Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
Son zamanlar qanunsuz şəkildə tikilən evlərin söküntüsü ilə bağlı hallara tez-tez rast gəlinir. Adətən, olduqca qısa müddətə, yəni 1-2 ərzində “tez-bazar” şəkildə tikilən belə evlərin demək olar ki, heç bir sənədi olmur. Son günlər sosial mediada yayılan xəbərlərə görə, nəninki qanunsuz tikililər, hətta qanunsuz yolla zəbt olunan və ya alınan torpaq sahələrinin də hasarları sökülür.

Bəs görəsən, bu proses intensiv şəkildə davam edəcəkmi? Sənədləri qaydasında olmayan torpaq sahiblərini hansı təhlükə gözləyir?

KONKRET.az xəbər verir ki,mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, qanunsuz evlərin meydana çıxmaması üçün torpaqlarla bağlı analoji addımların atılması düzgündür:

“Əslində, düşünürəm ki, bu elə torpaqlarda baş versə daha qanunauyğundur. Çünki hamı yaxşı bilir ki, əgər tikinti varsa, bu bir günün, bir gecənin işi deyil. Hansısa qurumlardan müxtəlif formalarda razılıq alınıb və tikilib. Onun sökülməsi üçün artıq məhkəmə qərarı olmalıdır. Yəni məhkəmə qərarının icrası formasında bu işlər həyata keçirilməlidir. Hər hansı müvafiq icra hakimiyyəti orqanı günün istədiyi vaxtı ağır texnikalarla vətəndaşların yaşadığı və yaxud yaşamadığı, amma əşyaları olduğu evə hücum etməməlidir”.

Ekspert qanunvericilikdə torpaq sahələrinin qanunsuz şəkildə zəbt olunması ilə bağlı ciddi məsuliyyətin olduğunu qeyd edib:

“Torpaq sahələrinə gəlincə, Azərbaycan qanunvericiliyində ərazilərin zəbt olunmasına görə çox ciddi məsuliyyət norması nəzərdə tutulub. Hətta cinayət qanunvericiliyində bununla bağlı konkret müddəa var. Buna görə bu istiqamətdə fəaliyyət göstərmiş istər fiziki, istər hüquqi şəxsin məsuliyyət norması məhz cinayət qanunvericiliyi ilə tənzimlənir. Fikrimcə, Azərbaycanda torpaq zəbt edən insanların sayının həddən artıq çox olması hüquq-mühafizə orqanlarını bununla bağlı müddəanı işlək vəziyyətə gətirməyə vadar edir. Əgər belə bir şey olsa, onda gərək xeyli sayda insan cinayət məsuliyyətinə cəlb olunsun. Amma bütün hallarda müvafiq icra hakimiyyəti orqanları zəbt olunmuş torpaq sahələrinin azad olunması üçün əməli fəaliyyətə keçməlidir”.
 

Bölmənin digər xəbərləri

14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?

Dünyapress TV

Xəbər lenti