Bakıda köhnə binaların sökülməsindən sonra mənzillər bahalaşacaq? - AKTUAL
Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Məlumata görə, söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan, əsasən, qəzalı vəziyyətdə və aşınma dərəcəsi olduqca yüksək olan bina və tikililəri əhatə edir.

Söküntü işləri paytaxtın mənzil bazarında qiymətlərə necə təsir edəcək?

Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspert Vüqar Oruc Trend-ə açıqlamasında deyib ki, Bakı şəhərinin baş planına əsasən, paytaxtın infrastrukturu yenidən qurulacaq.

"Bunun üçün prioritet məsələlərdən biri də şəhərin yenilənməsi və yaşıllıq sahələrinin daha çox olmasına önəm verilməsidir.

Getdikcə şəhər əhalisi artır. Bununla yanaşı, şəhərdə sıxlıq da artır. Bunları aradan qaldırmaq üçün şəhər böyüməli və inkişaf eləməlidir. Bu səbəblərdən dolayı şəhərin kənar ərazilərə doğru böyüdülməsi, infrastrukturun inkişafı barədə planlar mövcuddur.

Paytaxtda aparılacaq söküntü və köçürülmə məsələləri də bu məqsədlərdən irəli gəlir. Prioritetlərdən biri də odur ki, yeni tikililər inşa edilən zaman şəhərin bu günə qədər olan memarlıq siması saxlanılmalı, tarixi binalar toxunulmaz qalmalıdır. İstismar müddəti bitmiş, yararsız binlara söküləcək. Artıq bu binalar müəyyən olunub.

İlkin mərhələdə 300-ə yaxın binanın sökülməsi gözlənilir. Bunun üçün tender elanı da verilib. Qiymtləndirici şirkətlər bu istiqamətdə fəaliyyət göstərirlər. Hazırda söküntü ərazilərində kompensasiya məbləğləri müəyyən edilir və yeni tikililərdə vətəndaşlara yeni mənzillər təqdim olunur. Bununla bağlı vətəndaşlar və müvafiq qurumlar arasında danışıqlar gedir", - o bildirib.

Cəmiyyət sədri qeyd edib ki, baş verən dəyişikliklər qiymətlərə təsir etməklə yanaşı, şəhərin abadlaşdırılmasında rol oynayacaq:

"Yeni infrastruktur dəyişiklikləri mühüm yeniliklərlə nəticələnəcək. Həmin ərazilərdə qiymətlərin artımını gözləyirik. Çünki infrastruktur inkişaf edirsə, yaşıllıq sahələri artırsa, nəqliyyata əlçatanlıq varsa, qiymətlərin artımı qaçılmaz olur. Lakin digər ərazilərdə qiymətlərin stabilləşəcəyi gözlənilir.

Ümumi kontekstdə götürdükdə, bu, bahalaşmanın miqyasında müəyyən tənzimləyici faktor rolunu oynayacaq. Qiymətlərin artımı təkcə Azərbaycanla bağlı deyil. Dünyada baş verən bahalaşmalar da birbaşa ölkəmizə təsir edir. Əgər əvvəllər vətəndaşlara mənzil almaq üçün 10 yer təqdim olunurdusa, söküntüdən sonra binalar tikildikcə seçim sayı da artacaq".

Əmlak məsələləri üzrə ekspert Orxan Rüstəmov bildirib ki, Bakı şəhərində binaların sökülməsi və yeni tikililərin inşası, adətən, mənzil bazarını birbaşa təsir edir və qiymətlərin bahalaşmasına səbəb ola bilər.

"Sökülən binaların yerində yeni və müasir tikililərin inşa edilməsi, ümumiyyətlə, daha yaxşı infrastruktur və xidmətlərlə yanaşı, daha yüksək qiymətlərə səbəb ola bilər. Yeni mənzillərin yüksək keyfiyyəti və daha yaxşı şəraiti alıcıların marağını artırır və qiymətlərin yüksəlməsinə təsir edir.

Binaların yerində yeni layihələr başlamazsa, mənzil sayı azalacaq. Bu, bazarda təklifin azalması ilə nəticələnəcək və qiymətlərin artmasına səbəb ola bilər. Xüsusilə şəhərin mərkəzi yerlərində olan binalar söküləndə, bu, daha çox hiss olunur. Binaların sökülməsi və yeni layihələrin həyata keçirilməsi ümumilikdə şəhərin infrastrukturunun inkişafını gətirə bilər. Bu, ərazinin cəlbediciliyini artırır və nəticədə, həmin ərazidəki mənzillərin qiymətləri yüksəlir", - deyə o qeyd edib.
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI
26 Aprel 2025 Avtomobil tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
25 Aprel 2025 Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?
25 Aprel 2025 Ermənistan Türkiyədən nə alıb və nə satıb? - SİYAHI
25 Aprel 2025 Ağsu rayonunda tenderləri kim udur? - İLGİNC...
24 Aprel 2025 Prezident İlham Əliyev Sonq Hailianq ilə görüşüb
24 Aprel 2025 Kredit faizlərinin aqibəti necə olacaq? - AKTUAL
23 Aprel 2025 Bitkoinin qiyməti kəskin artdı
23 Aprel 2025  Kimlər “Lukoyl”un hesabına milyarder olub? - SİYAHI
23 Aprel 2025 Kartof-soğanın qiyməti niyə kəllə-çarxdadır? - Ekspert AÇIQLADI
23 Aprel 2025 Gömrükdən büdcəyə daxil olan vəsaitlərdə böyük azalma var - HESAB-KİTAB
23 Aprel 2025 Ekspertdən cərimə qalmaqalına CAVAB

Dünyapress TV

Xəbər lenti