Gömrüyün müstəntiqi istintaqını apardığı gürcünün pulunu mənimsəyibmiş
Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin müstəntiqi külli miqdarda yeyintidə suçlanaraq cəzalandırılıb. Onun müstəntiq kimi araşdırdığı cinayət işində depozitə qoyulmuş vəsaitləri mənimsədiyi iddia olunur.

53 min dollar

Söhbət Gürcüstan vətəndaşı Caba Cibqaşvili haqqındakı cinayət işindən gedir. Cibqaşviliyə 2021-ci ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsində 5 il həbs kəsilib. Xeyli vaxtdır ki, eyni məhkəmədə onunla bağlı istintaqı aparmış müstəntiq Nicat Qasımovun da işinə baxılırdı.

Cibqaşvili Azərbaycana gələrkən üstündə olan 53 min dollar pulu gömrüyə şifahi və ya yazılı şəkildə bəyan etmədən, gizli şəkildə keçirməyə cəhddə suçlanaraq həbs edilib. Ona CM-in 206-cı (qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

Onunla bağlı cinayət işi üzrə araşdırmalar Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində aparılıb. Gürcüstan vətəndaşının üstündən tapıldığı iddia olunan 53 min dolların depozit hesabına qoyulmasına qərar verilib. Müstəntiq Qasımovun depozitə qoyulmalı olan həmin vəsaiti mənimsəyib öz ehtiyaclarına xərclədiyi iddia olunur.

Bu məsələnin üstü açılandan sonra Qasımov vəzifəsindən azad edilib, ardınca cinayət işi başlanıb. Ona CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsi ilə ittiham irəli sürülüb.

Sabiq müstəntiqin işində həm Dövlət Gömrük Komitəsi, həm də Cibqaşvili zərərçəkmiş qismində tanınıb. Çünki pul Cibqaşvilinin olub, lakin Dövlət Gömrük Komitəsində depozit hesaba qoyulmasına qərar verilmişdi.

Qasımov özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu söyləyib. Mənimsənildiyi iddia olunan vəsaiti istintaqın gedişində Qasımov ödəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində oktyabrın 12-də keçmiş müstəntiqə hökm oxunub. Məhkəmə ziyanın ödənilməsini və s. yüngülləşdirici halları nəzərə alıb Qasımova şərti cəza verib. O, istintaq və məhkəmə dövründə də həbsdə deyildi. Onun barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilmişdi.(Azadliq radiosu)

Bölmənin digər xəbərləri

01 May 2025 Bank mərhum qazinin borcunu övladlarından tələb edir – VAXT QOYUBLAR!
01 May 2025 Polis Türkiyəyə qaçan gənci geri çağırıb və maşnını geri qaytarıb
01 May 2025 Bakının mərkəzində dəhşətli terrorun detalları – Sifariş Ermənistandan verilib
01 May 2025 Səhiyyə Sovet dönəminə qayıdır: Təyinat veriləcək?
01 May 2025 Azərbaycanın məşhur iş adamı xeyli tələbəni aldadıb - ŞOK İDDİA
30 Aprel 2025  "İsfəndiyar Axundovun buna haqqı yoxdur, çünki bu, qeyri-qanunidir" - AÇIQLAMA
30 Aprel 2025 Jurnalistlərlə bağlı qaydaya dəyişiklik edildi
30 Aprel 2025 Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü
29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq
29 Aprel 2025 Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb – Ölkələrin siyahısı
28 Aprel 2025 “Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı
28 Aprel 2025 Gəncədə Şəhid şəkillərinin söküləcəyi cəmiyyətin qəzəbinə səbəb oldu -VİDEO
27 Aprel 2025 İranda limanda partlayışda yaralıların sayı 700 keçib
27 Aprel 2025 İranda limanda partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
27 Aprel 2025  "Zəhmət olmasa, bu qurumla bağlı bir tədbir görün" - ÇAĞIRIŞ
27 Aprel 2025  Heydərov 'saman çöpü'ndən İKİƏLLİ YAPIŞIB - ARTIQ QƏRAR ANIDIR
26 Aprel 2025 Vaqif Əsədovdan maraqlı açıqlama: "Sea Breez"dən 2-3 mənzil alacam" - VİDEO
26 Aprel 2025 Azərbaycanda məktəbliləri daşıyan mikroavtobus aşdı: Çox sayda xəsarət alan var

Dünyapress TV

Xəbər lenti