Ardını oxu...
Norveç Ukraynanı təbii qazla təmin etmək üçün 200 milyon dollar maliyyə vəsaiti ayırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Norveçin Baş naziri Yonas Qar Styore bildirib.

“Ukrayna Norveçdən enerji resurslarına çıxışın təmin edilməsinə yardım göstərməsini xahiş edib. Payız və qış mövsümlərində Kiyevin “mavi yanacaq” alması üçün 200 milyon dollar maliyyə yardımından istifadə etməyi təklif etdik”, - o deyib.

Y.Q.Styore vurğulayıb ki, təbii qaz, ilk növbədə, xəstəxanaların və məktəblərin isidilməsi üçün istifadə olunacaq.
 
Ardını oxu...
Azərbaycan, İran və Rusiya “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsinə uyğun gələn Rəşt-Astara dəmir yolunun tikintisinə birgə sərmayə ayırmaq niyyətindədirlər.

“Report”un xəbərinə görə, bu barədə “Mehr” agentliyi yazıb.

İranın yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə bildirib ki, rəsmi Tehran qonşu dövlətlərlə əlaqələri gücləndirmək üçün İran Çin və Rusiya ilə tranzit ticarətini genişləndirmək niyyətindədir.

Onun sözlərinə görə, İran Mərkəzi Asiya, Cənubi Asiya və Qərbi Asiyanın qovşağındadır.

Rusiya, İran və Hindistan Şimal-Cənub dəhlizinin qurucuları hesab olunur, lakin son illər bu dəhlizlə yüklərin tranzitində çox az irəliləyiş var.

O əlavə edib ki, hökumət rəsmilərinin Azərbaycanda keçiriləcək görüşündə Rəşt-Astara dəmir yolunun tikintisi layihəsinə sərmayə qoyuluşu prosesi müzakirə olunacaq.
 
 
 
Ardını oxu...
"YouTube" 2021-ci ildə Almaniya iqtisadiyyatına 1,2 milyard avrodan çox töhfə verib.

Publika.az xəbər verir ki, Almaniyada 100 mindən çox abunəçisi olan "YouTube" kanallarının sayı 5 minə çatıb.

Həmçinin, "YouTube" sayəsində Almaniyada insanlar 30 mindən çox tam ştatlı iş yerində işləyir.

Almaniyada 18 yaşdan böyük insanlar orta hesabla gündə təxminən 40 dəqiqə "YouTube" izləyir.
 
Ardını oxu...
"Gürcüstan Rusiyaya şərab ixracından asılılığı yaxın beş ildə 60 faizdən 40 faizədək azaltmağı düşünür"
"Ötəb il ölkə 234 milyon dollarlıq şərab satıb, ölkə ixracında onun payı 6 faiz təşkil edib"

"Əsas ixrac bazarı Rusiya, Polşa və Çindir..."

"Hazırki mərhələdə ölkə hakimiyyəti üçün ABŞ bazarı üstünlük təşkil edir..."

Gürcüstan Rusiyaya şərab ixracından aslılığı yaxın beş il müddətində 20 faiz azaltmaq niyyətindədir.

Moderator.az xəbər verir ki, bu barədə "Novosti-Qruziya" nəşri yazıb.

Məlumatda deyilir ki, istehsalçılar artıq indidən itkilərə məruz qalır. Bu ilin mart ayında gəlirlər beş milyon dollar aşağı düşüb.

Gürcüstan Rusiyaya şərab ixracından asılılığı yaxın beş ildə 60 faizdən 40 faizədək azaltmağı düşünür.

"Biz düşünürük ki, təxminən beş ildən sonra şərab ixracında Rusiyanın payı 40 faizdən aşağı düşəcək", - Milli şərab agentliyinin sədri Levan Mexuzla bəyan edib.

Onun sözlərinə görə, hazırki mərhələdə ölkə hakimiyyəti üçün ABŞ bazarı üstünlük təşkil edir. Gürcüstan hakimiyyəti 2025-ci ildə hər il Amerikaya 5 milyon şüşə şərab satmağı düşünür.

"Ötən il ABŞ-a şərab ixrası 16 faiz artıb. Bu il bizim çox yaxşı marketinq kompaniyamız var, düşünürəm ki, bu bazara ixracın artırılması nəzərəçarpan olacaq. Ümumiyyətlə, biz başqa bazarlarda da-Böyük Britaniya, Almaniyada da səylə çalışırıq. Əlbəttə, Şərqi Avropa ölkələri də seçilir, mən Polşanı və Baltikyanı ölkələri nəzərdə tuturam", - Mexuzla əlavə edib.

Ötən il Gürcüstan 234 milyon dollarlıq şərab satıb, ölkə ixracında onun payı 6 faiz təşkil edib.

Ənənəvi olaraq Rusiya və Ukrayna əsas ixrac bazarları olub. Rusiyanın Ukraynada hərbi müdaxiləsi başlanandan tədarük artımı azalıb. 2022-ci ilin martında gəlirlərin itkisi 5 milyon dollar təşkil edib.

"TBC Capital"-ın analitikləri göstərib ki, ixracın aşağı düşmə tempi tədricən azalır. Bu, şərabın ABŞ, Qərbi və Şərqi Avropaya satışının xeyli artması sayəsində baş verir.

2022-ci ilin 7 ayı ərzində Gürcüstan 121 milyon dollarlıq şərab satıb ki, bu da ötənilki göstəricilərdən 2, 9 faiz azdır.

Ən iri ixrac bazarı Rusiyadır, yanvar-iyul aylarında oraya 72, 2 milyon dollarlıq şərab satılıb, bu, şərab idxalının 59, 6 faizini təşkil edib. İkinci yerdə 8, 6 milyon dollar gəlirlə Polşa, üçünçü yerdə 8 milyon dollar gəlirlə Çindir.

İlk beşliyə həmçinin 5, 1 milyon dollar gəlirlə Qazaxıstan, 4, 9 milyon gəlirlə Ukrayna daxildir.

ABŞ istiqamətdə 2022-ci ildə 27, 7 faiz artım müşahidə edilib, şərab ixracından 3, 1 milyon gəlir əldə edilib.
 
Ardını oxu...
Avropada qaz fyuçerslərinin qiyməti mart ayından bəri ilk dəfə min kubmetr üçün 3500 dolları ötüb.
Sfera.az xəbər verir ki, bu barədə ICE birjası məlumat yayıb.

Məlumata əsasən, ən yaxın fyuçerslərdə ticarət Avropanın ən böyük mərkəzi TTF indeksi üzrə min kubmetr üçün 3213,2 dollar (-2,3%) səviyyəsində açılıb. Hazırda isə qiymətlər 6,6% artaraq min kubmetr üçün 3507,7 dollar təşkil edir.
 

Ardını oxu...
Azərbaycanda büdcə maliyyəli təşkilatların sifarişçi olduqları dövlət satınalmalarında baş verən neqativ hallar barədə yerli və xarici mediada çox yazılıb.

“Dövlət satınalmaları haqqında” Qanuna edilən dəyişikliklər satınalmalar sahəsində korrupsiya hallarının qarşısının alınması istiqamətində mühüm addım kimi təqdim olunsa da, təəssüflər olsun ki, bu sahədə hələ də neqativ hallar qalır.

Bəzi dövlət qurumları fəaliyyət profili qaranlıq olan təşkilatlarla əməkdaşlığa üstünlük verir, bəzi hallarda görülən işlərin, alınan malların smetası real dəyərindən qat-qat artıq qiymətə rəsmiləşdirilir.

Bəzi hallarda isə görülən işlər üçün yeni satınalmalar keçirilir, büdcədən külli miqdarda vəsaitlər xərclənir.

DİA.AZ Qlobal.az-a istinadla xəbər verir ki, görülən işlərə yeni satınalmalar həyata keçirən dövlət qurumlarından biri də Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və təchizat İdarəsidir.

Nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və təchizat İdarəsi cari ilin avqust ayının 15-də “Abşeron rayonu, Mehdiabad qəsəbəsi 2 nömrəli tam orta məktəbinin əsaslı təmiri işlərinin satınalınması” lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Bu satınalmanın məbləği 309.067 manat, qalibi isə “Meqaplus” Firmasıdır.

Təsərrüfat Hesablı Əsaslı Tikinti və təchizat İdarəsi ilə “Meqaplus” Firmasının arasında bağlanana müqavilənin predmetlərindən biri Mehdiabad qəsəbəsi 2 saylı tam orta məktəbin 373 kvadrat metr fasadının emulsiya ilə rənglənməsi və 871 kvadrat metr dam sahəsinin profnastillə vurulması yer alır.

İlginc məqam budur ki, Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və təchizat İdarəsi ilə Meqaplus Firması arasında cari ilin avqust ayının 22-də imzalanan tender müqaviləsində göstərilən işlər 2021-ci ildə həyata keçirilib.

Yəni hazırda Mehdiabad qəsəbəsi 2 saylı tam orta məktəbin 373 kvadrat metr fasad emulsiya ilə rənglənmiş, 871 kvadrat metrlik dam hissəsi yeni profnastil örtüyü ilə montaj olunmuşdur.

Belə olan təqdirdə Təhsil nazirliyinin İdarəsinin sifarişçi olduğu satınalmalar bəzi suallar yaradır.

Məsələ ilə bağlı Elm və Nazirliyindən və Nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və təchizat İdarəsindən münasibət almaq mümkün olmayıb.
Ardını oxu...
Avropada qazın qiyməti martın əvvəlindən indiyədək ilk dəfə 3 300 ABŞ dollarını keçib.

"Report" bu barədə Londonun ICE birjasının məlumatlarına istinadən xəbər verir.

Belə ki, TTF qovşağında sentyabr fyuçerslərinin dəyəri 1 000 kubmetr üçün 3 333 ABŞ dollarına yüksəlib.

Günün əvvəlindən qazın qiymətində ümumi artım 11%-dən çoxdur.

Qeyd edək ki, martın 7-də qazın birja qiyməti tarixdə ilk dəfə olaraq 1 000 kubmetr üçün təxminən 3 900 ABŞ dollarına çatıb.
 
Ardını oxu...
Həmişə yaxşı yağ axtarışına çıxaraq fərqli markalardan yağ alıram. Heç birinin təmiz. qatqısız olduğuna inanmıram. Amma Azərbaycan mətbəxində də yeməklərin yağsız bişmədiyi məlum. Bu günlərdə "Araz" marketdə İranın "Port de Calleh" yağını gördüm. Satıcı qadın onu xeyli təriflədi. Kilosu 12 manat idi. Şübhə içində yağı aldım. Evdə onu əritdik. Ərinmiş yağın dadı və ətri çox xoşumuza gəldi. Qərara aldıq ki, nə qədər ki, Bakıətrafı sexlərdə onun icabına baxmayıblar, 3-5 kq alıb ədirək.
Teref.az yazır ki, bunu sosial şəbəkə fəalı Ülker Abdullayeva yazıb. Daha sonra Ülkər xanım yazır:
Səhəri gün marketdə həmin yağın kilosu 15.99 idi. Bir günə 4 manat bahalaşma. Acığa almadım. Bunu markertin alıcılara qarşı əclaflığı kimi qiymətləndirdim. Sonrakı gün gözüm təzədən piştaxtada həmin yağın qiymətinə sataşdı. Bu dəfə 17.99-a qoyulmuşdu. 3 günə yağın 1 kq-nın 6 manat bahalaşması yəqin ki, rekorddur. Final qarğıdalı yağlarının da qiyməti at belindədir. Çörəyin qiyməti qalxan kimi avtomatik 2 manat qalxdı. Ölkədə ən çox istehlak edilən ərzaq məhsullarının, sabun və yuyucu vasitələrin qiymətini dayanmadan artıranlara bir dur deyən olacaqmı?!!! İnsanlar qorxudan səslərini çıxarmırlar, bəs ölkənin ərzaq bazarını əlində saxlayanların vicdanına nə gəlib? Doğrudanmı, monopolislərin, dövlətiçi mafiyaların, oliqarxiyanın heç nədən qorxusu yoxdur?!
Teref.az
 
 
 
Ardını oxu...
Rusiya ilə İran arasında İslam Respublikası ərazisindəki 7 neft-qaz yatağının işlənməsi barədə razılıq əldə olunub.
Bu barədə çərşənbə günü İranın neft naziri Cavad Ouci bildirib.

Onun sözlərinə görə, daha 14 yataq üzrə tərələr arasında danışıqlar davam edir.

Mənbə: TASS
 
Ardını oxu...
“Bu gün əhalinin 80 faizə yaxını ərzağı şəbəkə marketlərdən alır, onlar da ƏDV ödəyicisidir, ona görə də bu gün istənilən vətəndaş 100 manatlıq ərzaq alanda 118 manat ödəməyə məcbur olur".

Bakupost.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli səsləndirib.

Ekspert bildirib ki, ölkənin bir nömrəli gündəmi inflyasiya və qiymət artımı, bununla mübarizə üçün atılacaq addımlar, təkliflər olmalıdır.


"Biz deyirik ki, vətəndaş 100 manatlıq ərzaq alanda buna 2 manat ƏDV ödəsin, yerdə qalan 16 manatını da başqa dərdinə-sərinə xərcləsin. Hökumətdən cavab gözlədiyimiz halda bu təklifə hökumətərfanı qüvvələrdən cavab gəlir”, deyə o vurğulayıb.

Dünyapress TV

Xəbər lenti