Sənədi olmayan bu evlərə “kupça” veriləcək
"Kütləvi massivlər “özbaşına tikililər” adı altında konsepsiya da işlənib, təsdiq olunacaq".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Torpaq Məcəlləsində dəyişikliyin müzakirəsi zamanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev deyib. Onun sözlərinə görə, növbəti mərhələdə özbaşına yaşayış massivlərinin formalaşdırılması ilə bağlı kütləvi kateqoriya dəyişiklikləri, icazələr və sənədləşdirmə məsələlərinə münasibət bildiriləcək.

Bəs görəsən, konsepsiya hazırlanarkən hansı nüanslar nəzərə alınacaq?

Mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, ilkin mərhələdə sənədləri nisbətən qaydasında olan evlərin qeydiyyatı mümkün olacaq:

“İlkin mərhələdə sənədi qaydasında olan evlərin qeydiyyatına başlanacaq. Məsələn, bələdiyyə tərəfindən verilmiş sənədlər, digər sərəncamlar və digər hüquqi sənədlər əsas götürüləcək. Ümumiyyətlə, heç bir sənədi olmayan evlərə isə bu şamil olunmayacaq. Ona görə ki, belə evlərin heç bir qanuni əsası yoxdur. Hazırda yalnız Əmlak Məsələləri Dövlət Xidmətinin sənədləşmə apara bildiyi evlərin qeydiyyata alınması mümkündür. Sənədləşməsi mümkün olmayan evlərin sökülməsi və sakinlərin başqa ərazilərə köçürülməsi həcm olaraq həddən artıq böyük bir prosesdir”.

Ekspertin fikrincə, paytaxın müxtəlif ərazilərində yerləşən və qeydiyyatı mümkün olmayan evlərlə bağlı problem olduqca ciddidir:

“Elə ərazilər var ki, oradakı evlər inşaat və yaşayış normativinə uyğun tikilməyib. Məsələn, Bakının “Şanxay”, “NZS”, Keşlə, Yasamal və Alatava kimi ərazilərindəki evlər o qədər bir-birinə sıx tikilib ki, hər hansı fövqəladə hal zamanı yanğınsöndürən maşın müdaxilə edə bilmir. Bu kimi yerlərdə olan evlərə sənədin verilməsi o deməkdir ki, dövlət artıq öz normativlərini qorumur. Digər tərəfdən, bu evlərin sökülməsi məsələsi daha da qəlizdir. Əslində, bu illərdir davam edən ciddi bir problemdir. Ən yaxşı yol tikinti şirkətlərini həmin ərazilərə yönəltməkdir ki, orada şirkətlər hər bir vətəndaşla məsələni individual formada həll edə bilsinlər. İndi ən mühüm məsələ odur ki, tikinti şirkətləri də belə böyük həcmdə söküntüləri həyata keçirə bilməz. Həmçinin tikinti şirkətləri üçün bu ərazilər o qədər də əlverişli deyil. Düşünürəm ki, bu illər boyu həll olunmamış məsələ kimi qalacaq”.(yenisabah.az)

Bizi Telegram-da izlə
 

Bölmənin digər xəbərləri

14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?

Dünyapress TV

Xəbər lenti