Məhkəmə Hacıqabul İcra Hakimiyyətini niyə qoruyur?
Publik informasiya sahiblərinin jurnalistlərin informasiya sorğularına cavab verməməsindən dəfələrlə Ombudsmana şikayət etmişik. Ombudsman adətən, bu sahədəki artıq oturuşmuş iş təcrübəsinə sadiq qalaraq cavablandırılmayan sorğunu yenidən əlaqəli quruma göndərir və cavablandırılmasını istəyir. Ombudsman cəmi bir dəfə, ötən ilin sonlarında jurnalist Şəmistan Həziyevin işində sorğuya cavab verməyən Hacıqabul İcra Hakimiyyəti barəsində inzibati xəta haqqında protokol (İnzibati Xətalar Məcəlləsi, maddə 374, "İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması") tərtib etdi və baxılması üçün məhkəməyə göndərdi. Rayon məhkəməsi də bir bəhanə tapıb, İH əleyhinə olan icraata xitam qərarı verdi...

Gundeminfo.az xəbər verir ki, bu barədə vəki Xalid Ağalı bildirib. O qeyd edib ki, İcra hakimiyyətindın fərqli olaraq mobil operatorlara güzəşt edilməyib.

"Ombudsmanın ötən ilki hesabatını oxuyurdum, informasiya əldə etmək hüququnun təmin edilməsi sahəsində sənəddə yer alan məlumatları incələdim, axtarıb məhkəmə qərarlarını tapdım, qarşıma xeyli maraqlı protokollar, məhkəmə qərarları çıxdı. Biri haqqında sizə də danışım.

Deməli, bir xanım "İnformasiya əldə edilməsi" haqda qanuna istinad edərək, "Bakcell"ə informasiya sorğusu göndərib, xahiş edib ki, 055.... nömrəli telefon nömrəsinin M… M… oğlu M…-va məxsus olub-olmaması barədə ona məlumat versin. Bakcell istənilən bilginin fərdi olduğunu əsas göstərib və sorğuda istənilən bilgini təqdim etməkdən imtina edib. Sorğuçu xanım təkrar Bakcell-ə sorğu verib. Bu dəfə ona bildiriblər ki, soruşulan telefon nömrə, sorğuda göstərilən şəxsə məxsus deyil, buna görə nömrənin sahibi haqda məlumatı ona təqdim etməkdən imtina olunur.

Bu dəfə sorğuçu xanım Ombudsmana şikayət edib. Ombudsman da İXM-nin 374-cü maddəsinə söykənərək informasiya sahibi haqda protokol tərtib edib, baxılması üçün məhkəməyə göndərib.

Bakcell özünü öldürsə də Məhkəmə "İnformasiya əldə edilməsi haqda" qanunun 10-cu maddəsinə (İnformasiya sahibinin vəzifələri) əsaslanaraq qərar verib ki, "AR İXM-nin 374.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, MMC barəsində, qeyd edilən maddənin sanksiyasında aşağı həddə cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir". 1500 manat cərimə, məhkəmə dedi, vəssalam-şüttəmam!

Yaxşı ki, apelyasiya instansiyası bu qərarı dəyişib...

…Bu nümunə, məhkəmələr başda olmaqla, rəsmi qurumların informasiyalara çatım hüququnun, bu sahəni düzənləyən qanunvericiliyin mahiyyətinə nə qədər vaqif olması haqda parlaq yol göstərəndir.

"İnformasiya əldə edilməsi haqda" qanunun qəbulunun maraqlı tarixçəsi var - bu qanun Azərbaycanın Avropa Şurasına qəbul edilməsindən az sonra qəbul edilmişdi. O, zaman hökumət tələm-tələsik bir layihə hazırlamışdı, ancaq Media Hüququ İnstitutu daxil, media sahəsində çalışan əksər QHT-lər alternativ layihə qoymuşdular ortaya. O vaxtlar, Avropa Şurası-filanın xətir-hörməti də vardı. Nəticə belə oldu ki, hər iki layihə AŞ ekspertizasına təqdim edildi. AŞ da alternativ layihəyə "hə" dedi, parlamentimiz də həmin layihənin ora-burasına əl gəzdirib qəbul elədi. Sonrakı illərdə AŞ standarlarına uyğun olan həmin qanun xeyli qol-budaq edildi. Qanun, onun işləyişinə nəzarət etməli olan "İnformasiya ombudsmanı" təsisatının yaradılmasını nəzərdə tuturdu, həmin müddəalar da budananlardan oldu.

Yuxarıda haqqında danışdığım nümunə də göstərir ki, həmin müddəaların bərpasına, informasiya sahəsində ayrıca ombudsmana, tənzimləyiciyə ehtiyac var. Bu sahədə məlumatlı, bilikli, yol göstərə bilən tənzimləyiciyə".

Bölmənin digər xəbərləri

14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?

Dünyapress TV

Xəbər lenti