Təbii qazın qiyməti ilə bağlı əhaliyə VACİB XƏBƏR
Noyabrın 15-dən Azərbaycanda istilik mövsümü başlayıb. Mərkəzi istilik sistemindən yararlana bilməyənlər qazla olan qızdırıcılara üstünlük verirlər. Havaların soyuması təbii qaza olan tələbatı daha da artırır, eyni zamanda, qazın təzyiqinin müxtəlif ərazilərdə aşağı olduğu bildirilir. Bununla yanaşı, qış aylarında qazın qiymətində artım olacağını düşünənlər də az deyil.

Bəs görəsən, belə bir artım gözləniləndirmi? Evlərə verilən qazın təzyiqinin qənaətbəxş olmaması nə ilə əlaqəlidir?

Referans.az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev payız-qış mövsümünə hazırlığın may ayından başlanıldığını söyləyib:

“Hər il hazırlıq işinə may ayından başlayırıq. Bu görülən tədbirlər konkret olaraq soyuq aylarda abonentlərə təhlükəsizlik şəraitində və davamlı olaraq qazın verilməsinin təmininə xidmət edir. Hazırlıq istənilən xidmətlər üzərində aparılır. Korroziyaya uğramış hissələrin yeniləri ilə əvəz olunması, yeraltı boru xətlərinin dayaqlar üzərinə qaldırılması, şkafların və avadanlıqların yoxlanılması, yenilənməsi, təzələnməsi, yeni xətlərin çəkilməsi - bunların hər birinə nəzarət olunur”.

E.Vəliyev qeyd edib ki, ötən illərə nisbətən bu il qışa daha hazırlıqlıdırlar:

“Qış mövsümü elan olundu. Bundan iyirmi gün öncə qışa tam hazır olduğumuzu elan etdik. Qışa uyğun olaraq qazın təzyiqinin tənzimlənməsi başlanıldı. 2 milyon 500 min abonent qazla təmin olunur.

Müəyyən ərazilərdə adekvat olmayan təzyiq müşahidə oluna bilər. Bu o demək deyil ki, belə də qalacaq. Xeyr. Əməkdaşlarımızın vasitəsilə həmin ərazilərə nəzarət edirik. Hansı ərazilərdə təzyiqlə bağlı qış mövsümünə adekvat olmayan təzyiq müşahidə olunursa, dərhal müdaxilə edirik. Normallaşdırırıq. Təzyiqlə bağlı problemin keçid dövrü qısa olacaq. Böyük bir mənada təzyiq problemi yaşanmır. Lokal ola bilər. Güman edirəm ki, çox ciddi şəkildə abonentlərimiz problem yaşamayacaqlar”.

“Qazın qiymətində artım olacağı ilə bağlı məsələ yoxdur. Gündəmdə deyil. Yəni hələ bu məsələ müzakirə mövzusu deyil”, - deyə E.Vəliyev əlavə edib.
 

Bölmənin digər xəbərləri

14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?

Dünyapress TV

Xəbər lenti