Ət bazarında bıçaq sümüyə dirənib –
Xəbər verdiyimiz kimi, Bakıda ət 3-4 manat ucuzlaşıb. Əvvəl 15-16 manata satılan dana ətinin kiloqramı bəzi yerlərdə 12 manata qədər düşüb. Satıcılar son bir neçə gündə qiymətlərin enməsinin əsas səbəblərindən birinin bazarda təklifin artması ilə əlaqəli olduğunu bildirir.

Referans.az bildirir ki, Globalinfo.az-a danışan iqtisadçı Elçin Qurbanov qırmızı ətin qiymətinin ucuzlaşmasına manşet xəbərlərində rast gəldiyini qeyd edib.

O, hətta bəzi araşdırmalar apardığını bildirib:

“Təxminən bir aydır ki, Qazaxıstan, Monqolustan, Həştərxan və Rusiyanın digər vilayətlərindən diri və kəsilmiş iri və xırda buynuzlu heyvan ətinin idxalı artırılıb. Əlbəttə ki, dövlətin ətin qiymətinin tənzimlənməsi üçün ən mükəmməl tədbirlərindən biri də idxala lazımi şəraitin yaradılmasıdır. Ötən dəfə qeyd etdiyim kimi, kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq sahəsi dövlət qayğısı ilə əhatə olunur. Süni mayalanma üzrə mütəxəssislərin yetişdirilməsi, təsərrüfatların sığortalanması, verilən subsidiyalar, damazlıqların ölkəyə gətirilməsi, doğuşlara verilən subsidiyalar, texniki vasitələrin vergi və gömrük rüsumlarından azad edilməsi və s. təqdirəlayiq haldır”.

İqtisadçının sözlərinə görə, gətirilən iribuynuzlu heyvanlar 400-500 kiloqram çəkisində olan inək və danalardır:

“Monqolustandan isə adətən xırdabuynuzlu heyvanların kəsilmiş hazır cəmdəkləri gətirilir. Mən qətiyyən idxal olunan heyvanların və hazır ətin yararsız olduğunu iddia etmirəm. Lakin yaranmış bolluğa baxmayaraq yerli məhsulların qiymətində heç bir dəyişiklik baş verməyib. Yerli məhsullar ən yüksək keyfiyyətli məhsullar sayılır. Bəzi işbazlar sallaqxanalarda dana əti asıb, səliqəli doğranmış inək əti satırlar. Kəndlərdə yerli quzu ətinin kilosu 20-21 manata, pərakəndə qaydada yerli və cavan dana ətinin kilosu isə 16 manata təklif olunur. Bir daha qeyd edim ki, qiymətlər keyfiyyət meyarları ilə sıx əlaqədardır. İşbazlar isə həmişə iş başındadırlar”.

Qeyd edək ki, əvvəlki aylarda dana ətinin qiyməti 15-15,5 manat, quzu ətinin isə 19-21 manat arasında dəyişirdi. İndi isə dana əti 12 manata, quzu əti isə 17-18 manata alıcılara təklif edilir.
 
 
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI
26 Aprel 2025 Avtomobil tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
25 Aprel 2025 Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?
25 Aprel 2025 Ermənistan Türkiyədən nə alıb və nə satıb? - SİYAHI
25 Aprel 2025 Ağsu rayonunda tenderləri kim udur? - İLGİNC...
24 Aprel 2025 Prezident İlham Əliyev Sonq Hailianq ilə görüşüb
24 Aprel 2025 Kredit faizlərinin aqibəti necə olacaq? - AKTUAL
23 Aprel 2025 Bitkoinin qiyməti kəskin artdı
23 Aprel 2025  Kimlər “Lukoyl”un hesabına milyarder olub? - SİYAHI
23 Aprel 2025 Kartof-soğanın qiyməti niyə kəllə-çarxdadır? - Ekspert AÇIQLADI
23 Aprel 2025 Gömrükdən büdcəyə daxil olan vəsaitlərdə böyük azalma var - HESAB-KİTAB
23 Aprel 2025 Ekspertdən cərimə qalmaqalına CAVAB

Dünyapress TV

Xəbər lenti