Rəis sürücünü “Olar səni qucaqlayım?” şeirinə görə İŞDƏN QOVUB? - VİDEO
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi "Olar səni qucaqlayım?” şeirinə görə işdən qovduğu sürücünün məhkəmə şikayəti təmin edilməyib.

Teref.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Dövlət Xidmətinin ştatdankənar sürücüsü Sərxan Həmzəyev (soyad şərti) sözügedən şeirə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən işdən (qeyri-iş vaxtında) azad edilib.

Sərxan izahatında bildirib ki, işlədiyi müddətdə bütün kollektivlə mehriban, söz-söhbətsiz, səmimi davranışına görə hər kəsin yanında hörməti olub. Heç kimlə mübahisə etməyib. Hər zaman bayramlarda və yaxud adi günlərdə belə "WhatsApp” proqramı vasitəsilə iş yoldaşları ilə bir-birlərinə videoroliklər, şeirlər göndəriblər. Son günlər sosial şəbəkələrdə Aytac Vəlibəylinin "Olar səni qucaqlayım?” şeiri paylaşılıb. Bu şeirə qulaq asanda o, çox kövrəlib, çünki əzizlərini itirmiş insanlara aid şeir olub. O, da insan olaraq atasını, anasını və bacısını itirib. Həmin şeiri telefonuna yükləyib həyat yoldaşına, bacısına, qohumlara, tanışlara, özünə yaxın bildiyi, ərk etdiyi iş yoldaşlarına göndərib. Göndərdiyi hər kəsdən müsbət cavab alıb. Lakin onların arasında Dövlət Xidmətinin Mədəni irsin inkişafı və bərpası şöbəsinin aparıcı məsləhətçi vəzifəsini müvəqqəti icra edən Nərmin Bayramova onun göndərdiyi şeiri qeyri-adekvat başa düşərək, bunu etik normalardan kənar bir şeir kimi qəbul edib.

Sürücü "şeiri niyə belə mənada başa düşdüyünü" ondan soruşub. Lakin Nərmin xanım ona cavab verməyib və danışmaq istəməyib. Səhər isə rəhbərliyə ondan şikayət edib. Qurumun rəhbəri bununla bağlı həm Sərxana, həm Nərmin xanıma izahat yazdırıb.

Nərmin Bayramova izahatında qeyd edib ki, qeyri-etik ifadələrlə dolu olan "TikTok" videoçarxını şərəf və ləyaqətə təhqir, kollektivdəki nizama xələl gətirən bir hal kimi qəbul edir. Şeiri göndərdikdən sonra Nərmin Bayramova sürücüyə "Sərxan müəllim, yanlışlıqla videoçarxı mənə göndərmisiz” yazdığını, sürücünün isə "xeyr, düz göndərmişəm, şeir çox təsirlidir” cavabını verdiyini bildirib.

Nərmin Bayramova izahatında onu qeyd edib ki, Sərxan onun şərəf və ləyaqətini alçaldıb. Lakin sürücü belə bir niyyətinin olmadığını və onunla danışmağa çalışdığını bildirib.

Xidmətin rəis müavini Ağacavid Ramazanovun imzası ilə təcili şəkildə əmr hazırlanıb. Sənəd xidmət rəisinə təqdim olunub və Sərxan Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən işdən (qeyri-iş vaxtında) azad edilib.
Məhkəmə Sərxanın Dövlət Xidmətinə qarşı 3-24-1/3-3-K-12/2023 saylı, 2023-cü il tarixli əmrin ləğv edilməsi və işə bərpa olunması barədə iddia tələbini iddia müddətinin ötürülməsi ilə əlaqədar təmin
 

Bölmənin digər xəbərləri

13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?
09 May 2025 “Pulunu ver, balını artırım” – Abituriyentlərə yeni təhlükə
08 May 2025 Turizm Agentliyinin “yol şousu” baş tutmadı - TƏFƏRRÜAT
07 May 2025 DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım” “Sədəqə toplayırdım”
07 May 2025 İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? (SİYAHI)
07 May 2025 Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü — VİDEO
07 May 2025 Binə qəsəbəsini nəfəs kəsən qoxu bürüdü - Əhali təşvişdə
06 May 2025 “Bolt”un yeni fırıldağı - sizdən əlavə pul tutur – İZAH

Dünyapress TV

Xəbər lenti