Hesablama Palatası, Naxçıvandakı bəzi dövlət qurumlarındakı maliyyə yeyintisi və digər qanun pozuntularını araşdırmaq üçün DTX və Baş Prokurorluğa müraciət edib. Bu qurumlar yerli Təhsil Nazirliyi və yerli dövlət televiziyası olan NTV-dir. Maliyyə yeyintisi və qanun pozuntuları ilə bağlı konkret məlumat verilmir. NTV redaksiyası isə bir müddət öncə məqalə paylaşaraq, Hesablama Palatasının özünü korrupsiya və maliyyə yeyinitisində günahlandırmışdı. Gündəlik Naxçıvan