Kreml Bakıya ağlasığmaz şərt qoyur –
Moskva Azərbaycanın Donetsk və Luqansk “xalq respublikaları”, Xerson və Zaporojye vilayətləri, eləcə də Krımı Rusiya ərazisi kimi tanıyacağına ümid edir. Bu barədə RIA Novosti öz mənbəsinə istinadla xəbər yayıb.

“Moskva, Azərbaycanın Xarici İşlər Nazirliyinin Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin Qarabağla bağlı açıqlamasına reaksiyası fonunda, Bakının Moskvanın Ukraynada apardığı xüsusi hərbi əməliyyat və Krım, Sevastopol, DXR, LXR, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya məxsusluğu məsələsində yanaşmasının ədalətli olduğunu qəbul edəcəyinə ümid edir”, – agentliyin həmsöhbəti bildirib.

Adının açıqlanmasını istəməyən mənbə əlavə edib ki, Moskva Rusiya və Azərbaycan arasında müttəfiqlik münasibətlərindən çıxış edir. Bu münasibətlər 22 fevral 2022-ci il tarixində prezidentlər Vladimir Putin və İlham Əliyev tərəfindən imzalanmış Bəyannamə ilə rəsmiləşdirilib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiya prezidentinin köməkçisi Vladimir Medinskini Qarabağ münaqişəsi ilə bağlı faktları təhrif etməkdə ittiham etmişdi. Bakı həmçinin Rusiyalı məmuru səlahiyyətlərini aşmamağa və aidiyyəti olmayan məsələlərə müdaxilə etməməyə çağırmışdı.

Maraqlıdır, Moskvanın üstüörtülü formada, “mənbə” adı ilə verdiyi açıqlama nə deməkdir? Bu, nəyə hesablanıb? Axı, Kreml çox gözəl başa düşür ki, iki ölkə arasında münasibətlər xeyli gərginləşib. Bunun səbəbi də məhz Moskvadır – Putinin Azərbaycanın “Embraer” sərnişin təyyarəsinin vurulmasında Rusiyanın günahını qəbul etmək, məsuliyyət daşımaq istəməməsinə görə. Üstəlik, Moskva Ukraynanın xarici işlər nazirinin Azərbaycana son səfərindən də xəbərdardır. Hansı ki, 2022-ci ilin fevraldan sonra Moldova və Baltikyanı ölkələr çıxmaq şərti ilə keçmiş postsovet respublikalarından heç biri belə qəbul həyata keçirməyib. Kremlin çox yaxşı bildiyi başqa məqam da var – Azərbaycan və Ukrayna arasında uzun illərdir mövcud olan və bu gün də davam edən strateji tərəfdaşlıq münasibətləri. Rəsmi Bakı həmişə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib və bunu indi də edir.

Bu şəraitdə Rusiyanın Azərbaycana Ukraynaya qarşı silahlı təcavüzü və onun işğal etdiyi ərazilərin Rusiyaya məxsusluğu ilə razılaşmağı təklif etməsi necə başa düşülməlidir? Moskvada kimsə Azərbaycan rəhbərliyi ilə münasibətləri tamamilə korlamaq istəyir? Bəs bunun məqsədi nə ola bilər?

Pressklub.az mövzu ilə bağlı tanınmış xarici ekspertlərin rəyini öyrənib.

Kiyev Dünya Siyasəti İnstitutunun direktoru Yevgeni Maqda bildirib ki, son vaxtlar Rusiyanın təşəbbüslərini görəndə onda yalnız bir sualı yaranır: niyə bu təşəbbüslər hansısa ölkənin rəhbərliyini “Tanrı, çarı qoru” oxumağa və ya Kremlin çaldığı mahnıya oynamağı nəzərdə tutmalıdır?


“Məsələ ondadır ki, Rusiya öz hərəkətləri, bəyanatları və mövqeyi ilə paralel siyasi reallıq yaratmağa çalışır. Məntiqdən uzaq, sağlam düşüncəyə zidd olan paralel dünya. Mənə hazırkı dövrdə hansısa siyasətçinin bu cür təklifləri ciddiyə ala biləcəyini təsəvvür etmək çətindir. Axı, sağlam düşüncəsi olan istənilən siyasətçi başa düşür ki, həyat sabah bitmir və Rusiya da son instansiyası deyil. Ona görə də, Rusiyanın təkliflərini ciddiyə almayacaq. Azərbaycanın rəhbərliyinin də bu “böyük imperiya axmaqlığını” ciddiyə almayacağına azacıq da olsa şübhəm yoxdur. Bu, sadəcə tarix üçün qalacaq. Bir müddət sonra isə hüquqi araşdırmalar mövzusu olacaq. Nəticə belə olacaq”, – deyə Maqda bildirib.

Gürcüstan Strateji Analiz Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze isə qeyd edib ki, Azərbaycanla Ukrayna arasında strateji münasibətlər 2022-ci ildə də olub. Amma bu, Moskvanın Bakı ilə Müttəfiqlik haqqında Bəyannamə imzalamasına mane olmadı. Ona görə də hesab edir ki, əsas məsələ keçmiş yox, indiki vəziyyətdir.


“Hazırda biz Rusiyanı mənfi mənada izləyirik. Kreml Trampın prezident postuna qayıtmasından da istifadə edə bilmir. Onun son ümidi Cənubi Qafqaz və Mərkəzi Asiyada Çinin maraqlarının keşiyində durmaqdır. Halbuki, Bakı Çin ilə münasibətləri Moskvanın vasitəçiliyi olmadan, müstəqil şəkildə özü də uğurla inkişaf etdirir.

Rusiya zəiflədikcə Avrasiya məkanında geosiyasi funksiyasını itirir. Buna görə də Kreml əsəbiləşib və Bakıya guya sərt mesajlar ötürməyə çalışır – guya vəziyyət dəyişə bilər. Bakı isə mənalı şəkildə susur. Bu susqunluq isə o deməkdir ki, vəziyyət dəyişəndə, gəlib danışarsınız”, – Vasadze fikrini tamamlayıb.

Rauf Orucov

Bölmənin digər xəbərləri

14 İyun 2025 ABŞ senatoru Sanderz: “Biz Netanyahuya görə daha bir müharibəyə cəlb oluna bilmərik”
14 İyun 2025 Netanyahu iranlılara müraciət etdi: Ayağa qalxın!
14 İyun 2025 İsrailin ordu rəhbərliyinin brifinqi yarımçıq dayandırıldı
14 İyun 2025 İran rejimi parçalanıb, çökəcək – Pəhləvi çağırış etdi
14 İyun 2025 İran əhalisi ölkəni tərk edir - Video
14 İyun 2025 Ermənistanın keçmiş baş naziri saxlanıldı
13 İyun 2025 Netanyahunun təyyarəsi Yunanıstana qaçırıldı! - FOTO
13 İyun 2025 Pezeşkiandan TƏCİLİ AÇIQLAMA - “İsrail öz axmaq əməllərindən peşman olacaq!”
13 İyun 2025 Ərdoğandan İran-İsrail münaqişəsi ilə bağlı SON DƏQİQƏ açıqlaması
13 İyun 2025 Rusiya ən qiymətli təyyarəsini Ukraynadan uzaqlaşdırır: Nə baş verib
13 İyun 2025 ABŞ İsrailin İrana hücumlarında iştirakını təkzib etdi
13 İyun 2025 İsrailə ŞOK ittiham: Səudiyyə Ərəbistanı və Omandan sərt bəyanat
13 İyun 2025 ABŞ-da senator qandallandı
13 İyun 2025 Orban Gürcüstan hökumətini "heyvan" adlandırdı
13 İyun 2025 Tehran İsrailin hücumlarına sərt cavab verəcək - İran Baş Qərargahının sözçüsü
13 İyun 2025 Rusiyanın hədəfindəki nöqtələr: Avropada eskalasiya gözləntisi
12 İyun 2025 Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib
12 İyun 2025 Prezident: Los-Anceles sakinləri bəxtəvərdirlər ki, onlara kömək etdim
12 İyun 2025 Zaxarova erməni jurnalisti "yerinə otuzdurub" - GƏLİŞMƏ
12 İyun 2025 Azərbaycanlı iş adamının Xəzərlə bağlı təklifinə Qazaxıstandan reaksiya

Dünyapress TV

Xəbər lenti