Kəlləmayallaq təhsilimiz:
Kəlləmayallaq təhsilimiz: "Məktəb şərt qoyur ki, filan rəngdə, filan geyimi alın"
Orta məktəblərin açılmasına üç gündən az bir vaxt qalsa da, Bakı Tikiş Evi bu qısa vaxt ərzində yenə özünü ölkə gündəminə çıxarmağı bacarıb. Ümumiyyətlə, ölkə qurumlarının çox fərqli bir adət-ənənəsi var – məsələn, “Azəriqaz” bütün yay boyu mürgüləyir, nə vaxt ki qış daxil olur, o saat açıqlama yayırlar ki, qışa hazırlıq üçün filan yerlərdə təmir gedir, onunçün bəzi bölgələrdə qazın verilişi dayandırılacaq. “Azərsu” qar yağıb, hər yeri kanalizasiya suları götürən vaxtda ayılır və başlayır boruları dəyişdirməyə. Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yağışın, qarın gətirdiyi fəsadlarla yollarda keçilməz bataqlıqlar yaranandan, sakinlər yolu keçmək naminə qayıq, gəmi üçün pul yığımına başladığı bir zamanda ayılır və başlayır yolları təmir etməyə. İndi də Bakı Tikiş Evi – məktəblərin açılmasına 15 gün qalmış bu müəsisənin rəhbərliyi qəfil oyanır və yadlarına düşür ki, dərslərin başlamasına 10-15 gün qalıb və təcili nəsə tikmək,hazırlamaq lazımdır. Məşhur meyxanada deyildiyi kimi: zəmanəmiz kəlləmayallaq gedir. Ancaq bizdə qurumlarımız da elə zəmanə ilə baş-başa verib, kəlləmayallaq gedirlər. “Azərişıq”, “Azərsu”, “Azərqaz” qış hazırlıqlarına qışın düz ortasında, “oğlan çağında” başlayır, Ancaq Bakı Tikiş Evi yenə bu qurumlardan bir qədər fərlidir, heç olmasa, dərslərin açılmasına 10 gün qalmış “oyana” bilir.
Sentyabr ayı daxil olandan Bakı Tikiş Evinin (BTE) qabağı məhşər gününü xatırladır. Bir-birini əzib, binaya daxil olmağa çalışan valideynlərin ayaqları altında əzilən balaca məktəblilər həyatda qalmağın ilk mübarizə sınağını bu məkanda verirlər və bəxtləri gətirsə, salamat qalırlar. Valideynlərə bir-birini tapdalatdıran, uşaqları “böyüklərin döyüşü” arasında qarışqa kimi əzdirən BTE rəhbərliyinin məqsəd və məramı nədən ibarətdir? “Darvin nəzəriyyəsi”nə uyğun olaraq, həyatda qala bilən valideynlərə və onun övladlarına məktəbli forması hədiyyə etmək, ya özünü hansısa xarici brend şirkətlərə bənzətmək? Hansı ki, o şirkətlərin filiallarının qarşısında da hər yeni məhsul satışa çıxarıldıqda bu cür izdihamlar baş verir.

BTE-nin qarşısında hər səhər vəziyyət o qədər gərgin olur ki, dövlət məcburən bölgəyə polis qüvvələri göndərir və günortadan sonra vəziyyət qismən normallaşa bilir. Nəvəsinə məktəbli forması almağa gələn ahıl yaşlı kişi səki üzərindəki hündür bir daşda nəvəsi ilə oturub, sıra gözləyir. Deyir ki, səhər saat 08-dəndir ki, burdadır. Binanın daxilində isə aləm dəyib bir-birinə, alınan formaların ölçüləri çox zaman kiçik olduğu üçün valideynlər qaytarmalı olurlar: “Neçə dəfə sıraya girmişəm, hər dəfə də kiçik ölçülü forma verirlər, böyük ölçüdə forma demək olar ki, yoxdur. Verdikləri formalar da keyfiyyət deyilən şeydən söhbət gedə bilməz. Nazir o dəfə çıxıb dedi ki, məktəbli forması geyinmək məcburi deyil, sadəcə bir təklifdir. Ancaq məktəb elə demir axı. Hər məktəb şagirdinin valideyni qarşısında şərt qoyur ki, filan rəngdə, filan geyimi alın. Hətta valideynlərin“whatsapp” qrupuna tələb etdikləri məktəbli formasının şəklini də atıblar ki, bu geyimdə gəlsinlər. Nazir başqa söz deyir, məktəbin rəhbərliyi başqa söz deyir, BTE də öz axarında – elə bil bu qədər insanın bura yığılmağı, izdiham, basdırıq BTE-nin yox, bizim problemimizdir” – deyə, məktəbli geyimi almağa gələn şəxs bildirib.

Görünür, ölkəmizdə uğurlu təhsilə gedən yol ilk öncə “həyatda qalma mübarizəsi”ndən keçir. Bu mübarizə hər səhər Bakı Tikiş Evinin qarşısında aparılır. Təkamül prosesindən geridə qalan isə Bakı Tikiş Evinin rəhbərliyidir. Bu müəsisənin özünü normal şəkildə gündəmə gətirə bilməsi üçün deyəsən, hələ bir 10 il də lazım olacaq.
Bizimyol.info
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025  "İsfəndiyar Axundovun buna haqqı yoxdur, çünki bu, qeyri-qanunidir" - AÇIQLAMA
30 Aprel 2025 Jurnalistlərlə bağlı qaydaya dəyişiklik edildi
30 Aprel 2025 Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü
29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq
29 Aprel 2025 Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb – Ölkələrin siyahısı
28 Aprel 2025 “Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı
28 Aprel 2025 Gəncədə Şəhid şəkillərinin söküləcəyi cəmiyyətin qəzəbinə səbəb oldu -VİDEO
27 Aprel 2025 İranda limanda partlayışda yaralıların sayı 700 keçib
27 Aprel 2025 İranda limanda partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
27 Aprel 2025  "Zəhmət olmasa, bu qurumla bağlı bir tədbir görün" - ÇAĞIRIŞ
27 Aprel 2025  Heydərov 'saman çöpü'ndən İKİƏLLİ YAPIŞIB - ARTIQ QƏRAR ANIDIR
26 Aprel 2025 Vaqif Əsədovdan maraqlı açıqlama: "Sea Breez"dən 2-3 mənzil alacam" - VİDEO
26 Aprel 2025 Azərbaycanda məktəbliləri daşıyan mikroavtobus aşdı: Çox sayda xəsarət alan var
26 Aprel 2025 SON XƏBƏRLƏR! İstanbulda güclü zəlzələ baş verib
25 Aprel 2025 Məhkumların məktəbində 63 min manat mənimsəyən direktor: - “Pulu müalicəmə xərclədim”
24 Aprel 2025 DİQQƏT! Bakıda bu binaların sakinləri köçürüləcək - Çox pul almaq üçün…
24 Aprel 2025 Naxçıvanda Hesablama Palatası DTX və Baş Prokurorluğa müraciət edib
24 Aprel 2025 Körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı- SON DƏQİQƏ

Dünyapress TV

Xəbər lenti