İşdən çıxarılan başçının Mehdiyevə xidmətləri...
Xəbər verdiyimiz kimi, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov bu gün vəzifəsindən azad edilib.

TEREF xəbər verir ki, Şair Alxasov 1958-ci ildə Qusarın Çətkün kəndində anadan olub. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirib. Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, Bərpaçı-A MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışıb.

Digər məlumata əsasən, Şair Alxasov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kadrı idi.

Ramiz Mehdiyevin istefaya göndərilməsindən sonra onun digər kadrları kimi, Şair Alxasovun da yola salınacağı barədə xəbərlər yayılırdı. Maraqlı bir məqam da odur ki, Şair Alxasov 2007-ci ildə Qusar Rayon İcra Hakimiyyətinin icra başçısı postuna təyinat alandan sonra onu kollektivə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev təqdim edib. Şair Alxasov icra başçısı olduğu illərdə Ramiz Mehdiyevin özünün və ailə üzvlərinin Qusarın Çiləgir kəndində dəbdəbəli malikanələri tikilib. Belə iddialar var ki, malikanələrin tikintisinə Şair Alxasov şəxsən rəhbərlik edib.

Həmin malikanələrdən biri Qusar-Laza yolunun kənarında, meşənin içinə qədər uzanan 40 sotluq ərazidə tikilib. 3 mərtəbəli malikanə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsusdur.

Malikanənin fotolarını 2020-ci ildə Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva sosial şəbəkə hesabından paylaşmışdı. Bloger Həbib Müntəzir isə Kamilə Əliyevanın paylaşdığı fotoları ictimailəşdirmişdi.

Həmçinin eyni kənddə Ramiz Mehdiyevin özünün də ayrıca hovuzlu böyük malikanəsi var. Mehdiyevlərin şimal zonasında 100 hektarlarla ölçülən torpaq sahələri də var. Ümumiyyətlə, şimal zonası uzun illər Mehdiyevlərin nəzarəti altında olub və orada torpaqların qanunsuzluqla ələ keçirilməsi həyata keçirilib.

musavat.com
 

Bölmənin digər xəbərləri

15 May 2025 “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək

Dünyapress TV

Xəbər lenti