Əhalinin dollar əmanəti artıb - Görəsən nədəndir?
Bu ilin martın 1-nə Azərbaycan banklarında əhalinin xarici valyutada olan əmanətləri illik müqayisədə 4,59 % artaraq 4,903 milyard manata çatıb.

Bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, onların fiziki şəxslərin əmanətlərinin ümumi həcmindəki xüsusi çəkisi 33,05 % təşkil edib. Bu ilin əvvəlindən xarici valyutada əmanətlərin həcmi 0,58 % azalıb. Bir il əvvəl onların payı 31,97 %, 2025-ci ilin əvvəlində isə 33,63 % idi.

Əhalinin bank əmanətlərinin (fərdi sahibkarların vəsaitləri də daxil olmaqla) ümumi həcmi martın 1-nə illik müqayisədə 11,82 %, ilin əvvəlindən isə 1,19 % artaraq 14,835 milyard manata çatıb.

Milli valyutada əmanətlər il ərzində 15,77 %, ilin əvvəlindən isə 2,08 % artaraq 9,932 milyard manat təşkil edib ki, bu da bütün əmanətlərin 66,95 %-nə bərabərdir. Hesabat dövründə rezidentlərin əmanətləri 13,59 milyard manata, qeyri-rezidentlərin əmanətləri isə 1,328 milyard manata çatıb.

İl ərzində rezidentlərin əmanətləri 13,23 % artıb, qeyri-rezidentlərin əmanətləri isə 1,53 % azalıb. İlin əvvəli ilə müqayisədə azalma müvafiq olaraq 1,92 % və 6,21 % təşkil edib.

Azərbaycan banklarında əmanətlərin və depozitlərin ümumi həcmi 2025-ci il martın 1-nə 40,42 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,79 %, cari ilin əvvəli ilə müqayisədə isə 0,37 % çoxdur. Azərbaycanda əhalinin əmanətlərinin dollarlaşması təxminən 5 % artıb.

Maraqlıdır, əhalinin dollara marağı niyə artıb?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”a bildirib ki, dollara olan marağın iki səbəbi var:

“Birincisi, insanlarda manatla bağlı narahatlıq var. Bunun əsaslı olub-olmamasına hazırda qiymət vermirəm. Ancaq müxtəlif gözlənti, söz-söhbət, şayiələr var. Bu da təbii ki, dünya iqtisadiyyatında olan problemlər, Azərbaycanda neft hasilatının azalması kimi amillər insanlarda belə düşünməyə əsas verir. Ona görə də manatda əmanət qoymağa çəkinirlər. Halbuki manat əmanətləri üzrə faizlər xarici valyutada əmanət faizindən yüksəkdir.

İkincisi, dollar əmanətləri üzrə faizlər də artıb. Əgər əvvəlki illərdə 1 faiz idisə, indi 2,5-3 faizdir. Ona görə də insanlar xarici valyutada qoymağa daha maraqlıdır ki, manatdan az olsa da, həm faiz gəliri artıb, həm də manatla bağlı hər hansı təhlükədən qorumuş olurlar”.
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI
26 Aprel 2025 Avtomobil tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
25 Aprel 2025 Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?
25 Aprel 2025 Ermənistan Türkiyədən nə alıb və nə satıb? - SİYAHI
25 Aprel 2025 Ağsu rayonunda tenderləri kim udur? - İLGİNC...
24 Aprel 2025 Prezident İlham Əliyev Sonq Hailianq ilə görüşüb
24 Aprel 2025 Kredit faizlərinin aqibəti necə olacaq? - AKTUAL
23 Aprel 2025 Bitkoinin qiyməti kəskin artdı
23 Aprel 2025  Kimlər “Lukoyl”un hesabına milyarder olub? - SİYAHI
23 Aprel 2025 Kartof-soğanın qiyməti niyə kəllə-çarxdadır? - Ekspert AÇIQLADI
23 Aprel 2025 Gömrükdən büdcəyə daxil olan vəsaitlərdə böyük azalma var - HESAB-KİTAB
23 Aprel 2025 Ekspertdən cərimə qalmaqalına CAVAB

Dünyapress TV

Xəbər lenti