Ölüm tarixini hesablayan alim -
Ölüm tarixini hesablayan alim - Hansı gündə öləcəyimizi necə hesablaya bilərik?

TEREF Kulis.az-a istinadən öləcəyi günü dəqiqliklə hesablayan, ehtimal və statistika üzərində işləyən və 27 noyabr 1754-cü ildə vəfat edən fransız riyaziyyatçı Abraham de Moivre haqqında faktları təqdim edir.

Abraham de Moivre Fransada protestant ailəsində anadan olub və uşaqlıq illərində o dövrün yeganə ehtimal kitabı olan "De ratiociniis in ludo aleae" (hərfi tərcüməsi: "Bəxt oyunundakı məntiq") kitabını oxuyaraq riyaziyyatla tanış olub.

Bu kitabdan təsirlənən Moivre həyatını riyaziyyatçı kimi keçirməyə qərar verir və başqa sahələrdə işləməyə davam etsə də, bu sahəyə - ehtimala xüsusi maraq göstərir.

Moivre, kral XIV Lüdovikin protestantlara qarşı çox da dözümlü olmayan siyasəti səbəbindən Fransanı tərk edərək İngiltərədə məskunlaşır və dolanışığını təmin etmək üçün varlıların uşaqlarına fərdi riyaziyyat dərsləri verməli olur.
İşləmək üçün az vaxtı olsa da, zamanla riyaziyyatda irəliləyiş əldə edir və hətta Nyutonun ən yaxın dostu, dövrün böyük adamlarından biri olan Edmond Halley ilə, daha sonra Nyutonla dostluq edir.

O, həmin dövrdə Nyuton və Halley ilə işləyir. Bütün bunlara baxmayaraq, fransız əsilli olduğu üçün Britaniya Akademiyasında rahat şəraitdə işləməyə imkan verəcək vəzifə tuta bilmir. Bu səbəbdən də bədbəxt riyaziyyatçı bütün işinə, qətiyyətinə, nüfuzuna baxmayaraq, varlı uşaqlarına dərs deyərək ora-bura qaçır, yoxsulluqdan əziyyət çəkir, hətta pul qazanmaq üçün şahmat oynayır.

O, "letargiya" kimi tanınan ağır yorğunluq - yuxu pozğunluğundan - əziyyət çəkirdi və yuxu vaxtının hər gün təxminən 15 dəqiqə artdığını görürdü. Artıq ehtimal və statistika ilə maraqlandığı üçün bu cür xəstəliklərin orta ölüm vaxtlarını öyrənir və öz xəstəliyinin ehtimalını hesablayaraq ölüm gününün 27 noyabr, 1754-cü ilə təsadüf edəcəyinə qərar verir. Bu hesablamaya görə, 15 dəqiqə artan yuxu ehtiyacı 24 saata çatdıqda, onun bədəni vəziyyətin öhdəsindən gələ bilməyəcək və öləcək. Moivre dediyi gündə, dediyi səbəbdən və dediyi kimi ölür.

Bu mövzuda məşhur fikirlərdən biri də budur ki, Moivre, əslində, ölüm tarixini hesablamayıb, sadəcə hər hansı bir tarixdə öləcəyini şərtləndirib. Alim Plasebo effektinin zərərli versiyası olan "nosebo" effektindən vəfat edir.

 

Bölmənin digər xəbərləri

30 Aprel 2025  "İsfəndiyar Axundovun buna haqqı yoxdur, çünki bu, qeyri-qanunidir" - AÇIQLAMA
30 Aprel 2025 Jurnalistlərlə bağlı qaydaya dəyişiklik edildi
30 Aprel 2025 Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü
29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq
29 Aprel 2025 Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb – Ölkələrin siyahısı
28 Aprel 2025 “Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı
28 Aprel 2025 Gəncədə Şəhid şəkillərinin söküləcəyi cəmiyyətin qəzəbinə səbəb oldu -VİDEO
27 Aprel 2025 İranda limanda partlayışda yaralıların sayı 700 keçib
27 Aprel 2025 İranda limanda partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
27 Aprel 2025  "Zəhmət olmasa, bu qurumla bağlı bir tədbir görün" - ÇAĞIRIŞ
27 Aprel 2025  Heydərov 'saman çöpü'ndən İKİƏLLİ YAPIŞIB - ARTIQ QƏRAR ANIDIR
26 Aprel 2025 Vaqif Əsədovdan maraqlı açıqlama: "Sea Breez"dən 2-3 mənzil alacam" - VİDEO
26 Aprel 2025 Azərbaycanda məktəbliləri daşıyan mikroavtobus aşdı: Çox sayda xəsarət alan var
26 Aprel 2025 SON XƏBƏRLƏR! İstanbulda güclü zəlzələ baş verib
25 Aprel 2025 Məhkumların məktəbində 63 min manat mənimsəyən direktor: - “Pulu müalicəmə xərclədim”
24 Aprel 2025 DİQQƏT! Bakıda bu binaların sakinləri köçürüləcək - Çox pul almaq üçün…
24 Aprel 2025 Naxçıvanda Hesablama Palatası DTX və Baş Prokurorluğa müraciət edib
24 Aprel 2025 Körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı- SON DƏQİQƏ

Dünyapress TV

Xəbər lenti