Daha Rusiya bizim üçün DOLANIŞIQ YERİ deyil... - DETALLAR
Müharibə Rusiyada fərqli əmək münasibətləri sistemi formalaşdırdı. Miqrantlar daha əvvəlki kimi böyük pullar qazana bilmirlər. Onların müharibəyə cəlb olunması cəhdləri də Rusiya bazarına marağı azaldır. Nəticədə şimal qonşusu istiqamətində müşahidə etməyə alışdığımız axın daha yoxdur.

Bizimyol.info xəbər verir ki, Rusiyadan Azərbaycana pul köçürmələri azalıb. 2024-cü ildə qonşu dövlətdən bizim ölkəyə 497 milyon manat göndərilib. Bu, ümumi məbləğin 46 faizini təşkil edir. Halbuki elə keçən il göstərici 63 faizi keçirdi.

Rusiyada əmək miqrantlarının yaxşı dövründə oradan postsovet məkanının müxtəlif istiqamətlərinə böyük pullar göndərilirdi. Azərbaycana da milyardlar gəlirdi. Hətta Ukrayna müharibəsi də ümumi mənzərəni çox zədələməmişdi. Məsələn, 2022-ci ildə xaricdən Azərbaycana indikindən az qala üç dəfə böyük məbləğ göndərilmişdi. Ümumilikdə 2,8 milyard dolların 82 faizi Rusiyanın payına düşmüşdü.

Əvvəlki illərə nəzər salanda da şimal dövlətindən köçürmələrin yüksək olduğunu görürük. Adətən, faiz payı 75-dən az olmayıb.

2024-cü ildə Rusiyadan sonra ən çox pul baratı Türkiyədən gəlib (176 milyon dollar). ABŞ-dən 65, Gürcüstadan 35, Böyük Britaniyadan isə 34 milyon dollar göndərilib.

Azərbaycandan xarici dövlətlərə 527 milyon dollar köçürülüb. Bu məslədə liderlik Türkiyədədir. Qardaş ölkəyə 150 milyon dollar göndərilib. ABŞ-nin payına 60, Rusiyanın 58, Gürcüstanın 45, Böyük Britaniyanın isə 28 milyon dollar düşür.

Hesab edirik ki, yaxın illərdə Rusiyadan böyük məbləğlər gözləməyə dəyməz. Müharibə qonşu ölkə iqtisadiyyatını çox sarsıdıb. Oradakı əmək bazarı tezliklə özünə gəlməyəcək.

İndi azərbaycanlılar üçün Şərqi Avropa ölkələri daha cəlbedici görünür. Polşaya iş üçün yollananların sayı çoxdur. Polşanın Bakıdakı səfirliyindən viza sənədlərini avqustdan tez qəbul etməyə hazır deyillər. Çünki həmin müddətə qədər görüş yeri qalmayıb.

Monteneqroya üz tutanların sayı da çoxalıb. Bu ölkədə türkiyəli iş adamlarının tikinti şirkətlərində məvacib 1200 avrodan yüksəkdir. İndi xaricə üz tutmuş azərbaycanlıların buradakı ailə üzvləri daha çox Avropa ölkələrindən vəsait gözləyir.
 
 
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
30 Aprel 2025 Putindən Trampa zərbə: Dörd regionu tələb edir! - TƏFƏRRÜAT
30 Aprel 2025 Zaxarova bu ölkəni hədələdi: Ukraynadan nəticə çıxarın!
30 Aprel 2025 Netanyahunun korteji Qüdsdə qəzaya uğradı
29 Aprel 2025 Azərbaycan-Aİ soyuqluğu aradan qalxacaqmı? - rəy
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... - EVCİK-EVCİK OYNAYIRLAR...
29 Aprel 2025 Dəmirtaş-Öcalan təmasında nələr müzakirə edildi? Öcalan nə istəyirdi? ŞOK TƏFƏRRÜAT
29 Aprel 2025 Bakı zəmanət verdi, dünya nəhəngi razılaşdı – Xəzərboyu proses başladılır
29 Aprel 2025 Her iddiası yalan çıktı! CHP ve İBB soruşturmalarının kullanışlı tanığı: Tolgahan Erdoğan
29 Aprel 2025 Madrid meri işıqsızlıq səbəbiylə ordudan kömək istəyib
29 Aprel 2025 Pakistan Hindistana xəbərdarlıq etdi
29 Aprel 2025 Prezident Araz dəhlizi layihəsinədən danışdı
29 Aprel 2025  İranın "Azərbaycan" siyasəti dəyişmir... - "Siyasət Şəhriyarın şeirləri qədər aydın, gözəl və birmənalı deyil"
29 Aprel 2025 “Rusiyanı diz çökdürmək lazımdır” - Kennedi
29 Aprel 2025 Krım məsələsi danışıqlarda mərkəzi yerdədir - Fransa hökumətinin sözçüsü
28 Aprel 2025 “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” – Pezeşkian
28 Aprel 2025 Kəşfiyyat: Rusiya üç keçmiş sovet ölkəsinə hücum edəcək
28 Aprel 2025 Dünya gündəminə çevrilən üçüncü stulla bağlı Fransadan açıqlama
28 Aprel 2025 ABŞ indiyədək Ukraynaya etdiyi yardımları borc hesablamayacaq – Baş nazir

Dünyapress TV

Xəbər lenti