32 manat rüşvətə görə 1 il həbs cəzası...
Azərbaycanda məhkəmə-hüquq sistemi fəlakətli durumda...
Uzun-uzadı giriş-filan yazmadan konkret mövzuya keçmək istəyirik. Son bir ayda ölkəmizin məhkəmə-hüquq sistemi ilə bağlı ölkə mediasında yayılan 3 RƏSMİ xəbərə nəzər salaq və özümüz üçün nəticə çıxardaq.
Bir daha qeyd edirik ki, hər 3 xəbər rəsmi orqanlar tərəfindən yayılıb. Birinci xəbərdən bəlli olur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 il həbs cəzası verdiyi şəxsə 1 il sonra Bakı Apellyasiya Məhkəməsi BƏRAƏT verib. Belə ki, İran vətəndaşından aldığı külli miqdarda narkotik vasitəni satmaqda təqsirli bilinərək 12 il azadlıqdan məhrum edilmiş şəxsin cinayət işinə yenidən baxılıb. Hökmdən təqsirləndirilən şəxsin vəkili apellyasiya şikayəti verib. İşin mahiyyəti ondan ibarətdir ki, 43 yaşlı Azərbaycan vətəndaşı İran vətəndaşı ilə əvvəlcədən əlaqəyə girib, onun göndərdiyi narkotiki "Dağüstü park” ərazisində daşın altından götürərkən saxlanılıb. Onun evinə baxış zamanı da narkotik vasitə (heroin) evində aşkar edilib.
İş materiallarında qeyd olunub ki, təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə ələ keçirib. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü ( külli miqdarda narkotik satışı) maddəsi ilə ittiham elan olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində bəlli olub ki, təqsirləndirilən şəxsin evindən çıxan KÜLLİ MİQDARDA NARKOTİK maddədən xəbəri olmayıb. Və təqsirləndirilən şəxs narkotik maddəni ŞƏXSİ İSTİFADƏ üçün alıb. Ay bərəkallah, KÜLLİ MİQDARDA narkotiki şəxsi istifadəsi üçün alıb. Yaxşı onun evinə KÜLLİ MİQDARDA narkotiki kim qoyub, deyir ki, xəbərim yoxdur... Və nəticədə 12 il HƏBS olunan şəxsə BƏRAƏT verilib. Vallahi, heç “Min bir gecə nağıllarında” belə gülməli hallar olmayıb. Yaxşı əgər bu adama BƏRAƏT verirsinizsə, onda onu 1 il həbsdə saxlayan, ona 12 il iş cəza verən hakimlərin məsələsinə niyə baxmırsınız..? Bəs o hakimləri cəza gözləmir..?
İndi ikinci məhkəmə işinə qısaca nəzər salaq. Avtomobillə ana və iki azyaşlı uşağını vurub öldürən sərxoş sürücüyə 6 il 6 ay cəza verildi. Şəki Ağır Cinayətlər Məhkəməsində Qubada avtomobillə ana və iki azyaşlı uşağını vurmaqda təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Məhkəmənin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Təsəvvür edirsiniz, 3 insanın, bir ailənin həyatını məhv edib, özü də sərxoş vəziyyətdə və 6 il 6 ay cəza alıb. Bir toyuq oğrusuna da 5 il cəza verilir, 3 insanı həyatdan məhrum edənə də...
İndi üçüncü məhkəmə işinə nəzər salaq. 240 manat rüşvət alana.... - 7 il 6 ay həbs verildi Dörd gün öncə Bakı Apellyasiya Məhkəməsi bu qərarı verib. 3 insanı öldürənə 6 il 6 ay, 240 manat rüşvət alana isə 7 il 6 ay cəza verilir. Bax, Azərbaycanda məhkəmə-hüquq sistemi belə fəlakətli durumdadır.
Deməli, Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun rüşvət almaqda təqsirli bilinərək şərti cəza verilmiş əməkdaşı ilə bağlı hökmdən verilmiş apellyasiya protestinə baxılıb. Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı etirazını əsaslandırıb. Prokuror deyib ki, baxılan iş birinci instansiya məhkəməsində düzgün araşdırılmayıb, törədilən cinayətin ağırlığına münasibətdə yüngül cəza təyin edilib. Hakimlər heyəti prokurorun protestini əsaslı, müdafiəçinin şikayətini əsassız hesab edib. Qərara əsasən, gömrük əməkdaşı rüşvət almaqda təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Təsəvvür edirsiniz, birinci instansiya məhkəməsi ŞƏRTİ İŞ verib, Bakı Apelyasiya Məhkəməsi 7 il 6 ay. Yenə həmin suallar… Bu qədər fərq ola bilməz… Əgər belədirsə, birinci instansiya məhkəməsinin hakimləri mütləq cəza almalıdır. Ulu Öndər Heydər Əliyev əbəs yerə demirdi: “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”.
P.S. Xırda bir hesaqblama apardıq. 240 manata 7 il 6 ay cəza. 240 : 7.5 = 32 manat.
Deməli, 32 manat rüşvətə görə 1 il həbs cəzası. Görəsən bu qayda ilə yüz milyonları mənimsəyən Müdafiə Nazirliyinin vəzifəli şəxslərinə neçə ƏSR cəza düşür..?
Gundelik-baku.com

Bölmənin digər xəbərləri

14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?

Dünyapress TV

Xəbər lenti