Saxta həkimlərin qurbanı olanlar: Bu qadınlar ərindən xəbərsiz süni mayalanmaya gedir - BU NƏDİ BELƏ?..
Son günlər cəmiyyətdə plastik əməliyyatlar mövzusu gündəmdən düşmür.

İlk dəfə 1916-ci ildə baş tutan plastik əməliyyat ölkədə trend bir mövzuya çevrilib. Günü-gündən ciddi şəkildə artan bu əməliyyatlara adətən qadınlar müraciət edir.

Daim gözəl və qüsursuz görünmək istəyən xanımlar qeyri-peşekar həkimlərin səhvi nəticəsində çox vaxt istənilən nəticəni almadıqları üçün xəyal qırıqlıqlığı yaşayırlar.

Günümüzün trend mövzusuna çevrilən plastik əməliyyatlara əvvəllər məşhurlar, müğənni, aktrisalar müraciət edirdisə, indi yaşından asılı olmayaraq, hər kəsin geniş maraq dairəsinə çevrilib.

Onu da vurğulamaq lazımdır ki, son dövrlər bu prosedurlar lisenziyası və bu sahədə təhsili olmayan qeyri-peşəkar “həkimlər” tərəfindən həyata keçirilir.

Mövzunu Gununsesi.info–ya şərh edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, ekspert Tural İrfanın sözlərinə görə, plastik əməliyyatları bəzi işbazlar və saxta sənəd əldə etmiş həkim qiyafəsinə girənlər alverə çeviriblər.

“Psixoloji təsir göstərərək insanları bu əməliyyatlara cəlb edirlər. Müştəri cəlb etmək üçün kimi harada görürlərsə (əsasən də qadınları), onların zahiri görünüşünə irad tutub bir əmma tapırlar və dərhal da əməliyyata çağırırlar. Hətta oturduğunuz yerdə telefonuza zəng gəlir və sizi cürbəcür fırıldaqla, psixoloji təsirlə klinikaya çağırırlar.

Azərbaycan qadınları öz gözəlliyi ilə dünyanın bir çox qadınlarından yaraşıqlıdır, görkəmlidir. İndi Azərbaycan qadınlarının milli simasını, xalqımızın genetik fizianomiyasını dəyişirlər. Standart burunlar, standart şişmiş dodaqlar və sair.

Bu, əslində çox əcaib və qeyri-təbii görünür. Bəlkə də çoxu düşünür ki, bu görkəm insanları cəlb edir, onları daha görkəmli göstərir, lakin əksinədir. Hesab edirəm ki, insanlar ehtiyac olmadıqca bundan çəkinməlidir, dələduzların cənginə düşməmək üçün bu sahəyə aidiyyəti qurumlar ciddi nəzarət etməlidir”, – deyə o əlavə edib.

T.İrfan qeyd edib ki, ölkədə çox məhdud sayda təhsil almış plastik cərrah olduğu halda bu gün bu əməliyyatı icra edən saysız hesabsız saxta həkim var: “İş o yerə çatıb ki, ABŞ-dan siyahı yayıblar ki, bir qrup saxtakar camaatın üzərində cərrahiyyə əməliyyatı aparır. Sonra aydın oldu ki, onlardan rüşvət alıb sənəd veriblər. Bəs buna nəzarət etməli qurumlar da görünür rüşvət alıb susur? Əks halda, bunun cavabı nədir, bilmək olmur. Artıq bununla bağlı ailələrdə problemlər yaranır. Qadın görkəmini dəyişir, sonra uşaq dünyaya gəlir. Uşaq ona oxşamır. Yəni, əməliyyatdan əvvəlki formasına bənzəyir. Yaxud bir neçə müddətdən sonra süni maddələrdən oluşan bədəninin plastik əməliyyat etdirdiyi yerlər çürüməyə başlayır və xərçəng kimi dəhşətli xəstəliyə düçar olur.

Əgər kimin görünüşündə ciddi qüsurlar varsa, bu əməliyyat əslində onun üçündür. Lakin bizim cəmiyyət “hamı getdi, mən qaldım” prinsipi ilə yanaşır. Pulu olan qaçır saxtakar plastik cərrahların yanına. Allahın yaratdığı görkəmi ciddi zərurət olmadan dəyişib təhrif etmək böyük günahdır və bu, haçansa ağır bədbəxtliyə səbəb olur. Çünki hər insanın aurası var, onu əhatə edən mənəvi halı, ruhani dairə var. Bu əməliyyatlar zamanı o ruhani dairəyə, nurani haləyə xələl gəlir. Allaha irad tutan bəndə mütləq cəzalanacaq. Bunu edən həkimlər isə şübhəsiz ki, cəhənnəmi satın alırlar”.

Ekspert onu da vurğulayıb ki, doğru bir adət olmasa da, bəzən qadın ərindən xəbərsiz süni mayalanma edir.

Onun fikrincə, süni mayalanmadan ümumiyytlə qaçmaq lazımdır.

“Allah çox ailələrə övladı dərhal yox, müəyyən müddətdən sonra verir. Bunun da öz hikməti, səbəbi var. Əgər insanlar övladı Allahın vermək istədiyi vaxtda yox, özlərinin istədiyi vaxta istəyirlərsə, onda gələcəkdə baş verəcək fəsadları, bədbəxtlikləri, şikəst, əlil, qüsurlu uşaqların məsuliyyətini “Allahın işidir” deyib yaradanın boynuna atmasınlar.

Süni mayalanma tibb mütəxəssislərinin yekdil qərarı ilə artıq təbii yolla övlad olmadığı təqdirdə caizdir. Özü də yalnız atadan mayalanma ilə. Əgər problem atadadırsa başqa kişidən qadının bətnində uşaq dünyaya gətirmək doğru deyil. Bu artıq şəriətə ziddir. Eyni zamanda, kişidən xəbərsiz qadın süni mayalanma edirsə, bu da zina hökmündədir. Necə ola bilər ki, kişinin özündən xəbərsiz onun “övladı” mayalanır, dünyaya gəlir. Özü də yalnız sonra xəbər tutur. Bu kimi dinimizə, mentalitetimizə, mənəvi dəyərlərimizə, ailə dəyərlərimizə zidd olan çirkin adətlər əsasən Qərbdən gəlir. O Qərbdən ki, kişi kişi ilə, heyvan ilə evlənir, cinsiyyətini dəyişir.

Bu kimi fəsadverici əməllər bəşəriyyətin məhvinə aparan işlərdir. Vaxtilə mövcud olmuş çox inkişaf etmiş sivilizasiyalar məhz belə əməllərə görə məhv olublar.

Qədim Pompey dövrünə aid olan daşlaşmış heykəllər hələ də qalır. İnsanlar zina, uşaqbazlıq, pozğunluq etdikləri anda da ilahi əzab onları yaxalayıb və indiki cəmiyyətlərə ibrət olmaq üçün də daşlaşmış vəziyyətdə saxlanılıb. Süni mayalanma kimi işlər yalnız qanunu ərin vasitəsi ilə ola bilər. Əks halda, ərin icazəsi olsa belə, başqa kişidən alınmış toxumla mayalanma etmək zina hökmündədir və haramdır. Bu kimi əməlləri adiləşdirib xalqın genini dəyişmək, qarışdırmaq istəyir xarici düşmənlər.

Bizim bəzi saxta həkimlər də pula görə vicdanını satır. Plastik əməliyyatlar ilə xalqın zahiri görkəmini, üz cizgilərini təhrif edirlər, bu cür lazımsız süni mayalanmalar ilə də genini dəyişib qarışdırırlar. Bu, xalqı, cəmiyyəti zədələmək deməkdir. Genini, yaradılış xüsusiyyətlərini, fitrətini süniləşdirməkdir. Əslində, belə əməllər bəşəri cinayətdir.

Təəssüf ki, ölkədə bu sahəyə hələ ki, az diqqət ayrılır. Lazımdır ki, aidiyyəti dövlət qurumları bu məsələyə ciddi yanaşsınlar və düzgün şəkildə nəzarət həyata keçirilsin”– deyə T.İrfan fikirlərini yekunlaşdırıb.

Bölmənin digər xəbərləri

06 May 2025 “Bolt”un yeni fırıldağı - sizdən əlavə pul tutur – İZAH
06 May 2025 “Bu şəxslər məlumatları fırıldaq şəbəkələrə ötürür” - ŞOK açıqlama
05 May 2025 Tətildə kuryer işləyən tələbə ölümlə nəticələnən qəza törətdi - ŞOK TƏFƏRRÜAT
05 May 2025 Deputat Moskvada saxlanıldı, deport edilir
04 May 2025 Tikintidə AĞIR QƏZA: Bu ölkənin vətəndaşları həlak oldu
04 May 2025 İranda 2 nəfəri ildırım vurub öldürdü
04 May 2025 Bakıda dəhşətli QƏTL – Oğul atasını səkkiz bıçaq zərbəsi ilə öldürdü
03 May 2025 Ulyanovsklu manyak – O, öldürdüyü insanların əşyaları ilə gəlincik bəzəyib
03 May 2025 Qubadan Xaçmaza "uçan maşın"ın sürücüsü danışdı - ANBAAN GÖRÜNTÜLƏR
03 May 2025 Ramiz Mehdiyevdən 8 milyon dollara satışa çıxarılan villa ilə bağlı AÇIQLAMA - "İlk dəfədir sizdən eşidirəm..."
03 May 2025 Ağacları kəsən şəxs “Azəravtoyol”un məmuru imiş – RƏSMİ
02 May 2025 UNEC-in Dərbənd filialının diplom məsələsi dalana dirənib - ETN-də məhkəməni qəsdən uzadır ŞİKAYƏT
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
02 May 2025 Bakının bu əraziləri plana düşür - Komissiya yaradıldı
02 May 2025 Xəzərin sahilində xeyli sayda ölü suiti aşkarlanıb
02 May 2025 15 ildir tikilən binada bir nəfər də yaşamır - Bakıdakı sirli bina
01 May 2025 Bank mərhum qazinin borcunu övladlarından tələb edir – VAXT QOYUBLAR!
01 May 2025 Polis Türkiyəyə qaçan gənci geri çağırıb və maşnını geri qaytarıb
01 May 2025 Bakının mərkəzində dəhşətli terrorun detalları – Sifariş Ermənistandan verilib
01 May 2025 Səhiyyə Sovet dönəminə qayıdır: Təyinat veriləcək?

Dünyapress TV

Xəbər lenti