Bakı yollarında COP29 zolaqları salınır - RƏSMİ
Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransına müxtəlif ölkələrdən minlərlə ziyarətçinin səfər edəcəyi nəzərə alınaraq, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Bakı Şəhər Dövlət Yol Polisi idarəsi tərəfindən optimallaşdırılmış nəqliyyat sxeminin tətbiqi üzrə müvafiq işlər davam etdirilir.

Modern.az-ın məlumatına görə, COP29 Azərbaycan Əməliyyat Şirkətindən bildirilib ki, böyük ziyarətçi axının effektiv şəkildə idarə edilməsi, eləcə də konfrans tarixlərində paytaxtda qonaqların və şəhər sakinlərinin rahat hərəkətinin təmin edilməsi məqsədilə icrası planlaşdırılan tədbirlər çərçivəsində Bakı şəhərinin bir sıra mərkəzi küçələrində xüsusi COP29 nəqliyyat zolaqlarının salınmasına başlanılıb.

COP29 loqosunu əks etdirməklə işarələnən bu zolaqlar sürətli və fasiləsiz hərəkətin təmin edilməsi məqsədilə tədbir nəqliyyatı üçün ayrılıb.

Konfrans zamanı həmin zolaqlardan yalnız ictimai nəqliyyat vasitələri və tədbirlə əlaqədar xüsusi icazələrə sahib olan nəqliyyat vasitələri istifadə edəcək. Konfransa qədər müvafiq yol nişanları quraşdırılmayan zolaqlardan bütün nəqliyyat vasitələri istifadə edə bilər.

Bundan əlavə, konfrans zamanı şəhərin müxtəlif əsas hissələrində ümumilikdə 14 nəqliyyat qovşağının təşkil edilməsi planlaşdırılıb. Tədbir məkanı olan Bakı Stadionunun yerləşməsi, şəhərin metrostansiya xəritəsi, otel və yaşayış komplekslərinin sıx yerləşdiyi ərazilər və digər amillər nəzərə alınaraq planlaşdırılan nəqliyyat qovşaqları şəbəkəsi müxtəlif marşrut və nəqliyyat sxemlərini özündə ehtiva edəcək. Sxemlər barədə hərəkət iştirakçıları davamlı olaraq məlumatlandırılacaq. Belə ki, bu qovşaqların strateji yerləşməsi istər qonaqların, istərsə də şəhər sakinlərinin müxtəlif növ nəqliyyat vasitələrinə rahat və maneəsiz çıxışını və təyinat nöqtəsinə rahat çatmaları üçün sərf edilən zamanı minimallaşdıracaq. Təyin olunacaq əhatəli nəqliyyat marşrutları üzrə tədbir əməliyyatlarının səmərəli təşkili üçün yüzlərlə taksi və 400-ə yaxın avtobus, o cümlədən ekspress ictimai avtobuslar, xüsusi “konfrans avtobusları” və “hava limanı avtobusları”nın hərəkəti təşkil edilərək müntəzəm sərnişindaşıma xidməti icra olunacaq. Nəqliyyat sxeminin tətbiqində əsas amillərdən biri də tədbirin keçiriləcəyi tarixlərdə vətəndaşların şəxsi avtomobillərindən istifadəni minimuma endirilməsi məqsədilə əlçatan və rahat alternativlərin təmin edilməsidir.
 

Bölmənin digər xəbərləri

13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?
09 May 2025 “Pulunu ver, balını artırım” – Abituriyentlərə yeni təhlükə
08 May 2025 Turizm Agentliyinin “yol şousu” baş tutmadı - TƏFƏRRÜAT
07 May 2025 DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım” “Sədəqə toplayırdım”
07 May 2025 İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? (SİYAHI)
07 May 2025 Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü — VİDEO
07 May 2025 Binə qəsəbəsini nəfəs kəsən qoxu bürüdü - Əhali təşvişdə
06 May 2025 “Bolt”un yeni fırıldağı - sizdən əlavə pul tutur – İZAH

Dünyapress TV

Xəbər lenti