b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_abb2eebc1d66f04d4ec1d684cbab945b.jpg
 

Paris sərhəddəki “casus missiyası”nı genişləndirməyə çağırır; Yelisey sarayının destruktiv siyasəti daha nə qədər sürəcək? -  reaksiyalar

Ermənistanın “bacısı” Fransanın Azərbaycana qarşı təxribatları səngimir. Rəsmi Paris indi də iki ölkə arasındakı sülh prosesini  sabotaj etməyi hədəfləyib. Bu da növbəti sübut.

Fransanın xarici işlər naziri Jan-Noel Barrot Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının genişləndiriləcəyinə ümid etdiyini bildirib. Bu barədə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini sosial şəbəkələrdə məlumat verib.

“Ümid edirəm ki, orada (Ermənistanda - red.) yerləşdirilən Avropa missiyası genişləndiriləcək. O məqsədlə ki, bu gərginliyi (Ermənistan-Azərbaycan sərhədində - red.) müşahidə edə və cilovlaya bilsin”, - o qeyd edib.

Xatırladaq ki, yanvarın sonunda Aİ Şurası Avropa İttifaqının Ermənistandakı missiyasının mandatının daha iki il - 2027-ci il fevralın 19-dək uzadılması barədə qərar qəbul edib.

Onu da yada salaq ki, Bakı və İrəvanın sülh sənədində razılaşdırdığı son maddə məhz sərhəddən üçüncü qüvvənin çıxarılması barədədir. Belə çıxır ki, Fransa nəinki bu maddənin əleyhinədir, üstəlik, casus missiyasını genişləndirməyə çağırır. Deməli, həm də sülh sənədinə, böyük sülhə qarşı çıxır. Prosesi sabotaj edir.   

Fransa eyni zamanda Ermənistanı silahlandırmağa davam edir. O Ermənistan ki, öz konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası ilə bağlı müddəanı çıxarmaq istəmir və özü üçün rekord həcmdə (1.7 milyarda dollar) hərbi büdcə müəyyən edib.

Rəsmi Bakı isə haqlı olaraq Parisdən ikiüzlü siyasətdən əl çəkməyi tələb edir. Azərbaycan XİN-in son açıqlamaları məhz bu yöndədir. Rəsmi Parisin bu destruktiv siyasəti daha nə qədər və hara kimi sürəcək?

“Fransanın Avropa və xarici işlər naziri Jan Noel Barronun Fransanın Azərbaycandakı səfirinin də istinad etdiyi iddialarını qətiyyətlə rədd edir və pisləyirik”. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

O deyib ki, Fransanın siyasətindəki ikili yanaşma - sülh niyyətini bəyan edərkən münaqişəyə sürükləyən davranışlar - narahatlıq doğuran uyğunsuzluğu nümayiş etdirir: “Belə ikiüzlü siyasət regionda davamlı sülh perspektivlərinə mane olur”.

XİN rəsmisi onu da vurğulayıb ki, bəşəriyyətə qarşı cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəmə proseslərinə maneçilik törədilməsi ölkənin suverenliyinə müdaxilə olmaqla yanaşı, dəhşətli qəddarlıqlara görə məsuliyyətin müəyyən edilməsi prosesini sarsıdır.

Aydın Mirzəzadə: Ermənistan işğal dövründə minalara 400 milyon dollar  xərcləyib | Baku.ws Xəbər saytı - Son xəbərlər və Hadisələr

Aydın Mirzəzadə

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, Fransa Azərbaycanla münasibətləri daha da gərginləşdirmək və açıq düşmənçilik niyyətindən əl çəkmir. “Onun son təklifi əslində bu düşmənçiliyi bir daha təsdiq edir. Ümumiyyətlə, Ermənistanda mülki missiyanın fəaliyyətinə heç bir əsas yoxdur. Çünki iki dövlət arasında müharibə bitib, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb, hazırda sülh təşəbbüsləri var. Belə olan halda, Ermənistanda Azərbaycan ərazisini izləyən bir qrupu saxlamağın mənası yoxdur və bu, məhz Azərbaycana qarşı təzyiq siyasətidir”, -  deyə deputat açıqladı. A.Mirzəzadənin sözlərinə görə, Fransadan bu çağırış həm də Ermənistanı yenidən müharibəyə sürükləmək cəhdidir: “Eyni zamanda Parisin İrəvanda revanşistlərə dəstək verilməsində, Ermənistanın silahlandırılmasında xüsusi rolu var. Lakin Yelisey sarayının Cənubi Qafqazda "suyu bulandırmaq" cəhdləri baş tutmayacaq və region öz problemlərini həll etmək istəyindədir".

Samir Əsədli: “Bu, milli genefondun qorunması nöqteyi-nəzərindən son dərəcə  vacibdir” - VHP

Samir Əsədli

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli isə qeyd etdi ki, Fransanın çağırışları bölgədə Qərbin təsirlərini artırmağa hesablanıb. VHP rəsmisi bildirdi ki, burada antisülh ritorikası ilə yanaşı, Rusiyanın Cənubi Qafqazda təsir gücünü azaltmaq da hədəflənib. S.Əsədli vurğuladı ki, Makron Fransası son beş ildə düşmənçilik edir: “Azərbaycandan Fransaya bir pislik olmayıb. İki ölkə arasında iqtisadi, mədəni əlaqələr var, "Total" enerji şirkəti Azərbaycanda pay sahibidir, amma Yelisey sarayının siyasətində Bakıya qarşı nifrət, kin bəslənir. İkinci Qarabağ müharibəsi başlandığı tarixdən bu günə qədər Fransanın Azərbaycana münasibətində düşmənçilik artan xətt üzrə gedir. Hətta Makron bizi təcavüzkarlıqda ittiham edib. Yəni dünya da, Paşinyan da Qarabağın Azərbaycana aid olduğunu təsdiqləyib, təkcə Makron Fransası barışmır. Məncə, burada qərəzlə bərabər siyasi hiyləgərlik var".

S.Əsədli əlavə etdi ki, bu hiyləgərlik Ermənistana dəstək nümayiş etdirməklə onu Rusiyanın cəngindən qoparmaq cəhdidir: “Əfsuslar olsun ki, bu siyasət yürüdülərkən Azərbaycana haqsızlıq edilir. Bakının üzərinə gəlməklə bölgədə qalmaq səyləri uğursuzluğa düçar olacaq. Fransanın hansı mövqe sərgiləməsindən asılı olmayaraq, Azərbaycan beynəlxalq hüquqa söykənən addımlarını atır, haqqını sökə-sökə alır. Odur ki, bölgəyə "casus şəbəkəsi"ni yerləşdirməklə hər hansı planları həyata keçirmək mümkün olmayacaq. Əgər həmin missiya belə obyektivdirsə, son günlər mövqelərimizin atəşə tutulmasını qeydə alsın və hesabatla çıxış etsin. Sadəcə, onların sayını 1500 nəfərə çatdırmaq niyyəti var və Fransa Brüsseli bunu daha tez reallaşdırmağa çağırır. Halbuki Ermənistan Azərbaycanla razılaşıb ki, sərhədin delimitasiya edilmiş ərazilərində avropalı müşahidəçilər olmasınlar. Amma Fransa bu anlaşmaya zidd mövqedən çıxış edir. Paris sülhün ən çox Ermənistana lazım olduğunu başa düşməlidir".

Qeyd edək ki, Avropa Birliyinin Ermənistandakı “müşahidə missiyası”nın Azərbaycanla şərti sərhəddə avantürist addımları davam edir. Ermənistanla Azərbaycan arasındakı şərti sərhədə yerləşdirilən AB missiyasının üzvləri durbinlə Azərbaycan ərazilərini müşahidə edirlər. Bakı onların bölgədən çıxarılmasını tələb edir. Amma missiyanın tərkibinə Aİ üzvü olmayan Kanadanın da polisləri qoşulublar. Rusiya da bu monitorinq qrupunu kəşfiyyat missiyası adlandırıb və fəaliyyətinin bölgədə sülhün əleyhinə yönəldiyini bəyan edib. Azərbaycan bu missiyanın öz ərazisində yerləşməsinə ilk gündən razı olmayıb, Ermənistanda isə iki aylıq fəaliyyətinə “hə” demişdi. İndi isə fəaliyyət müddəti 2027-dək uzadılıb.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 
 
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
30 Aprel 2025 Putindən Trampa zərbə: Dörd regionu tələb edir! - TƏFƏRRÜAT
30 Aprel 2025 Zaxarova bu ölkəni hədələdi: Ukraynadan nəticə çıxarın!
30 Aprel 2025 Netanyahunun korteji Qüdsdə qəzaya uğradı
29 Aprel 2025 Azərbaycan-Aİ soyuqluğu aradan qalxacaqmı? - rəy
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... - EVCİK-EVCİK OYNAYIRLAR...
29 Aprel 2025 Dəmirtaş-Öcalan təmasında nələr müzakirə edildi? Öcalan nə istəyirdi? ŞOK TƏFƏRRÜAT
29 Aprel 2025 Bakı zəmanət verdi, dünya nəhəngi razılaşdı – Xəzərboyu proses başladılır
29 Aprel 2025 Her iddiası yalan çıktı! CHP ve İBB soruşturmalarının kullanışlı tanığı: Tolgahan Erdoğan
29 Aprel 2025 Madrid meri işıqsızlıq səbəbiylə ordudan kömək istəyib
29 Aprel 2025 Pakistan Hindistana xəbərdarlıq etdi
29 Aprel 2025 Prezident Araz dəhlizi layihəsinədən danışdı
29 Aprel 2025  İranın "Azərbaycan" siyasəti dəyişmir... - "Siyasət Şəhriyarın şeirləri qədər aydın, gözəl və birmənalı deyil"
29 Aprel 2025 “Rusiyanı diz çökdürmək lazımdır” - Kennedi
29 Aprel 2025 Krım məsələsi danışıqlarda mərkəzi yerdədir - Fransa hökumətinin sözçüsü
28 Aprel 2025 “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” – Pezeşkian
28 Aprel 2025 Kəşfiyyat: Rusiya üç keçmiş sovet ölkəsinə hücum edəcək
28 Aprel 2025 Dünya gündəminə çevrilən üçüncü stulla bağlı Fransadan açıqlama
28 Aprel 2025 ABŞ indiyədək Ukraynaya etdiyi yardımları borc hesablamayacaq – Baş nazir

Dünyapress TV

Xəbər lenti