Ər-Riyadda Ukrayna münaqişəsi ilə bağlı əldə edilən razılaşmalar bəlli olub
Ukrayna və ABŞ Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi, eləcə də enerji infrastrukturuna hücumların dayandırılması barədə razılığa gəliblər.

TEREF “Report”a istinadən xəbər verir ki, bunu Ər-Riyadda danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov deyib.

“Bütün tərəflər təhlükəsiz naviqasiyanı təmin etmək, güc tətbiqini dayandırmaq və Qara dənizdə hərbi məqsədlər üçün kommersiya gəmilərindən istifadənin qarşısını almaq barədə razılığa gəliblər. Həmçinin Ukrayna və Rusiyanın enerji infrastrukturuna hücumların tam dayandırması ilə bağlı da razılıq əldə olunub”, - deyə o bildirib.

R. Umerov Rusiyanın hərbi gəmilərinin Qara dənizin şərq hissəsindən kənara hərəkətinin bu sazişin ruhunun pozulması kimi qiymətləndiriləcəyini və Kiyev tərəfindən Ukraynanın milli təhlükəsizliyinə təhdid kimi qiymətləndiriləcəyini vurğulayıb.

Bundan əlavə, o qeyd edib ki, tərəflər üçüncü ölkələrin dəniz və enerji sazişlərinin həyata keçirilməsinə dəstək üçün cəlb olunmasını alqışlayıblar. ABŞ da məhbusların əsir və girovların azad edilməsini dəstəklədiyini təsdiqləyib.

“Sazişlərin səmərəli həyata keçirilməsi üçün onların icrası, monitorinqi və nəzarəti ilə bağlı bütün detalları razılaşdırmaq üçün mümkün qədər tez əlavə texniki məsləhətləşmələrin aparılması vacibdir”, - deyə o bildirib.

Kreml isə bildirib ki, Rusiya və ABŞ prezidentləri arasında əldə edilən razılaşmaya əsasən, tərəflər Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi, güc tətbiq edilməməsi və kommersiya gəmilərinin hərbi məqsədlər üçün istifadəsinin qarşısının alınması, eyni zamanda belə gəmilərin yoxlanılması yolu ilə müvafiq nəzarət tədbirlərinin təşkili barədə razılığa gəliblər.

Rəsmi Moskva vurğulayıb ki, Qara dənizlə bağlı sazişlər Rosselxozbank və aqrar-sənaye kompleksində ticarəti təmin edən digər banklardan sanksiyalar götürüldükdən və həmin banklar yenidən SWIFT-ə qoşulduqdan sonra qüvvəyə minəcək.

Bundan başqa Rusiya tərəfi qeyd edib ki, Qərbin gəmilərə və kənd təsərrüfatı avadanlıqlarının tədarükünə tətbiq etdiyi sanksiyaları ləğv etmədən Qara dəniz taxıl müqaviləsini bərpa etməyəcək.

Sazişlərin yenilənməsi şərtlərinə limanlarda gəmilərə xidmət göstərilməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması və qida (o cümlədən balıq məhsulları), gübrə ticarəti ilə məşğul olan Rusiya bayrağı altında üzən gəmilərə tətbiq edilən sanksiyaların götürülməsi daxildir.

Daha bir şərt isə Rusiya Federasiyasına kənd təsərrüfatı texnikasının, habelə qida (o cümlədən balıq məhsulları) və gübrə istehsalında istifadə olunan digər malların tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasıdır.
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
30 Aprel 2025 Putindən Trampa zərbə: Dörd regionu tələb edir! - TƏFƏRRÜAT
30 Aprel 2025 Zaxarova bu ölkəni hədələdi: Ukraynadan nəticə çıxarın!
30 Aprel 2025 Netanyahunun korteji Qüdsdə qəzaya uğradı
29 Aprel 2025 Azərbaycan-Aİ soyuqluğu aradan qalxacaqmı? - rəy
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... - EVCİK-EVCİK OYNAYIRLAR...
29 Aprel 2025 Dəmirtaş-Öcalan təmasında nələr müzakirə edildi? Öcalan nə istəyirdi? ŞOK TƏFƏRRÜAT
29 Aprel 2025 Bakı zəmanət verdi, dünya nəhəngi razılaşdı – Xəzərboyu proses başladılır
29 Aprel 2025 Her iddiası yalan çıktı! CHP ve İBB soruşturmalarının kullanışlı tanığı: Tolgahan Erdoğan
29 Aprel 2025 Madrid meri işıqsızlıq səbəbiylə ordudan kömək istəyib
29 Aprel 2025 Pakistan Hindistana xəbərdarlıq etdi
29 Aprel 2025 Prezident Araz dəhlizi layihəsinədən danışdı
29 Aprel 2025  İranın "Azərbaycan" siyasəti dəyişmir... - "Siyasət Şəhriyarın şeirləri qədər aydın, gözəl və birmənalı deyil"
29 Aprel 2025 “Rusiyanı diz çökdürmək lazımdır” - Kennedi
29 Aprel 2025 Krım məsələsi danışıqlarda mərkəzi yerdədir - Fransa hökumətinin sözçüsü
28 Aprel 2025 “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” – Pezeşkian
28 Aprel 2025 Kəşfiyyat: Rusiya üç keçmiş sovet ölkəsinə hücum edəcək
28 Aprel 2025 Dünya gündəminə çevrilən üçüncü stulla bağlı Fransadan açıqlama
28 Aprel 2025 ABŞ indiyədək Ukraynaya etdiyi yardımları borc hesablamayacaq – Baş nazir

Dünyapress TV

Xəbər lenti