Çempionlar Liqası: "Benfika" səfərdə, "Makkabi" evdə qələbə qazanıb
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçlarına yekun vurulub. "Report"un məlumatına görə, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.

Gecənin ilk görüşündə Azərbaycan təmsilçisi "Qarabağ" Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edib. Oyun qolsuz heç-heçə ilə başa çatıb.

İsrailin "Makkabi" (Hayfa) klubu evdə Serbiya "Srvena Zvezda"sını 3:2, Portuqaliya "Benfika"sı isə Polşada Ukraynanın "Dinamo" (Kiyev) komandasını 2:0 hesabı ilə məğlub edib.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

17 avqust

20:45. "Qarabağ" (Azərbaycan) - "Viktoriya" (Plzen, Çexiya) - 0:0

23:00. "Makkabi" (Hayfa, İsrail) - "Srvena Zvezda" (Serbiya) - 3:2

Qollar: Frantsdi Pyero, 18; 51. Tyeronn Şeri,61 - Aleksandr Peşiç, 27. Gelor Kanqa, 39

23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya) - 0:2

Qollar: Cilberto Moraes, 9. Qonsalu Ramuş, 37.

Qeyd edək ki, bu komandalar arasında cavab matçları avqustun 23-də keçiriləcək.
 
 
 

Dünyapress TV

Xəbər lenti