Tərəflər yorulub, qarşıdurmanı dayandıracaq sülh formuluna ehtiyac var - ŞƏRH
Rusiya Prezidenti Vladimir Putin tammiqyaslı işğaldan sonra ilk dəfə Ukraynaya ikitərəfli danışıqlar təklif edib.
Bu barədə “Röyters” qeyd edib.
Nəşr yazıb ki, Zelenski Putinin təşəbbüsünə cavab verməsə də, Ukraynanın atəşkəslə bağlı istənilən danışığa hazır olduğunu vurğulayıb:
“Putinin bəyanatı heç bir irəliləyiş əldə olunmasa, sülh səylərindən əl çəkəcəyi ilə hədələyən ABŞ-ın təzyiqi fonunda baş verib”.
"Bizim istənilən sülh təşəbbüslərinə müsbət münasibətimiz var. Ümid edirik ki, Kiyev rejiminin nümayəndələri də belə hiss edəcəklər", - Putin deyib.
Kremlin mətbuat katibi Dmitri Peskov daha sonra prezidentin sözlərini belə izah edib:
“Putin mülki obyektlərin vurulmaması məsələsini, o cümlədən ikitərəfli əsasda müzakirə etməyin mümkün olduğunu deyəndə, Ukrayna tərəfi ilə danışıqlar və müzakirələri nəzərdə tuturdu”.
O əlavə edib ki, Rusiya Federasiyası sülh yolu ilə həll tapmağa açıqdır. Peskov hətta Amerika tərəfi ilə iş aparıldığını xatırladıb və bunun “nəticə verəcəyinə” ümid etdiyini bildirib.

Siyasi şərhçi Kazım Kazımov "Sherg.az"a deyib ki, Kreml müharibə dövründə də belə sülh çağırışları edirdi, lakin bu bəyanatlar real barışa xidmət göstərmirdi:

"Rusiyanın irəli sürdüyü şərtlər maksimalist və qeyri-realist idi. Eyni zamanda, Ukrayna da öz mövqeyini açıq şəkildə ortaya qoyaraq, Moskvanın təkliflərinə qarşı konkret tələblər irəli sürürdü. Hər iki tərəf sülh istəyini bəyan etsə də, mövcud şərtlər ortaq nöqtəyə gəlməyə imkan vermir. Rusiya və Ukraynanın mövqeləri bir-birindən kəskin şəkildə fərqlənir. Reallıq isə odur ki, Ukrayna işğala məruz qalan və ərazi itkiləri yaşayan tərəfdir. Lakin indiki mərhələdə 2014-cü il sərhədlərinə qayıtmaq praktik olaraq mümkün görünmür. Çünki Rusiya işğal etdiyi ərazilərdə güclü hərbi mövqe qurub və hərbi-siyasi resurs baxımından Ukraynanı üstələyir. Digər tərəfdən, Qərb də artıq bu münaqişədən yorulub. ABŞ-da administrasiya dəyişikliyi ilə yanaşma da dəyişib – Prezident Donald Tramp və komandası müharibəyə əvvəlki rəhbərlikdən fərqli yanaşır. Belə bir vəziyyətdə Ukrayna üçün əlverişli olmayan, lakin döyüşləri dayandıra biləcək bir atəşkəs gündəmə gələ bilər".

Şərhçi qeyd edib ki, Kiyev əlavə ərazi itkisi və ağır siyasi nəticələrə gətirib çıxaracaq bir sülh razılaşmasına imza atmaq istəmir:
"Ukrayna artıq üç ildir müharibə şəraitindədir, ağır itkilər verib. Buna görə də hər iki tərəfin tam razı qalmasa belə, ən azı silahlı qarşıdurmanı dayandıracaq və itkilərin qarşısını alacaq bir sülh formuluna ehtiyac var".
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
30 Aprel 2025 Putindən Trampa zərbə: Dörd regionu tələb edir! - TƏFƏRRÜAT
30 Aprel 2025 Zaxarova bu ölkəni hədələdi: Ukraynadan nəticə çıxarın!
30 Aprel 2025 Netanyahunun korteji Qüdsdə qəzaya uğradı
29 Aprel 2025 Azərbaycan-Aİ soyuqluğu aradan qalxacaqmı? - rəy
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... - EVCİK-EVCİK OYNAYIRLAR...
29 Aprel 2025 Dəmirtaş-Öcalan təmasında nələr müzakirə edildi? Öcalan nə istəyirdi? ŞOK TƏFƏRRÜAT
29 Aprel 2025 Bakı zəmanət verdi, dünya nəhəngi razılaşdı – Xəzərboyu proses başladılır
29 Aprel 2025 Her iddiası yalan çıktı! CHP ve İBB soruşturmalarının kullanışlı tanığı: Tolgahan Erdoğan
29 Aprel 2025 Madrid meri işıqsızlıq səbəbiylə ordudan kömək istəyib
29 Aprel 2025 Pakistan Hindistana xəbərdarlıq etdi
29 Aprel 2025 Prezident Araz dəhlizi layihəsinədən danışdı
29 Aprel 2025  İranın "Azərbaycan" siyasəti dəyişmir... - "Siyasət Şəhriyarın şeirləri qədər aydın, gözəl və birmənalı deyil"
29 Aprel 2025 “Rusiyanı diz çökdürmək lazımdır” - Kennedi
29 Aprel 2025 Krım məsələsi danışıqlarda mərkəzi yerdədir - Fransa hökumətinin sözçüsü
28 Aprel 2025 “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” – Pezeşkian
28 Aprel 2025 Kəşfiyyat: Rusiya üç keçmiş sovet ölkəsinə hücum edəcək
28 Aprel 2025 Dünya gündəminə çevrilən üçüncü stulla bağlı Fransadan açıqlama
28 Aprel 2025 ABŞ indiyədək Ukraynaya etdiyi yardımları borc hesablamayacaq – Baş nazir

Dünyapress TV

Xəbər lenti