Paşinyanın sözləri havaya atılan güllələr kimidir
“Bu yaxınlarda Kazanda keçirilən BRICS sammitində iştirakım vacib və effektli idi”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Baş nazir bildirib ki, Azərbaycan prezidenti ilə təmaslardan məmnun qalıb: "Ən mühüm hissəsi, fikrimcə, görüşdə belə bir fikir səsləndirildi ki, sülh şəraitində yaşamaq üçün Ermənistan və Azərbaycana təkcə sülh müqaviləsi deyil, həm də gələcək əsrlərdə müstəqil dövlətlər kimi yaşamağın formuluna dair strateji sövdələşmənin bağlanması lazımdır”. Onun sözlərinə görə, bu strateji sövdələşmə ilə bağlı müəyyən fikirləri var. Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması ilə bağlı qarşılıqlı məqbul həll yoluna yaxındırlar: “Ermənistan kommunikasiyaların açılması ilə bağlı Azərbaycana yazılı təklif göndərib. Çox güman ki, regional kommunikasiyaların açılması məsələsinin hər iki tərəf üçün məqbul sayıla bilən həllini tapa bilərik”. Baş nazir həmçinin qeyd edib ki, İrəvan bu yaxınlarda Bakının sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflər paketinə cavab verib. Söhbət hələ razılaşdırılmamış qalan iki bənd üzrə təkliflərdən gedir.
Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, Azərbaycan və Ermənistan gələn ay sülh müqaviləsi mətninin müzakirəsinə qayıdacaqlar. O bildirib ki, noyabrın sonuna qədər Azərbaycanın gündəmindəki əsas mövzu COP29-dur: "Ola bilsin, dekabr ayından etibarən Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin müzakirəsi və danışıqların davam etdirilməsi ilə bağlı yeni proses başlayacaq”. H.Hacıyevin sözlərinə görə, sənədin mətni ilə bağlı müəyyən suallar mövcuddur: "Ermənistan tərəfi sülh müqaviləsinin mətni ilə bağlı təkliflərimizə vaxtında cavab vermədiyi üçün ekspertlər səviyyəsində müzakirələr və danışıqlar davam edir. Ona görə də hazırda bu kontekstdə prosesin ləngidiyi hiss edilir. Böyük ehtimalla, dekabr ayından etibarən, artıq yeni proses olacaq".
Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə də deyib ki, sülh sazişi çərçivəsində işlər çox irəliləyib. Demək olar ki, bir çox müddəalar razılaşdırılıb. O xatırladıb ki, 2022-ci ilin oktyabr ayından Azərbaycan tərəfindən irəli sürülmüş layihə çərçivəsində xarici işlər nazirləri səviyyəsində danışıqlar prosesi həyata keçirilir: “Bu bir prosesdir və müvafiq görüşlər keçirilib. Bildiyiniz kimi, həm xarici işlər nazirləri səviyyəsində, həm liderlər səviyyəsində proses davam etdirilib. Xarici işlər nazirləri səviyyəsində mətn üzrə mübadilələr həyata keçirilir. Sülh sazişi çərçivəsində işlər çox irəliləyib. Demək olar ki, bir çox müddəalar razılaşdırılıb. Bəzi müddəaların razılaşdırılması istiqamətində hazırda iş aparılır. Ancaq sazişin nə zaman imzalanacağı barədə indidən hər hansı bir qiymətləndirmə vermək, şərh vermək düzgün olmazdı. Bu, bir prosesdir. Eyni zamanda vurğulamaq istərdik ki, Azərbaycanla Ermənistan arasında həqiqi sülhün təmin edilməsi üçün, formalaşması üçün müvafiq olaraq Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaların aradan qaldırılması əhəmiyyət kəsb edir”.

Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında deyib ki, hansısa "strateji sövdələşmə"dən, strateji tərəfdaşlıqdan söhbət gedə bilməz. Çünki hələ də düşmənçilik mühiti Ermənistanda hakimdir və belə olduğu təqdirdə strateji tərəfdaşlıqdan söhbət belə gedə bilməz:

"Bu, uzunmüddətli bir məsələdir. Əvvəlcə ictimai fikirdə Azərbaycana yönəlik düşmənçilik rəyi aradan qaldırılmalıdır. Eyni zamanda iki dövlət arasındakı münasibətlər sistemi isti məcraya daşınmalıdır ki, bundan sonra müxtəlif sahələr üzrə konkret əməkdaşlıqdan söhbət gedə bilsin. Sövdələşmə konkret hər iki tərəfi qane edən razılaşdırılmış məqamlardan xəbər verir. Sövdələşmənin əhatə etdiyi sahələr əsasən ölkələrin qarşılıqlı olaraq bir-birinə hücum etməməsi, daxili işlərinə qarışmamasıdır. Bununla yanaşı, ərazi bütövlüyü və suverenliyin tam təmin olunması, buna qarşılıqlı hörmət olunması məsələsi də önəmlidir. Təbii ki, təhlükəsizlik məsələləri də prinsipial olaraq bu sövdələşmədə yer ala bilər. Bunlar olmadığı təqdirdə Ermənistanla hansısa məsələdə sövdələşmək özünü aldatmaqdan başqa bir şey deyil. Ən azından sülhdən danışan Ermənistan həqiqətən qarşı tərəfdə etimad yaratmaq istəyirdisə, ən azından Azərbaycanda keçirilən COP29 konfransına gəlməli və xoş niyyətlərini büruzə verməli idilər. Ancaq Ermənistan bunun əksinə hərəkət etdi və havadar dövlətlərin Azərbaycana qarşı yaratdığı düşmənçilik prosesinin tərkib hissəsi oldu".

Analitik vurğulayıb ki, Ermənistan rəsmilərinin Bakıya gəlməməsinin heç bir izahı yoxdur:
"Bunun təməli 8 noyabr ərəfəsində Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Siyasi Birliyinin sammitində qoyulub. Fransa Prezidenti E.Makron Paşinyanla görüşündə ona tövsiyə edib ki, Ermənistan da Fransa kimi Azərbaycana qarşı demarş nümayiş etdirsin. Yəni Azərbaycana düşmən mövqedə olan ölkələrlə Ermənistanın bir olduğunu nümayiş etdirsin. İrəvan da məhz bunu nümayiş etdirdi. Belə bir ölkə ilə strateji sövdələşmə qeyri-mümkündür. Sövdələşmələr üçün qarşı tərəfə ciddi şəkildə inam və etibar olmalıdır. Məncə, Nikol Paşinyanın açıqlamaları növbəti dəfə həm beynəlxalq, həm də daxili auditoriyaya hesablanmış fikirlər toplusudur. Ermənistan yalnız əməldə konkret fəaliyyəti ortaya qoyub, təsdiq etdiyi təqdirdə hansısa nəticələrdən danışmaq mümkündür. Əks halda baş nazirin sözləri havaya atılan güllələr kimi qəbul olunmalıdır".
 

Bölmənin digər xəbərləri

13 May 2025 Ermənilər Gürcüstana qarşı AYAĞA QALXDI: Səfirlik mühasirəyə alındı - VİDEO
13 May 2025 Peskov açıqladı: Putin İstanbula...
13 May 2025 Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
13 May 2025 PKK-nın özünün buraxmasının PƏRDƏARXASI: Öcalanın qruplaşması bu addımı niyə atdı? - İLGİNC SƏBƏBLƏR
13 May 2025 Trampdan Qətərdən aldığı 400 milyonluq hədiyyəyə reaksiya: “Yox desəydim, axmaq olardım”
12 May 2025 Qərb liderləri narkotikdən istifadə edib? - Qalmaqallı video
12 May 2025 SON DƏQİQƏ: Təyyarələr İrəvana enə bilmir - SƏBƏB
12 May 2025 Zelenski: "Putini cümə axşamı Türkiyədə gözləyəcəyəm"
12 May 2025 Zelenski: Moskva sabah atəşkəsi təsdiqləsə, Ukrayna danışıqlara hazırdır
12 May 2025 Putin Ukrayna ilə birbaşa danışıqlara hazırdır – Makron: “Kifayət deyil”
11 May 2025 Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
11 May 2025 Trampdan MARAQLI AÇIQLAMA: "Ukraynaya görə YATA BİLMİRƏM"
11 May 2025 Şahbaz Şərif: "Biz bu qarşıdurmada qalib gəldik"
11 May 2025 "Hərbi və siyasi güc parametrindən baxdıqda, Amerika Birləşmiş Ştatları və İsrail birlikdə güclü görünür"
11 May 2025 Kim Çen In Avropanı hədələdi - "Əgər Rusiyaya..."
11 May 2025 Almaniyada psixiatrik klinikada üsyan baş verib
10 May 2025 Ukraynadakı müharibəni "unutdu": Putin paradda nədən danışdı...
10 May 2025 Budapeşt ukraynalı diplomatları qovdu, Kiyevin cavabı gecikmədi – YENİLƏNİB
10 May 2025 Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
10 May 2025 Qərb ölkələri Ukraynaya qarşı cinayətlərə görə Rusiya üçün xüsusi tribunalın yaradılmasını təsdiqləyib

Dünyapress TV

Xəbər lenti