“Bizim Ev” MTK-nın zəbt etdiyi “stadion qalmaqalı”...
“Bizim Ev” MTK-nın tikdiyi qanunsuz binalar sökülməlidir...
Bir neçə gün öncə oxuduğumuz xəbər bizdə xeyli maraq doğurdu.
Çünki “Gündəlik Bakı” olaraq 1 ildən çoxdur ki, bu mövzuda araşdırma yazıları dərc edirik. İlk olaraq yayılan xəbərlə bağlı...
"Qaynarinfo" saytının yaydığı xəbərdən bəlli olur ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, deputat Səttar Möhbalıyev adının hallandığı “stadion qalmaqalı” ilə bağlı növbəti məhkəmə prosesinə çağrılır. Bu məsələ ilə bağlı sonuncu məhkəmə prosesi iyunun 21-də baş tutub. Zərərçəkənlər və təqsirləndirilən şəxslər Səttar Möhbalıyevin dindirilməsini istəyib. Bununla bağlı vəsatət də qaldırılıb. Daxil olan məlumata görə, növbəti prosesdə bu məsələyə baxılması gözlənilir. Ümid edilir ki, zərərçəkənlərin və təqsirləndirilən şəxslərin İSRARLI TƏLƏBLƏRİ nəzərə alınacaq və Möhbalıyev məhkəməyə gələcək.
Məlumat üçün qeyd edək ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir. İş üzrə iki təqsirləndirilən şəxs var. Onlardan biri Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının keçmiş sədri Nadir Əliyev, digəri isə “Yasamal” idman-sağlamlıq klubunun sabiq direktoru Alik Həsənovdur. Həmin satılan ərazidə, dövlətdən oğurlanaraq gizli şəkildə satılan, torpaq sahəsinin üzərində 2 ədəd qanunsuz hündür mərtəbəli bina tikilir. Hansıki, qəpik-quruşa alınan torpaq sahəsinin üzərində tikilən binalarda olan mənzillərin kvadrat metri 3000 manata yaxındır. Dövlətdən oğurlanaraq gizli şəkildə satılan torpağın üzərində qanunsuz tikilən 2 ədəd binada bilirsiniz nə qədər mənfəət var? Baxın, bu qanunsuz tikilən binalardan gələn gəlir 50 milyona yaxındır. Alan bəlli, satan bəlli. Satanı həbs edirlər, Dövlətdən gizlədilərək, alınan oğurluq torpaq sahəsində 2 ədəd qeyri-qanuni bina tikən işbazlar isə öz qanunsuz əməllərini davam etdirirlər. Kimdir bunların arxasında dayananlar? Kimdir bunların qanunsuz tikililərdən əldə etdikləri gəlirə şərik olanlar? Bu ərazidə Dövlət əhəmiyyətli hansısa bir neçə layihə həyata keçitrmək olmazdırmı? Görəsən, çox vacib idiki bu torpaq sahəsi Dövlətdən gizlədilərək hansısa işbaza satılaydı? Bax budur, Dövlətin maraqlarını öz maraqlarından üstün tutan məmurların iç üzləri. İndi isə qayıdaq yazımızın məhkəmədə həbs olunmuş şəxslər haqqındakı bölməsinə.
Bəli, yuxarıda qeyd etdiyimiz kimi, torpaq oğurluğunda 2 nəfər vəzifəli şəxs həbs olunub.
Hər iki şəxs Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə təqsirləndirilir.
İndi usə əsas mövzuya keçə bilərik. Deməli, 1 ildən çoxdur ki, “Bizim Ev” MTK-nın “Məhsul” stadionunun ərazisini, hətta stadionun soyunub-geyinmə otağını zəbt edərək orada yüksəkmərtəbəli bina tikdiyi barədə yazırıq.
Yeri gəlmişkən, “Bizim Ev” MTK həmin ərazidə Mədəniyyət Nazirliyinə məxsus fabrikin ərazisini də zəbt edərək bina tikir. Çox təəssüf ki, bu barədə yazılan xəbərlərdən cənab Möhbalıyev dəfələrlə xəbərsiz olduğunu bildirib. Cənab Möhbalıyevə dəfələrlə şifahi sorğu ünvanlamışıq ki, sizin sədr olduğunuz qurumun balansında olan stadionun zəbt olunamsından və orada bina tikilməsindən necə xəbərsiz ola bilərsiniz...?
Hətta yazmışıq ki, cənab millət vəkili, söhbət iynə axtarmaqdan getmir ee....stadiondan gedir. Nə isə bizim sorğularımız cavabsız qalıb. Amma bizə daxil olan məlumatlardan bəlli olur ki, söhbət 5 milyon civarında rüşvətdən gedir. Və MTK rəhbərliyi bu “summa”nın Həmkarlar Konfederasiyasının rəhbərliyinə çatdığını bildirir. Hətta bu barədə məhkəmədə vəsatət də qaldırılıb, Möhbalıyevin məhkəməyə çağırılması tələb olunub. Amma Möhbalıyev məhkəməyə getməyib. Biz Səttar Möhbalıyevi başa düşürük. O, Millət vəkilidir. Ölkədə kifayət qədər nüfuzu olan böyük bir Konfederasiyanın sədridir, ağsaqqaldır. Amma heç kimə haqq verilmir ki, Dövlətdən oğurlanaraq, gizli şəkildə satılmış ərazilərin aşkarlanaraq geri qaytarılmasını təmin edən məhkəmədə iştirak etməsin. Əgər Səttar Möhbalıyev bu məsələdə öz mövqeyini açıq şəkildə ortaya qoysa, Dövlətin maraqlarını güclü şəkildə müdafiə etsə, həmin 2 bina sökülərək yerində gözəl bir park salınar. Amma indi deyəsən məsələ qəlizləşib. Gözləntilərimiz özünü doğrultmağa doğru gedir. Yəqin ki, yaxın zamanda Möhbalıyev də məhkəmədə ifadə verməli olacaq. Bütün bunlar öz yerində. Problemin digər dəhşətli tərəfi odur ki, “Bizim Ev” MTK ərazidəki sakinlər üçün ciddi problemlər yaradır. Dəfələrlə sakinlər ölkə rəhbərliyinə, FHN rəhbərliyinə müraciət etsələr də faydası olmayıb.
Birincisi, ondan başlayaq ki, MTK ətrafdakı yaşıllıqları, ağacları məhv edir, həm də ətrafda yaşayan sakinlər üçün dözülməz mühit yaradırlar. Bütün bunları nəzərə alan cənab Prezident İlham Əliyev dəfələrlə göstəriş verib ki, məhəllə daxili ərazilərdə tikinti aparmayın. Prezidentin tapşırığına baxmayaraq MTK sahibləri məhəllədaxili ərazilərdə tikinti aparır, az qala sakinlərin ağzının içinə girirlər. Həmin tikintilər məhəllə sakinləri və ərazidə oynayan uşaqlar üçün ciddi təhlükə yaradırlar. Bütün bunlar azmış kimi binaların tikintisi zamanı səs-küydən sakinlər öz evlərində rahat otura bilmirlər. Bizim Ev MTK təkcə stadionun ərazisini deyil ee, ətraf əraziləri tikinti poliqonuna çevrilib.
Ötən yazılarımızda qeyd etdiyimiz kimi, “Bizim Ev” MTK küləkli havada sakinlərin başına beton, qum, çınqıl ələyir, sakinlər SƏS-KÜYDƏN nevroz həddinə çatıblar… Görəsən, FHN, Bakı Şəhər İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti bu boyda qanunsuzluqları görmür..?
Sakinlər son ümid yeri kimi cənab Prezidentdən kömək istəyirlər. Bütün bunlar öz yerində. Bəs, bu ölkənin Ekologiya Nazirliyi, FHN, Bakı ŞİH, Yasamal RİH, Şəhərsalma və Arxitektura Komitəsi, Hüquq Mühafizə Orqanları hara baxır ? Bəs nəyə nəzarət edirsiniz, cənablar..?
Sözün qısası, Səttar Möhbalıyevin məhkəmədə verəcəyi ifadəni gözləyək, bu ifadə çox şeyi dəyişə bilər. 
//gundelik-baku.com//
 

Bölmənin digər xəbərləri

14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?

Dünyapress TV

Xəbər lenti