İspaniya Kuboku: "Barselona" - "Atletiko" matçında 8 qol vuruldu
İspaniya Kral Kubokunda ilk yarımfinal matçı baş tutub.

Oxu.Az xəbər verir ki, Kataloniyada yerli "Barselona" ilə Madrid "Atletiko"su üz-üzə gəlib.

Qarşılaşmada 8 qol vurulub. Katalonların 4 qoluna paytaxt təmsilçisi də 4 dəqiq zərbə ilə cavab verib - 4:4.

Qeyd edək ki, cütlüyün cavab matçı aprelin 2-də keçiriləcək.

Digər finalçı isə "Real Madrid" və "Real Sosyedad" komandalarının mübarizəsi nəticəsində bəlli olacaq.

Dünyapress TV

Xəbər lenti