İri marketlər alıcıları necə aldadır? –
Son vaxtlar alıcılar tez-tez iri market şəbəkələrində (“Araz Market”, “Bravo”, “BazarStore”, “Neptun”, “Bolmart” və s) xidmətin keyfiyyətindən narazılıq edirlər.
Belə ki, vitrində bəzi məhsulların endirimdə olduğu yazılır və endirim qiyməti göstərilir, kassada isə həmin məhsul endirim deyil, real qiymətinə satılır. Yalnız kassa çekinə diqqət edən müştərilər bundan xəbər tuta bilirlər. Alıcılar həmçinin endirim kampaniyalarının arxasında da bəzi hiylələr olduğunu, vaxtı keçən və ya keyfiyyətsiz məhsulların qiymətinin aşağı salındığından şikayətlənirlər.
Bundan başqa böyük marketlərdə alıcıların çox olduğu səhər və axşam saatlarında cəmi bir neçə kassa işləyir ki, bu da uzun növbələrin yaranmasına səbəb olur. Hətta əlavə kassalar olsa da, market sahibləri onların açılmasına icazə vermirlər.
Bəs, iri marketlərdə xidmətin səviyyəsinin aşağı olması nə ilə əlaqədardır?

TEREF.AZ yazır ki, mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, şikayətləri ümumiləşdirsək, bir ildə marketlər vətəndaşları aldatmaqla təqribən 500 milyon manat qazanc əldə edirlər.
E.Hüseynovun sözlərinə görə, müasir marketlər istahlakçıların hüquqlarının ən çox pozulduğu yerdir:
“Qapıdan girən kimi istehlakçıya potensial oğru kimi baxırlar. Əşyalarını alıb harasa yerləşdirirlər. Orda da bir şey itsə, heç kəs cavabdehlik daşımır. Bütün bunların səbəbi odur ki, marketlər üçün Nazirlər Kabinetinin heç bir qayda-qanunu yoxdur. İstehlakçı problem yaşıyıb dövlət orqanına müraciət edəndə isə deyirlər ki, onların öz ərazisidir, özləri bilər. Vətəndaşlar il ərzində marketlərdə almadıqları mal üçün ümumilikdə 500 milyon manat ödəyirlər. Təkcə məni şəhərin Nizami küçəsində yerləşən “Grand” marketdə bir ildə 100 manata qədər aldatma cəhdi olub. Bu hələ görüb bildiyimdir. Şübhəsiz ki, bilmədiyimiz də var. Cənab prezident daim iqtisadi çıxışlarında ölkədə süni qiymət artımının varlığını dilə gətirir və tapşırıqlar verir. Təchizatçı malı marketə yerləşdirmək üçün bəri başdan külli miqdarda pul verir. Ərzaq malları sektorundan danışsaq, marketlər malın üzərinə təxminən 25% qoyur. Satışdan sonra isə təchizatçılardan 20 % geri alır. Bu zaman təxminən 50 % qiymət artımı baş verir. Bu da süni qiymət artımına gətirib çıxarır”.
E.Hüseynov vurğulayıb ki, təchizatçılar bundan xəbərdar olsa da, səslərini çıxarmağa qorxurlar:
“Çünki onları ümumiyyətlə, şəbəkədən çıxarda bilərlər. Belə bir vəziyyətdə əlbəttə, marketlərdə istehlakçıların hüquqlarının pozulması daimi olacaq”.
Eyyub Hüseynov qeyd edib ki, kassalar qarşısında növbələr bilərəkdən yaradılır ki, insanlar aldıqları malın qiymətinə baxa bilməsinlər:
“Xidmətin keyfiyyətindən bizə daim şikayətlər gəlir. Kassalar məsələsində də Nazirlər Kabinetinin qaydaları olmadığı üçün market sahibləri necə istəyir, o cür də qaydalar tərtib edirlər. Ona görə də növbələr əmələ gəlir və bu da istehlakçı narazılığına səbəb olur. Mövcud qaydalar olmadığı üçün belə bir vəziyyət yaranır. Bu da marketlərdə süni qiymət artımında böyük rol oynayır. Ona görə istehlakçılara üzümü tutub deyirəm ki, ərzaq malının keyfiyyətində problem olarsa, 1003 qaynar telefon xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat versinlər. Qiymətdə aldadılma hiss edərlərsə, 195 telefon xətti ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər”.
 

Bölmənin digər xəbərləri

13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?
09 May 2025 “Pulunu ver, balını artırım” – Abituriyentlərə yeni təhlükə
08 May 2025 Turizm Agentliyinin “yol şousu” baş tutmadı - TƏFƏRRÜAT
07 May 2025 DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım” “Sədəqə toplayırdım”
07 May 2025 İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? (SİYAHI)
07 May 2025 Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü — VİDEO
07 May 2025 Binə qəsəbəsini nəfəs kəsən qoxu bürüdü - Əhali təşvişdə
06 May 2025 “Bolt”un yeni fırıldağı - sizdən əlavə pul tutur – İZAH

Dünyapress TV

Xəbər lenti