“Beşiktaş” “Başakşəhər”lə bacarmadı
Türkiyə Super Liqasında 31-ci turun görüşləri davam edir.

"Cebheinfo.az" xəbər verir ki, “Beşiktaş” doğma azarkeşlər önündə “Başakşəhər”lə üz-üzə gəlib.

“Qara qartallar” rəqibinə 0:2 hesabı ilə məğlub olub.

Liqada qalibiyyətsiz seriyası 2 matçdır davam edən “Beşiktaş” 48 xalla 4-cü pillədə qalıb. Ardıcıl 3-cü qələbəsini qazanan “Başakşəhər” isə xallarını 45-ə yüksəldib və 6-cı pillədə qərarlaşıb.
 

Dünyapress TV

Xəbər lenti