tərəfindən sevildi və qəbul olundu".

Xalq artisti Səidə Quliyeva mərhum aktyorla bir neçə tamaşada tərəf-müqabil olduğunu xatırlayır: "Mən 1978-ci ildə teatra işləməyə gələndə rejissor Əşrəf Quliyev Şekspirin "Heç nədən hay-küy" tamaşasını hazırlayırdı. Mənə baş rollardan biri verilmişdi. Hamlet Qurbanov tamaşada mənim atamı oynayırdı. Əlbəttə, gənc aktrisanın belə bir teatrda, bu cür böyük sənətkarlarla addımlaması böyük qürur idi. Hamlet çox istedadlı aktyor idi. Elə bil onun qanından istedad axırdı. Onun hər sözü, hər baxışı gənc aktrisa üçün bir məktəb idi.

Daha sonra "Yollar görüşəndə" televiziya tamaşasında həm Hamlet Qurbanovla, həm də anası Gülxar Həsənova ilə birlikdə çəkildim. Nə yaxşı ki, Ramiz Həsənoğlu o tamaşada Gülxar xanıma rol verdi. Gülxar xanım Opera Teatrının bir çox tamaşalarında unudulmaz rollar yaratmışdı, amma televiziya tamaşasında oynadığı bir obrazla yaddaşlara həkk olundu". S.Quliyeva Hamlet Qurbanovun qeyri-adi xarakterindən danışır: "Hamlet çoxdanışan adam deyildi. Əvvəllər elə bilirdim o biganə insandır. Amma bir dəfə İrəvan Teatrında qastrolda olanda onun nə qədər unikal bir insan olduğunun şahidi oldum. Hərdən yemək masasında oturub söhbət edirdik. Mən onda başa düşdüm ki, ondan öyrənməli çox şey var. Çox qürurlanıram ki, Azərbaycan səhnəsində belə bir möhtəşəm aktyor olub. O, Tofiq Kazımovun ən çox sevdiyi aktyorlardan idi". S.Quliyeva sənət dostunun səhhətinə biganə yanaşmasını da xatırlayır: "Hamlet çox məhsuldar aktyor idi, amma səhhətinə o qədər də fikir vermirdi. O, hətta xəstə olanda da məşqlərə, tamaşalara gəlirdi. Məndən yaşda böyük idi, ona nəsə deməyə çəkinirdim. Amma "Ay Hamlet, belə vəziyyətdə niyə gəlirsən?" deyəndə "Evdə otura bilmirəm, xəstəliyimi də teatrın səhnəsində unuduram", - deyə cavab verirdi. Təəssüf ki, Hamletin şəxsi həyatındakı problemləri onun əhvalına və yaradıcılığına da sirayət edirdi. Hamleti dərin fikirlərə aparan həyatı vardı. Atası faciəli şəkildə vəfat etmişdi. Özü onkoloji xəstə idi. Ona yardım olmadı. Bütün bunlar ona pis təsir edirdi. Hamlet ağır şəraitdə dünyasını dəyişdi. Hamlet Qurbanov bu gün yada düşmür. Bizdə talesiz aktyorlar olub. Onlardan biri də Hamlet Qurbanov idi. Amma onun oynadığı rollar, yaratdığı xarakterlər yaddaşlarda əbədi qaldı".
 

Dünyapress TV

Xəbər lenti