Messi uşaqlarının sevimli futbolçularını açıqladı
“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi uşaqlarının sevimli futbolçularının adını açıqlayıb.
Щ bu barədə “X” sosial şəbəkə hesabında qeyd edib.
“Uşaqlarım hansı oyunçuları sevir? Mbappe, Vinisius, Yamal, Levandovski, Holan…” - deyə Messi bildirib.
Qeyd edək ki, Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 49 matçda iştirak edib, 42 qol vurub və 21 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin sonuna qədərdir.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.
Xatırladaq ki, Messinin Antonella Rokuzzo ilə evliliyindən Tiaqo, Mateo və Çiro adlı üç oğlu var.
 

Dünyapress TV

Xəbər lenti