İqlim dəyişmələrinin Azərbaycana təsirləri:
Qlobal iştiləşmə, iqlim dəyişmələri ən qızmar illərdən birini yaşamağımıza səbəb oldu. Əlbəttə ki, iqlim dəyişmələri planetimizi çox ciddi təhülkələrlə, çağırışlarla üz-üzə qoyur. Bu dəyişikliklər yer kürəsində həyat şəraitinə, o cümlədən, ekosistemə və ekologiyaya müxtəlif yollarla təsirlər göstərir, bir sıra bitki və heyvan növlərinin nəslinin kəsilməsinə gətirib çıxarır.

Bununla bağlı Trend-ə müsahibə verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, Ümumdünya Meteorologiya Təşkilatının rəsmi məlumatına əsasən, 2023-cü ilin iyul ayında bütün instrumental müşahidələrə görə qlobal orta temperatur ən yüksək səviyyədə olub.

"Bu, özünü ölkəmizdə necə göstərib? Nəzərə almalıyıq ki, bəzən mətbuatda yer alan qlobal göstəricilər haqqında məlumatlarla tanış olan insanlar onları birbaşa öz yaşadıqları əraziyə şamil edirlər. Bu, düzgün yanaşma deyil, çünki bu ümumi tendensiyanı göstərən ortalama bir rəqəmdir. Müxtəlif ölkələrdə göstəricilər bir-birindən xeyli fərqli ola bilər. Bu baxımdan, Azərbaycan ərazisində 2023-cü ilin yayında orta temperatur bəzi dövrlərdə iqlim normasından yüksək olsa da, rekord göstəricilərə çatmayıb. Məsələn, iyul ayının orta temperaturu ölkədə normadan cəmi 0,4-1,7 dərəcə yüksək olub. Düzdür, avqust ayı daha isti keçib və bu fərq 3-5 dərəcə intervalında olub. Eyni zamanda, digər hava-iqlim hadisəsi olan lokal leysan yağışları nəticəsində sel-daşqın hadisələri keçən ilin rekordunu 3 dəfə üstələyərək 147-yə çatıb.

İqlim dəyişmələri fəsadlarından danışanda, bəzən hətta yaxın ərazilərdə belə bir-birinə zidd olan anomal hadisələrin baş verdiyini qeyd etməliyik. Bu ilin misalında ölkəmizdə rekord daşqın hadisələri ilə yanaşı, bir çox çaylarda axının azalması, əsasən, aran ərazilərdə quraqlığın baş verməsinin şahidi olduq. İqlim dəyişmələrinin bəzən gözlənilməz və təzadlı tərəfləri budur.

Bir sözlə, iqlimin nisbətən "sabit" dövründən 30-40 il keçib. Ümumiyyətlə, iqlimşünaşlıqda müasir dəyişmələri qiymətləndirmək üçün müqayisələr iqlim norması kimi qəbul edilən 1961-1990-cı illər dövrü ilə aparılır.

Anomal hava-iqlim hadisələrinin həm sayının, həm də intensivliyinin artmasını hamımız müşahidə etməkdəyik və iqlim ssenarilərinə görə, bu, davam edəcək. Quraqlıq, sel-daşqın, isti hava dalğaları kimi hadisələrə, yəni baş vermiş və gözlənilən iqlim dəyişmələrinə uyğunlaşmaq vacibdir", - deyə N.Mahmudov vurğulayıb.

Qış üçün bu dəyişmələrin hansı təbii hadisələrin baş verməsinə gətirib çıxaracağı məsələnə toxunan N.Mahmudov vurğulayıb ki, monitorinq və elmi araşdırmaların nəticələrinə əsasən, Birləşmiş Millətlər Təşkilatının 66 ölkədən 234 alim üzvü olan İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspet Qrupu (IPCC) 2023-cü ildə Yer kürəsinin iqliminin son dərəcə sürətlə dəyişəcəyi qənaətinə gəlib.

"Onların fikrincə, yaranan tendensiyaların bəziləri artıq geridönülməzdir. Qlobal səviyyədə qış temperaturları da artmaqdadır. Lakin bu, qısamüddətli soyuq dalğaların gəlməsini də istisna etmir. Biz bilməliyik ki, ümumdünya iqlim mərkəzlərində hazırlanmış mövsümi proqnozlar, əsasən, ümumi orta göstəriciləri əks etdirir. Bu da konkret ərazidə konkret dövr üçün bir ay öncədən hər hansı proqnozu tərtib etməyə imkan vermir.

Bu səbəbdən uzunmüddətli proqnozlar ehtimal səciyyə daşıdığından qışda hansı hadisələrin baş verəcəyindən, tendensiyanın necə olacağından indidən danışmağımız düz olmazdı. Ümumilikdə son illər qış fəsli daha mülayim keçir. Şaxtalı və qarlı günlərin sayı daha az müşahidə olunur. Bunun müsbət və mənfi tərəfləri vardır. Qışın mülayim keçməsi qarlı günlərin azalmasına, nəticədə çayların sululuğuna təsir göstərir, zərərvericilərin artması ilə bitkiçiliyə mənfi təsir edir və s. Müsbət tərəfi odur ki, mülayim keçən qış aylarında istilik təhcizatı sahəsində tələbat nisbətən azalır.

Ümumiyyətlə, iqlim faktoru həyatımızın bütün sahələrinə təsir göstərir. Bu səbəbdən fəaliyyətimizi, həyatımızı iqlim dəyişmələrinin mənfi təsirlərini azaltmaq, müsbət tərəflərindən isə faydalanmaq yolu ilə davam etdirməliyik", - deyə o əlavə edib.
 

Bölmənin digər xəbərləri

14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?

Dünyapress TV

Xəbər lenti