"Müəllimin vəzifəsi dərsliyi yerinə yetirməkdir, ona irad bildirmək deyil" - Təhsil eksperti
Bir neçə müddətdir ki, cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də məktəb dərsliklərinin hər dəfə yenilənməsi ilə bağlıdır. Müəllimlər və valideynlər dərsliklərin yenisi ilə əvəz olunmasını istəmirlər. Müəllimlər bildirirlər ki, bir dərsliyi tam anlamağa çalışırlar ki, yenisi çap olunur. Valideynlər də uşaqlarının bu sarıdan əziyyət çəkdiyini bildirirlər.

Məsələ ilə bağlı Redaktor.Az-a danışan Elşən Qafarov dedi ki, valideyn bu fikirləri deyə bilər, amma reallıq başqa bir şeydir.

"Əvvəla, dərsliklərin hazırlanması qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Azərbaycanda bütün növ təhsil müəssisələrində dərslikləri Elm və Təhsil Nazirliyi çap edir. Dərsliklərin hazırlanması qaydalarında da göstərilir ki, hər il dərsliklərin ümumi sayının 10 faizi qədər də yeni dərsliklər, yəni həmin dərsliyin yenidən nəşri hazırlanır. Dərsliklər ümumi təhsilin dövlət standartlarına uyğun olaraq hazırlanır və beş ildən tez dərsliklərin dəyişdirilməsinə yol verilmir. Dərsliyin yenidən çap olunması qanunvericiliyə uyğun olaraq olmalıdır. Burada məsələnin məntiqini tutmaq lazımdır.

Müəllimlər dərsliyi istəyib-istəməməsinə yox, daha çox peşəkarlıq üzərində işləsin. Həmin dərslikdə olan materialların, eləcə də təhsil proqramlarının müasir təlim metodlarının yerinə yetirilməsi ilə bağlı müasir təlim metodlarını və texnologiyalarını daha mükəmməl öyrənsinlər. Dərsliklə bağlı təklifləri varsa, bunu yazılı şəkildə Təhsil İnstitutuna bildirə bilərlər. Növbəti dərsliklərdə həmin məsələlər nəzərə alına bilər.

Müəllimin vəzifəsi dərsliyi yerinə yetirməkdir, ona irad bildirmək, digər məsələlər deyil. Azərbaycan təhsilində çox bacarıqlı, peşəkar müəllimlərimiz var. Amma müəllim qıtlığı da var. Müəllim işləməklə müəllim olmaq arasında fərq çox böyükdür. Arzulayıram ki, Azərbaycan müəllimi daha çox onun öhdəsinə düşən işlə məşğul olsun, təhsil proqramlarını mükəmməl öyrənsin, yeni təlim metodlarını mükəmməl öyrənsin və dərslikdə olan mövzuları müasir təlim metodlarına uyğun olaraq şagirdlərə səmərəli mənimsətsin. Onun vəzifəsi budur, hamı öz vəzifəsi ilə məşğul olmalıdır".

Humay İSGƏNDƏRLİ

Bölmənin digər xəbərləri

14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?

Dünyapress TV

Xəbər lenti