Yüksək maaş dərsi məktəbə qaytaracaq? - “...
“Təxminən 35% müəllim 2024-2025-ci tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq”.

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir deyib ki, təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində 55 mindən çox müəllimin əməkhaqqına əlavə alacağı proqnozlaşdırılır:

“Əməkhaqqına 35% əlavə alacaq müəllimlərin sayının isə təxminən 17,5 min nəfərə yüksələcəyi gözlənilir”.

E. Əmrullayev bildirib ki, sentyabr ayından etibarən sertifikatlaşdırmada yüksək nəticə göstərən (35% əlavə alanlar) müəllimlərin orta aylıq əməkhaqqı təxminən 1295 manat, sertifikatlaşdırmada uğur qazanmış heyət üzrə (10% əlavə alanlar) isə 980 manat olacaq:

“Sertifikatlaşdırmada iştirak etməyən müəllimlərin əməkhaqqı isə təxminən 750 manat olacaq, amma növbəti illərdə bu da artacaq. Təxminən 30 min müəllim nisbətən az maaş alır, bu isə dərs saatı ilə əlaqədardır”.

Qeyd edək ki, son illər sertifikasiyada toplanan bala uyğun olaraq müəllimlərin əməkhaqqına əlavələr olunur. Bununla yanaşı, bir çox müəllimlər məktəbdə tədrisdən daha çox repetitorluq fəaliyyətinə üstünlük verirlər. Növbəti tədris ilində müəllimlərin bir qisminin daha yüksək əməkhaqqı ilə təmin olunması onları repetitorluqdan uzaqlaşdırıb məktəbə geri döndərəcəkmi? Yəni tədris evlərdə, kurslarda deyil, sinif otaqlarında dərs zamanı aparılacaqmı?

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu “Cebhe.info”-ya bildirib ki, müəllimlərin əməkhaqqının onların əməyinə ekvivalent olmasını bilmək üçün Azərbaycanın ümumi daxili məhsuluna baxmaq lazımdır:

“Eyni zamanda, müqayisə etmək lazımdır ki, həmin ÜDM-dən müəllimə nə qədər pay düşür. Elə bir pay düşmür. Yəni Azərbaycan müəlimi məktəbdə çalışdığı əməyin ekvivalentini ala bilmir. Nə qədər onların əməyi ilə onlara verilən əməkhaqqı arasında disproporsiya mövcuddursa, repetitorluqla məşğul olacaqlar. Mən ümumiyyətlə, repetitorluğu günah saymıram.

Dünyanın beyin mərkəzi olan Yaponiyada da repetitorluq var. Valideyn məktəbdən sonra uşağı repetitor yanına göndərir. Biz yaponlardan daha çox bilirik ki, repetitorluqdan imtina edək? Əgər bu gün repetitorluq fəaliyyəti dayansa, mən əminəm ki, qəbul imtahanında bütün nəticələr sıfır olacaq. Məhz repetitorların sayəsində şagirdlər az-çox öyrənirlər.

Ümumiyyətlə, əgər dövlət sektorunun günahı varsa, bunu repetitorun üzərinə qoymaq lazım deyil. Repetitorluqla məşğul olan, savadlı, özünə güvənən müəllimdir.

Doğrudur, nadir hallarda savadsız müəllimlər də repetitorluqla məşğul olur. Ancaq artıq o “bazar” getdi. Müqayisə üçün qeyd edim ki, bir vaxtlar, sovet rejimi dağılandan sonra hansı evə gedirdinsə, bir mağaza açmışdı. O mağazalar hamısı sıradan çıxdı. Hansı mağaza rəqabətə dözdüsə, o qaldı. Rəqabətə davam gətirən repetitorların sayı da kifayət qədərdir”.

Sertifikasiya imtahanına gəldikdə isə ekspert deyir ki, elm və təhsil nazirinin müəllimin aldğı əməkhaqqını təkrar vurğulaması doğru deyil:

“Nazir müqayisə etsin, görsün ki, nə dərəcədə uyğundur. Bu əməkhaqqı müəllimə kifayət edirmi? Əslində nazir təhsili bilən adamdır. Bəzən belə fikirlər səslənir ki, təhsili bilmir, mən o fikirlə razı deyiləm. Sanki bəzi adamlardan çəkinir. Bir doğru bəyanat verir, sabah onu dəyişdirir.

Ancaq müəllim nə qədər ki, ona sərf edən əməkhaqqını almayacaq, repetitorluqla məşğul olacaq. Hətta sərf edən əməkhaqqını versələr də, müəllim repetitorluqla məşğul olsa, onun heç kimə ziyanı yoxdur. Repetitorları qovmaq lazım deyil. Bilmirəm, nə etmək istəyirlər, bəlkə də hər repetitorun evinin yanına nəzarət edən şəxs qoymaq istəyirlər. Mən “Təhsilin İnkişafı Konsepsiyası”nı işləyib təqdim etmişəm.

Bacarıqlı müəllimlərin əksəriyyəti repetitorlardır. Dövlət onları bina ilə təmin etməli, ucuz kredit formasında maliyyə yardımı verməlidir. Onlar pedaqoji kollektiv formalaşdırıb təhsili inkişaf etdirməlidir. Nə qədər dövlət sektoru mövcuddursa, təhsildə inkişaf yoxdur. Sovet dövründə nə qədər kolxoz var idisə, kənd təsərrüfatında inkişaf yox idi.

Kapitalist ölkələrində bir vətəndaş 20 min, digəri 20 milyon qazanır. Ona demirlər ki, niyə çox qazanırsan? Çox qazananda, işçi qüvvəsi var, xərcləməsi var, xərc, rüsum da dövlətə gedir. Ona görə də bundan qorxmaq lazım deyil. Bu gün kim gedib məktəbdə təhsl alır? Mənim nəvələrimlə bağlı eyni proses yaşanır. Çünki orada təhsil vermirlər, uşağın vaxtını alırlar. Repetitor yanına göndərirəm, ödəniş edirəm ki, qoy öyrənsinlər”.
 

Bölmənin digər xəbərləri

14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?

Dünyapress TV

Xəbər lenti