Saray körpüsü uçma təhlükəsi ilə üz-üzə- Videoreportaj
Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə təhlükəli vəziyyət hələ də davam edir. Neçə ildir ki, bir hissəsində yaranmış çatlara görə körpü uçmaq təhlükəsi ilə üz-üzə qalıb. Oradan keçən avtomobillər böyük risk altında hərəkət edirlər. Maşınların keçidi zamanı körpünün silkələndiyi aydın hiss olunur. Hətta sürücülər maşınları saxlamasın deyə həmin hissədə işıqforun fəaliyyəti dayandırılıb.

Saray sakinlərinin sözlərinə görə, orada risk hər ötən gün bir az da artır. Vətəndaşlar həmin yolu xüsusi həyəcanla keçir.

“Azyaşlı övladlarımız avtobusla həmin hissədən keçirlər. Hər gün dua edirik. Hər şey ola bilər. Olacaq bir dəfə olur”,- deyə sakinlərdən biri bildirir.

Saraylıları ən çox narahat edən ağır çəkili yük maşınlarının həmin hissədən keçididir.

“Yolun yük maşınlarına tab gətirəcəyinə əmin deyilik. Ağır çəkili avtomobillər keçəndə deyirik ki, indicə körpü uçacaq”.

Sakinlər deyir ki, hər dəfə yamaq vurmaqla aidiyyəti orqanlar vəziyyətdən çıxırlar. Ancaq körpünün bir yolluq təmiri hələ də ləngiyir

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Bildirildi ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müraciət olunub və körpüyə ilkin baxış keçirilib. Yaxın günlərdə körpüyə yenidən kompleks baxış keçiriləcək və qəzalı vəziyyətdə olub-olmaması ilə bağlı müvafiq rəy hazırlanacaq. Rəyin cavabına uyğun olaraq körpüdə tədbirlər görüləcək.

Yol nəqliyyatı üzrə ekspert Elməddin Muradlı Musavat.com-a açıqlamasında bildirib ki, yollarda, körpülərdə, ötürücülərdə təhlükəli vəziyyət varsa, mütləq müayinə aparılmalı və bu təhlükə vaxtında aradan qaldırılmalıdır. Sürücüləri risk qarşısında qoymaq olmaz.

“Xeyli müddətdir Saray körpüsündə təhlükə barədə məlumat yayılsa da rəsmi olaraq fikir bildirilmir. Biz hələ də bilmirik ki, orada təhlükə var, yoxsa yoxdur. Vizual görünən təhlükədir, yoxsa dərindən araşdırmalıdır. Nə dərəcədə risk var. Saray körpüsü sökülüb yenidənmi tikilməlidir, yaxud hansısa cari təmirlə aradan qaldırmaq mümkündür. Bu barədə məlumat olmadığına görə bizim üçün də konkret fikir bildirmək çətindir. FHN, AYNA mütləq ərazini nəzarətə götürməli və təhlillər aparılmalıdır”.

 
 
 

Bölmənin digər xəbərləri

13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?
09 May 2025 “Pulunu ver, balını artırım” – Abituriyentlərə yeni təhlükə
08 May 2025 Turizm Agentliyinin “yol şousu” baş tutmadı - TƏFƏRRÜAT
07 May 2025 DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım” “Sədəqə toplayırdım”
07 May 2025 İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? (SİYAHI)
07 May 2025 Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü — VİDEO
07 May 2025 Binə qəsəbəsini nəfəs kəsən qoxu bürüdü - Əhali təşvişdə
06 May 2025 “Bolt”un yeni fırıldağı - sizdən əlavə pul tutur – İZAH

Dünyapress TV

Xəbər lenti