Ölkədə avtomobillərin sayı 1,7 milyonu keçib:
Ölkənin avtomobil parkında vəziyyət ürəkaçan deyil. Nəqliyyat vasitələrinin əksəri köhnədir. Əhalinin sosial durumu avtomobil parkında yeni maşınların çəkisinin artmasına imkan vermir. Əksinə, köhnə avtomobillərin sayı dayanmadan artır.
Bizimyol.info xəbər verir ki, 2023-cü ilin ilk 9 ayı ərzində ölkəyə 72 mindən çox avtomobil gətirilib.

Ümumi say 1,7 milyonu keçib. Yəqin ki, yaxın illərdə 2 milyon həddi aşılacaq. Gətirilən avtomobillərin əksəri “ikinci əl” kateqoriyasına aiddir.

Hər il ölkəyə gətirilən avtomobillərin sayında artım müşahidə edilir. Son 15 ildə ölkədə nəqliyyat vasitələrinin sayı iki dəfə artıb. İlin sonuna qədər Azərbaycanda bütün dövrlərin rekordu qeydə alına bilər.

Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsinin məhdudlaşdırılması köhnə maşınların parkda payının azaldılmasına hesablanmışdı. Belə görünür ki, qərar lazımi effekt verməyib. İndi də ölkəyə yaşı 10 ilə çox yaxın olan xeyli avtomobil gətirilir.

Ölkədə yaşı 10 ildən artıq minik avtomobillərinin payı 80 faizdən çoxdur. Qərar bir sıra məqsədlər daşıyırdı. Ekoloji təmiz hibrid və elektrik avtomobillərin ölkəyə gətirilməsini stimullaşdırmaq, yararsız avtomobillərin dövriyyədən çıxarılması ilə avtomobil parkı yeniləmək, yol-nəqliyyat hadisələrinə səbəb olan halları azaltmaq nəzərdə tutulmuşdu. Bundan başqa, ekoloji təmiz avtomobillərin sayının artması karbon emissiyasının azalmasına və daha sağlam ətraf mühitin formalaşmasına səbəb olacağı güman edilirdi. Avtomobil istehsalının stimullaşdırılması da düşünülürdü.

Bəs nə baş verdi? Nə ölkənin avtomobil parkı yenilənir, nə yol-nəqliyyat hadisələrinin sayı azalır, nə də yerli istehsalın stimullaşdırılması müzakirə mövzusudur. Necə deyərlər, köhnə hamam, köhnə tas. Sadəcə, ölkədə köhnə avtomobillərin sayı artır. Tezliklə gətirilən bu maşınların da yaşı 10-u keçəcək. Əksəri Bakı qeydiyyatındadır deyə, paytaxt nəqliyyatı bir az da yüklənir. Əhalinin sosial vəziyyəti yaxşılaşmadığından, yeni avtomobillərə maraq da zəifdir. Yəni ümumi mənzərə dəyişmir. Halbuki ortaya konkret konsepsiya qoyulmalıdır. Avtomobil parkının yeni nəfəsə ehtiyacı var. İnfrastruktur da say artımına hazır olmalıdır.

Aytən, Bizimyol.info
 
 
 

Bölmənin digər xəbərləri

14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?

Dünyapress TV

Xəbər lenti