Aqrar Sığorta Fondu fermerə DİVAN TUTUR
“Builki mövsümdə 15 hektarda taxıl əkmişdik. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun əməkdaşları dedilər ki, taxılı sığorta etməyən fermerlər subsidiya almayacaqlar. Biz də məcbur qalıb məhsulu sığorta etdirdik. Qəbz olsa da, sığorta müqaviləsi təqdim edilmədi. Fırtına oldu, məhsul yığa bilmədik, indi də sığorta ödənişdən imtina edir”.

DİA.AZ bildirir ki, bunu Meydan TV-yə Qobustan rayonu, Ərəbşahverdi kəndində yaşayan fermer Becan Lətifov deyib. Fermerin sözlərinə görə, hər il taxıl əkini ilə dolanıblar, dövlət tərəfindən subsidiya ödənilib. Bu ildən yeni qayda yaradılıb.

“Martın axırı, aprelin əvvəlində güclü fırtınalar oldu. Nəticədə fırtına toxum qarışıq məhsulu apardı, sahə pis günə düşdü. Tək mənim sahəm deyil, ərazidəki digər sahələrdə də məhsul zay oldu. Aqrar Sığorta Fondunun komissiyası aprelin əvvəlində sahələrə baxış keçirdi və məhsulun fırtınadan məhv olduğunu aktlaşdırdı”, – fermer deyib.

Becan Lətifovun sözlərinə görə, ikici dəfə mayda komissiya gəlib, sahələrə baxış keçirilib və yenidən akt tərtib olunub. İkinci komissiya hesab edib ki, 15 hektar sahənin yalnız 2 hektarı fırtınadan zərər görüb, 13 hektar quraqlıqdan məhsul verməyib:

“Halbuki bu mümkün deyil ki, açıq ərazidə fırtına sahənin yalnız bir tərəfini tutsun. Biz 2 hektar üçün ödəniləcək sığortadan imtina etdik. Qonşu sahələrin sahibləri də şahiddirlər, sahəyə biçilməsi üçün kombayn salmadıq. Çünki əhəmiyyətsiz idi, məhsul tamamilə məhv olmuşdu. Bunu komissiya da gördü. Prokurorluğa şikayət edənlərin sığortası dərhal ödənildi, mənə isə məhkəməyə müraciət etməyimi məsləhət görürlər. Bu fermerlər arasında ayrı-sekçilikdir”.

Fermer deyir ki, birinci aktın dəyişdirilməsi saxtakarlıq olub. Buna görə də məsələnin araşdırılması üçün kənd təsərrüfatı naziri İnam Kərimova müraciət edib. Lakin hələ müraciətinə cavab verilməyib.
Kənd Təsərrüfatı Nazirliyindən Meydan TV-yə bildiriblər ki, fermer Aqrar Sığorta Fondunun 1651 Çarğı Mərkəzinə zəng vurub məlumat ala bilər.

“Quraqlığa görə sığorta ödənişi edilmir, müqavilədə sığorta hadisələrinin siyahısı dəqiq verilib”, – nazirlikdən əlavə ediblər.

Aqrar Sığorta Fondunun açıqlamasında isə deyilir ki, Qobustan rayonunda 6400 hektar əkin sahəsi sığorta edilib, bunun bir hissəsi qasırğadan zərər çəkib. Ümumilikdə 400 hektar əkin sahəsi qasırğadan zərər çəkib. İlkin qiymətləndirmələrə görə, hadisə nəticəsində fermerlərə dəyən zərərin məbləği 400 min manat ətrafındadır.

Bölmənin digər xəbərləri

01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI
26 Aprel 2025 Avtomobil tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
25 Aprel 2025 Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?
25 Aprel 2025 Ermənistan Türkiyədən nə alıb və nə satıb? - SİYAHI
25 Aprel 2025 Ağsu rayonunda tenderləri kim udur? - İLGİNC...
24 Aprel 2025 Prezident İlham Əliyev Sonq Hailianq ilə görüşüb
24 Aprel 2025 Kredit faizlərinin aqibəti necə olacaq? - AKTUAL
23 Aprel 2025 Bitkoinin qiyməti kəskin artdı

Dünyapress TV

Xəbər lenti