“Latsio” “İnter”i məğlub edərək, liderliyə yüksəldi - VİDEO
Futbol üzrə İtaliya A Seriyasında III turun mərkəzi görüşü “Latsio” və “İnter” komandaları arasında keçirilib.

Roma şəhərindəki “Olimpiko” stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.

Bununla da xalını 7-yə çatdıran “Latsio” liderliyə yüksəlib. İlk məğlubiyyətini alan “İnter” isə 6 xalla 4-cüdür.

 

Dünyapress TV

Xəbər lenti