“TƏZİM ELƏ, DEPUTAT GƏLİR!” –
Azərbaycanda hər nə qədər kadr kontingentinin yenilənməsi, gəncləşməsi, müasirləşməsi barədə danışılsa da, sanki "toxunulmaz”, "yenilməz” bir klassik məmur tipi yenə də qalmaqdadır – varlı, ədalı, yekəxana, bəzən də mədəniyyətsiz və hətta harınlamış. Təəssüf ki, həmin bu təbəqədə həbslər, "təmizləmələr” və s. aparılsa da, ciddi şəkildə dəyişən bir şey yoxdur – onlar yenə nazir, icra başçısı, rəis, bəzi hallarda isə deputatdırlar. Özü də aralarında elə "qozbel”lər var ki, onları çox vaxt nəinki vəzifədən atılmaları, heç həbsxana da düzəltmir. Məsələn, Akif Çovdarov kimi...

Aşağıda təqdim etdiyimiz fotolar isə Balakənin və Bakının Nəsimi rayonunun üst-üstə 15 il(!) icra başçısı olmuş hazırkı deputat, növbəti seçkidə də Baləkəndən deputat ediləcəyi heç bir şübhə doğurmayan Nəsib Məhəməliyevin rayonun kəndlərinin birində seçicilərlə görüşündə çəkilb. Bu fotoları "icra başçısı-deputat” fəxrlə öz "feysbuk” səhifəsində yerləşdirib.

Göründüyü kimi, zatən çoxu zəhmətdən, əziyyətdən, kasıblıqdan beli bükülmüş kənd sakinləri bir də deputatın qarşısında az qala ikiqat əyilirlər. Bu yazıq adamlar elə Məhəməliyev kimi məmurların, nazirlərin, icra başçılarının, rəislərin və s. "əsəridir”. Bəs onları bir də seçki görüşü adı altında öz qarşısında təzim etdirməyin, sonra da fotolarını paylaşmağın mənası, mesajı nədir?

Normalda deputatlığa namizəd də, deputat da, məmur da vətəndaşın ayağına getməlidir, bu fotolardan isə belə nəticə çıxır ki, əksinə, insanlar Məhəməliyevin ayağına gəlib. Əgər belə olmasaydı, ən azından heç olmasa bu fotoların birində olduğu kimi, deputat oturduğu yerdə ona əl uzadan, özündən yaşca yəqin ki, böyük olan ahıl kişinin əlini sıxarkən öz "müqəddəs vücudunu” bir balaca da olsa qaldırardı. Adama, özü də "millətin vəkili” adını daşıyan adama özündən yaşlı birisi əl uzadırsa, o isə oturduğu yerdən tərpənmirsə, bu, ya sağlamlıq, ya da mədəniyyətlə bağlı problemlərdən xəbər verir. Gördüyümüz mənzərədə ikincisi daha ağlabatandır...

Məsələnin daha bir biabırçı tərəfi sözügedən deputatın belə fotoları yayımlamağın az qala "adam yerinə qoymadığı” seçicilər bir tərəfə, bütünlükdə cəmiyyətə qarşı hörmətsizlik və ayıb olduğunu anlamaması, ya da bunu bilərəkdən etməsidir...

Yəni, doğrudanmı bu ölkədə belə "maneralara” malik məmur-biznesmen-deputatlara layiq olduqları yeri göstərən iradə yoxdur? Var və biz bunu nazirlərin işdən qovulmasında, nazir müavinlərinin, icra başçılarının və s. həbsində şahidi olmuşuq. Amma görünür, bunlar qətiyyən yetərli deyil və sistem problemi həll olunmayıb. Azərbaycanda əvəllər icra başçısı işləmiş şəxslərin az qala 90 faizi, bəlkə də daha çoxu indiyədək rüşvətə, korrupsiyaya görə həbs edilmiş icra başçılarından öz əməllərinə görə nə artıqdır, nə də əskik. Məhəməliyevin də bu sırada olmadığını sübut edəcək heç bir arqument yoxdur. Azərbaycan reallıqları nəzərə alınmaqla, 15 il icra başçısı işləmiş birisinin hansı varidata, bizneslərə, obyektlərə, pullara malik olduğunu təsəvvür etmək çətin deyil. Belə şəxslərin camaata qarşı saymazlığının, özündənrazılığının da kökündə onları "şişirdən” var-dövlət, bir də hakimiyyətdəki əlaqələri durur...

Məhəməliyev 6 il Balakənin icra başçısı, son 9 ildə isə rayonun deputatı olub. Balakən Azərbaycanda əhalinin orta aylıq əmək haqqının(Qaxdan sonra) ən aşağı olduğu rayondur. Elə orta aylıq pensiyaya görə də rayon ən son yerlərdən birini tutur. Bu nəticələrdə sözsüz ki, bir sabiq icra başçısı və millət vəkili kimi onun da "xüsusi xidmətləri” olub. Belə olan halda hansı nailiyyəti ilə fəxr edir bu adam, hardandır sanki Balakəndəki dağları da o yaradıbmış kimi bir əda, özündən razılıq?
Əlbəttə, bir deputat bilsə ki, onu doğrudan da xalq seçir, özünü qətiyyən bu fotolardakı kimi aparmaz. İndiki halda isə hakimiyyətdə kimlərləsə əlaqəsi, kimlərinsə qarşısında "xidmətləri” sayəsində növbəti deputat mandatına təminat alan birinin camaatla "xala xətrin qalmasın” ğörüşü keçirməsində qeyri-adi heç nə yoxdur...
Bütün bunlar bir daha göstərir ki, məmurluqdan deputatlığa gələnlər elə məmur olaraq da qalırlar. Bu adamlar xalqın ayağına getməyə yox, xalqı öz ayağına gətirməyə, onu incitməyə, məillətə məxsus sərvətləri, büdcəni talamağa öyrəşmiş adamlardır. Onlar üçün ümumiyyətlə, klassik millət vəkili statusunun fəlsəfəsi tamamilə yaddır!

Əgər belələrini bundan sonra da deputat düzəltməkdə davam edəcəklərsə, çox təəssüf ki, bu fotolarda görüdüyümüz eybəcər mənzərələri hələ çox görəcəyik...
“TƏZİM ELƏ, DEPUTAT GƏLİR!” –
“TƏZİM ELƏ, DEPUTAT GƏLİR!” –

Mənbə: Azpolitika.info

Bölmənin digər xəbərləri

14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?
09 May 2025 “Pulunu ver, balını artırım” – Abituriyentlərə yeni təhlükə

Dünyapress TV

Xəbər lenti