Naxçıvanda yeni kompleksin layihəsini hazırlayacaq müəmmalı şirkət kimindir?
Naxçıvan Muxtar Respublikasında (MR) Ailə Sağlamlıq Mərkəzi Kompleksi inşa ediləcək.

Artıq Naxçıvan MR Səhiyyə Nazirliyi kompleksin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tenderə yekun vurub.

Tnederin qalibi "Prpjekt LTD” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 177 000 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyeystr məlumatlarına görə, "Projekt LTD” MMC 5 fevral 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov prospekti ev 127, mənzil 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Bayramova Samirə Tahir qızıdır.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.

Araşdırmalrımız nəticəsində məlum olub ki, şirkətin əvvəlki hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, E. Süleymanov küçəsi, ev 137, mənzil 23-də yerləşib. Bu ünvanda başqa bir şirkət də qeydiyyatdadır: "Arxin-M LTD” MMC.

Bu şirkət 1998-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN-dir. Şikərin qanuni təmsilçisi isə Abbasov Niftalı Tağı oğludur. Niftalı Abbasovdan əvvəl isə şirkətin qanuni təmsilçisi Namazov Müsədin Əhəd oğludur.

Müsədin Namazov bir müddət "Projekt LTD” MMC-nin də qanuni təmsilçisi olub. Beləliklə, "Projekt LTD” MMC ilə "Arxin-M LTD” MMC-nin bir-birinə bağlı şirkətlər üzə çıxır.

"Arxin-M LTD” MMC də layihəçi şirkətdir və dövlət satınalmalarında fəal iştirak edir. Şirkət əsasən iri məbləğli tenderlərin qalibi seçilir.

Belə aydın olur ki, xırda layihələr "Porjekt LTD” MMC-yə, iri layihələr isə "Arxin-M LTD” MMC-yə verilir.

Böyük ehtimalla hər iki şirkətin qanuni təmsilçisi proxy şəxslərdir. Yəni, şirkətin onlara aidiyyəti yoxdur. Bəs bu şirkətlər kimindir? Bu sualın cavabı hələ ki, açıq qalır. \\Qaynarinfo
 
 
 

Bölmənin digər xəbərləri

14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?

Dünyapress TV

Xəbər lenti