"Azərbaycanla qaz sazişi dondurulmayacaq..." -
"Avropa İttifaqı (Aİ) Azərbaycana qarşı sanksiyaları, eləcə də qaz kontraktını ləğv etməyi, yaxud dondurmağı nəzərdən keçirmir".

Bunu Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrel Avropa Parlamentinin dünənki iclasında deyib.

Borrel bütün xristian siyasətçilər kimi ermənilərin təxribatı nəticəsində Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı qarşıdurmada Bakını günahlandırsa da, deputatlar onun tənqidindən razı qalmayıblar. Bəziləri Azərbaycanla imzalanmış qaz sazişini ləğv etməyə, heç olmasa, dondurmağa çağırıblar. Borrel isə cavabında bunun baş verməyəcəyini deyib. İclasda Borreldən soruşublar ki, Azərbaycana sanksiya tətbiqinə hazırdırlarmı.

“Bildiyim qədərilə, üzv ölkələrdən heç biri masaya belə bir təklif çıxarmayıb. Sanksiya tətbiqi üzv ölkələrin işidir”, – Borrel deyib.

O, Avropa Komissiyası sədrinin Bakıyla qaz sazişi imzalayarkən prinsipləri pozmadığını, güzəştlərə getmədiyini söyləyib.

“Azərbaycan bizə milyardlarla kubmetr qaz satır və bu il imzalanmış saziş sayəsində həcmdə ciddi artım olacaq – 8-12 milyard kubmetr. Sizi əmin edə bilərəm ki, bunun qarşılığında heç bir siyasi güzəştə gedilməyib...” – deyə, o, vurğulayıb.

Diplomat Aİ-nin gərginliyi azaltmaq, regionda sülhü bərqərar etmək üçün bütün imkanlara sadiqliyini, ancaq reallıqda belə alətlərin az olduğunu vurğulayıb. O, Azərbaycan-Ermənistan sərhədinə müşahidə missiyası göndərməyə hazır olduqlarını, amma Bakının buna razılıq vermədiyini qeyd edib.

“Sərhədə Aİ-nin vasitəçi missiyasını yerləşdirməyi təklif etdik. Ermənistan razılaşdı, Azərbaycan yox. Başqa nə etməyimizi istəyirsiz? Hər iki tərəfin razılığı olmadan Aİ qoşunlarını göndərə bilmərik”, – diplomat söyləyib.

Borrelin sözlərinə görə, hazırda Avropa tərəfi ona çalışır ki, iki ölkənin sərhəd delimitasiyası komissiyası bu ayın sonunadək Brüsseldə görüşsün. Belə bir görüşün keçirilməsi haqda təklif iki ölkənin xarici işlər nazirlərinin oktyabrın 2-də Cenevrə görüşündə də səslənmişdi.

 
 
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI
26 Aprel 2025 Avtomobil tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
25 Aprel 2025 Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?
25 Aprel 2025 Ermənistan Türkiyədən nə alıb və nə satıb? - SİYAHI
25 Aprel 2025 Ağsu rayonunda tenderləri kim udur? - İLGİNC...
24 Aprel 2025 Prezident İlham Əliyev Sonq Hailianq ilə görüşüb
24 Aprel 2025 Kredit faizlərinin aqibəti necə olacaq? - AKTUAL
23 Aprel 2025 Bitkoinin qiyməti kəskin artdı
23 Aprel 2025  Kimlər “Lukoyl”un hesabına milyarder olub? - SİYAHI
23 Aprel 2025 Kartof-soğanın qiyməti niyə kəllə-çarxdadır? - Ekspert AÇIQLADI
23 Aprel 2025 Gömrükdən büdcəyə daxil olan vəsaitlərdə böyük azalma var - HESAB-KİTAB
23 Aprel 2025 Ekspertdən cərimə qalmaqalına CAVAB

Dünyapress TV

Xəbər lenti