Trampın Çinlə ticarət müharibəsində "həssas nöqtəsi" tapıldı
"ABŞ Prezidenti Donald Tramp tərəfindən genişmiqyaslı rüsumların dayandırılması Çinə (ÇXR) Ağ Ev rəhbərinin "ağrılı nöqtəsi" olduğunu göstərib".

Bu barədə "The New York Times"da (NYT) dərc olunan məqalədə bildirilir.

Qeyd edilir ki, rüsumların tətbiqini dayandırmaqla Tramp faktiki olaraq əsas rəqibi olan Çin lideri Si Cinpinə güzəştə gedib. ÇXR sədri, ABŞ prezidentindən fərqli olaraq, mütləq hakimiyyətlə idarə edir və qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün Çin xalqının çətinliklərə dözməsinə hazırdır. Hətta bu məqsədlər 1958-1962-ci illərdə "Böyük sıçrayış" siyasəti dövründə olduğu kimi iqtisadi və humanitar fəlakətlərə (həmin vaxt 10 milyonlarla çinli aclıqdan həlak olmuşdu) gətirib çıxarsa da…

Çində sosial şəbəkələr hazırda ABŞ ilə qarşıdurmada qətiyyətlə müqavimət göstərmək və sona qədər dayanmaq çağırışları ilə doludur. Çin XİN-in nümayəndəsi Mao Nin kimi rəsmi şəxslər ABŞ-ni bir zərbədən dağılacaq "kağız pələng"ə bənzədirlər.

Eyni zamanda, Tramp maliyyə bazarlarının, Uoll-stritin və onu dəstəkləyən milyarderlərin təzyiqini tam şəkildə görməzdən gələ bilmədiyini göstərib. Onların bir çoxu, o cümlədən İlon Mask, prezidentin tarif siyasəti ilə razılaşmadıqlarını bildiriblər. Tramp rüsumların dayandırılmasının bazarların düşməsi ilə əlaqəli olmadığını bildirsə də, NYT hesab edir ki, bu vəziyyət onun zəif nöqtəsini üzə çıxarıb.

Lakin Si Cinpinin də öz "ağrılı nöqtəsi" var - o, iqtisadi problemlərin Kommunist Partiyasının hakimiyyətinin legitimliyini təhlükə altına almasına imkan verə bilməz. ABŞ tarifləri isə Çin ixracatına - ÇXR iqtisadiyyatının əsas hərəkətverici qüvvəsinə zərbə vurur.

Beləliklə, ABŞ və Çin arasındakı ticarət müharibəsində milli maraqlar naminə öz xalqını daha uzun müddət çətinliklərə dözmək məcburiyyətində qoya bilən lider qalib gələcək. Hələ ki Si Cinpin Ağ Evdəki həmkarından daha böyük qətiyyət nümayiş etdirir.
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI
26 Aprel 2025 Avtomobil tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
25 Aprel 2025 Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?
25 Aprel 2025 Ermənistan Türkiyədən nə alıb və nə satıb? - SİYAHI
25 Aprel 2025 Ağsu rayonunda tenderləri kim udur? - İLGİNC...
24 Aprel 2025 Prezident İlham Əliyev Sonq Hailianq ilə görüşüb
24 Aprel 2025 Kredit faizlərinin aqibəti necə olacaq? - AKTUAL
23 Aprel 2025 Bitkoinin qiyməti kəskin artdı
23 Aprel 2025  Kimlər “Lukoyl”un hesabına milyarder olub? - SİYAHI
23 Aprel 2025 Kartof-soğanın qiyməti niyə kəllə-çarxdadır? - Ekspert AÇIQLADI
23 Aprel 2025 Gömrükdən büdcəyə daxil olan vəsaitlərdə böyük azalma var - HESAB-KİTAB
23 Aprel 2025 Ekspertdən cərimə qalmaqalına CAVAB

Dünyapress TV

Xəbər lenti