“Qarabağ”ın iki oyununa azarkeşlər buraxılmayacaq
"Qarabağ” bu həftə keçirəcəyi yoxlama oyunları ilə bağlı azarkeşlərə müraciət edib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə klub ictimaiyyətə müraciət edib.

Qeyd edilib ki, komandanın yanvarın 9-u "Kəpəz", 12-i isə "Zirə" ilə keçirəcəyi yoldaşlıq görüşləri yalnız media nümayəndələri (PFL-in media vəsiqəsi ilə) üçün açıq olacaq.

Hər iki görüş azarkeşlər üçün qapalı keçiriləcək və matçların canlı yayınlanması nəzərdə tutulmur.
 
 

 


Dünyapress TV

Xəbər lenti