Paşinyanın Çingiz xan travması - Parlamentdə Monqol xaqanının adını buna görə çəkibmiş…
Baş nazir Nikol Paşinyan, Ermənistan parlamentində müharibə tərəfdarı olanlara sərt reaksiya göstərib. Onun son çıxışı və bu zaman Çingiz xanın adını çəkməsi cəmiyyətdə maraqla qarşılanıb. Mediada yayılan məlumatlara görə, Nikol Paşinyan həmin çıxışında belə deyib:

“Çingiz xan demək olar ki, bütün dünyanı fəth etmişdi. Lakin o, dayanıqlı bir dövlət qurmağı bacarmadı. Çünki fəth etmək bir məsələdir, amma dövlət qurmaq və onu davamlı şəkildə yaşatmaq tamamilə fərqli və daha çətin bir məsələdir”.

Tarixdə Monqol İmperiyasının ermənilərlə nə kimi əlaqəsi olub? Çingiz Xanın ermənilərə münasibəti necə olub?

Globalinfo.az-a açıqlamasında fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli bildirib ki, ermənilər və bir çox digər xalqlar türklərin bölgəyə Çingiz xanın dövründə gəldiyini zənn edirlər:

“Ermənistanın Baş naziri Nikol Paşinyan da bir erməni olaraq əcdadlarının ideyalarının daşıyıcısıdır. Onlar türkləri və moğolları bu coğrafiyaya sonradan gəlmiş, yəni yad ünsür kimi görürlər. Ermənilər bizi həm türk, həm də moğol adlandırırlar. Çingiz xanın soyundan olanları da eyni kateqoriyada qiymətləndirirlər”.

Tarixi kontekstdən bəhs edən Faiq Ələkbərli qeyd edib ki, XIX əsrin sonlarında çap olunan Azərbaycan və erməni mətbuatı bu ideoloji qarşıdurmaları açıq şəkildə əks etdirib:

“1875-77-ci illərdə nəşr olunan “Əkinçi” qəzetində Həsən bəy Zərdabi İslam birliyinə üstünlük verən fikirlər irəli sürürdü. Həmin dövrdə, 1872–1921-ci illərdə Tiflisdə çap olunan erməni qəzeti “Mşak”ın redaktorlarından biri Qriqor Artsruni idi. O, Zərdabinin fikirlərinə cavab olaraq yazırdı: “Siz türklər və moğollar Orta Asiyadan gəlmisiniz. Sizin yeriniz oradır. Birliyinizi də orada qurun”.

Nikol Paşinyan bu mövqeyin davamçısıdır və açıq şəkildə Çingiz xana qarşı mənfi münasibət bəsləyir. Onun çıxışlarında türklər və moğolların Ermənistan üçün təhlükə yaratdığı tez-tez vurğulanır.

Paşinyan, sələflərinin ideoloji xəttini davam etdirərək, Çingiz xana və türklərə qarşı mənfi münasibət nümayiş etdirir. Onun çıxışlarında türklərin və moğolların bölgəyə təhlükə olduğu mesajı açıq-aşkar hiss olunur.”

Paşinyanın Çingiz xan travması – Parlamentdə Monqol xaqanının adını buna görə çəkibmiş…

“Ermənilərin irəli sürdüyü bu iddialar tamamilə əsassızdır. Biz türk xalqları bu torpaqlarda 3-5 min il öncədən bəri yaşayırıq. Gələcəkdə də burada var olmağa davam edəcəyik”.
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
30 Aprel 2025 Putindən Trampa zərbə: Dörd regionu tələb edir! - TƏFƏRRÜAT
30 Aprel 2025 Zaxarova bu ölkəni hədələdi: Ukraynadan nəticə çıxarın!
30 Aprel 2025 Netanyahunun korteji Qüdsdə qəzaya uğradı
29 Aprel 2025 Azərbaycan-Aİ soyuqluğu aradan qalxacaqmı? - rəy
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... - EVCİK-EVCİK OYNAYIRLAR...
29 Aprel 2025 Dəmirtaş-Öcalan təmasında nələr müzakirə edildi? Öcalan nə istəyirdi? ŞOK TƏFƏRRÜAT
29 Aprel 2025 Bakı zəmanət verdi, dünya nəhəngi razılaşdı – Xəzərboyu proses başladılır
29 Aprel 2025 Her iddiası yalan çıktı! CHP ve İBB soruşturmalarının kullanışlı tanığı: Tolgahan Erdoğan
29 Aprel 2025 Madrid meri işıqsızlıq səbəbiylə ordudan kömək istəyib
29 Aprel 2025 Pakistan Hindistana xəbərdarlıq etdi
29 Aprel 2025 Prezident Araz dəhlizi layihəsinədən danışdı
29 Aprel 2025  İranın "Azərbaycan" siyasəti dəyişmir... - "Siyasət Şəhriyarın şeirləri qədər aydın, gözəl və birmənalı deyil"
29 Aprel 2025 “Rusiyanı diz çökdürmək lazımdır” - Kennedi
29 Aprel 2025 Krım məsələsi danışıqlarda mərkəzi yerdədir - Fransa hökumətinin sözçüsü
28 Aprel 2025 “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” – Pezeşkian
28 Aprel 2025 Kəşfiyyat: Rusiya üç keçmiş sovet ölkəsinə hücum edəcək
28 Aprel 2025 Dünya gündəminə çevrilən üçüncü stulla bağlı Fransadan açıqlama
28 Aprel 2025 ABŞ indiyədək Ukraynaya etdiyi yardımları borc hesablamayacaq – Baş nazir

Dünyapress TV

Xəbər lenti