Ukraynada helikopter qəzasında daxili işlər naziri Denis Monastırski də daxil olmaqla, azı 15 nəfər ölüb
Çərşənbə günü Ukrayna paytaxtı yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində daxili işlər naziri Denis Monastırski də daxil olmaqla, azı 15 nəfər həlak olub.

Rəsmilər qəzanın Kiyevin şərqindəki Brovarı qəsəbəsindəki uşaq bağçasının yaxınlığında baş verdiyini və ölənlərdən 9-nun helikopterin göyərtəsində olduğunu bildirib.

Qəzaya nəyin səbəb olduğu açıqlanmayıb. Ukrayna prezidenti Volodimir Zelenski Telegram kanalında araşdırma aparılmasına göstəriş verdiyini yazıb.

Zelenski qəzanı "dəhşətli faciə" adlandırıb.

Rəsmilər daha əvvəl ölənlərin sayının 18 nəfər olduğunu bildirmişdi. Zelenski öz yazısında azı 15 nəfərin öldüyünü, lakin itkilərin dəqiq sayının hələ də müəyyən edilmədiyini bildirib. Onun sözlərinə görə, ölənlər arasında azı üç uşaq var.

"Ağrını sözlə demək mümkün deyil" , Zelenski deyib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Faciə cəbhədən uzaqda, Brovarıda baş verib. Qurbanların, əsasən də uşaqların yaxınlarına başsağlığı verirəm" deyib.

Kuleba əlavə edib ki, Monastırski və daxili işlər nazirinin müavini Yevgeni Yenin "Ukraynanın əsl vətənpərvərləridir".

BMT-nin Ukrayna üzrə daimi nümayəndəsi Denis Braun "faciəli ölümlərə görə dərindən kədərləndiyini" bəyan edib.

"Mən Birləşmiş Millətlər Təşkilatı adından onların ailələrinə, hökumətinə və Ukrayna xalqına dərin hüznlə başsağlığı verirəm" - deyə, Braun bəyanatında bildirib.

Avropa Şurasının prezidenti Çarlz Mişel Ukrayna xalqına başsağlığı verib, Monastırskini "Avropa İttifaqının böyük dostu" adlandırıb.

Mişel Tvitter hesabında "Brovarıda baş verən vertolyot qəzasından sonra Ukrayna ilə birlikdə kədərlənirik" yazıb.
bbc
 
 
 

Bölmənin digər xəbərləri

07 May 2025 DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım” “Sədəqə toplayırdım”
07 May 2025 İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? (SİYAHI)
07 May 2025 Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü — VİDEO
07 May 2025 Binə qəsəbəsini nəfəs kəsən qoxu bürüdü - Əhali təşvişdə
06 May 2025 “Bolt”un yeni fırıldağı - sizdən əlavə pul tutur – İZAH
06 May 2025 “Bu şəxslər məlumatları fırıldaq şəbəkələrə ötürür” - ŞOK açıqlama
05 May 2025 Tətildə kuryer işləyən tələbə ölümlə nəticələnən qəza törətdi - ŞOK TƏFƏRRÜAT
05 May 2025 Deputat Moskvada saxlanıldı, deport edilir
04 May 2025 Tikintidə AĞIR QƏZA: Bu ölkənin vətəndaşları həlak oldu
04 May 2025 İranda 2 nəfəri ildırım vurub öldürdü
04 May 2025 Bakıda dəhşətli QƏTL – Oğul atasını səkkiz bıçaq zərbəsi ilə öldürdü
03 May 2025 Ulyanovsklu manyak – O, öldürdüyü insanların əşyaları ilə gəlincik bəzəyib
03 May 2025 Qubadan Xaçmaza "uçan maşın"ın sürücüsü danışdı - ANBAAN GÖRÜNTÜLƏR
03 May 2025 Ramiz Mehdiyevdən 8 milyon dollara satışa çıxarılan villa ilə bağlı AÇIQLAMA - "İlk dəfədir sizdən eşidirəm..."
03 May 2025 Ağacları kəsən şəxs “Azəravtoyol”un məmuru imiş – RƏSMİ
02 May 2025 UNEC-in Dərbənd filialının diplom məsələsi dalana dirənib - ETN-də məhkəməni qəsdən uzadır ŞİKAYƏT
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
02 May 2025 Bakının bu əraziləri plana düşür - Komissiya yaradıldı
02 May 2025 Xəzərin sahilində xeyli sayda ölü suiti aşkarlanıb
02 May 2025 15 ildir tikilən binada bir nəfər də yaşamır - Bakıdakı sirli bina

Dünyapress TV

Xəbər lenti