"Ermənistanın silahlandırılması və hərbi təlimlərlə dəstəklənməsi
İkinci Qarabağ müharibəsindən sonra sülh müqaviləsinin bağlanılması üçün müxtəlif formatlarda danışıqlar aparılsa da, göründüyü kimi hələ də bir nəticəsi yoxdur. Keçən 4 il ərzində Ermənistan silahlanıb, sözün əsl mənasında yenidən müharibəyə hazırlıq səviyyəsinə gətirilib. Bu prosesdə qərb ölkələri ilə yanaşı, Hindistan və İran da öz dəstəyini əsirgəməyib.
Sülh nə vaxta qaldı?
Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün rəhbəri, Azərbaycan-Ermənistan Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanla sülh sazişi ilə bağlı son variant üzərində iş bitmiş sayılır, amma onun imzalanmasına əngəl olan məsələlər hələ razılaşdırılmayıb. Ermənistan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Konstitusiya dəyişikliyinə getməlidir. Ermənistan bununla bağlı referendumun 2027-ci ildə olacağını ortaya atmaqla faktiki olaraq, bu işin başa çatmasına əngəl törədir.

Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün rəhbəri, Azərbaycan-Ermənistan Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı Qafar Çaxmaqlı
Qafar Çaxmaqlı qeyd edib ki, Ermənistanın son vaxtlar silahlanması və ABŞ-la ortaq hərbi təlimlər keçirməsi sülh prosesinin sona çatmasına kimin mane olduğunu açıq şəkildə göstərir.

“2020-ci il 9 noyabr tarixində üçtərəfli bəyanatda Azərbaycanın qərb hissəsindən Naxçıvana maneəsiz keçid öhdəliyini Ermənistan yerinə yetirməyib. Azərbaycan sülh sazişindən kommunikasiya xətlərinin açılması məsələsini çıxarsa da, Ermənistan yenə qeyri- konstruktiv mövqe tutur. Məğlub ölkə olsa da, bəzi şərtlər irəli sürür. Onlar bölgədə gərginliyin qalmasını ona görə istəyirlər ki, Qərbi bölgəyə gətirmək öhdəliklərini reallaşdıra bilsinlər”-deyən professor vurğulayıb ki, əsas məsələ Rusiyanın bölgədən çıxarılması və ya onun təsir imkanlarının azaldılmasıdır.

Qafar Çaxmaqlının sözlərinə görə, Ermənistan konkret olaraq Qərbin və ABŞ-ın alətinə çevrilib.

“Əslində, sülh daha çox Ermənistana lazımdır. Mövcud gərginlik müharibə həddinə çatarsa, uduzan yenə Ermənistan olacaq. Ermənistan nə qədər silahlansa və Qərbin dəstəyinə güvənsə də Azərbaycana heç bir şəkildə istəklərini reallaşdıra bilməz”-deyə professor vurğulayıb.
 

Bölmənin digər xəbərləri

14 May 2025 Trampdan Əş-Şaraya sərt ultimatum: "Ya sülh, ya təcrid"
14 May 2025 Dünyanın sonu üçün tarix verildi: “Qorxduğumuzdan daha tez...”
14 May 2025 İtaliyada baş verən ardıcıl zəlzələlər narahatlığa səbəb olub
14 May 2025 Azerbaycan ile Kardeşlik Bağları Güçleniyor FOTO
14 May 2025 Kokain iddiaları ilə bağlı video sosial şəbəkələrdə ajiotaj yaratdı
14 May 2025 Putin Trampı növbəti dəfə alçaldıb, onu “gicbəsər” adlandırdı
13 May 2025 Ermənilər Gürcüstana qarşı AYAĞA QALXDI: Səfirlik mühasirəyə alındı - VİDEO
13 May 2025 Peskov açıqladı: Putin İstanbula...
13 May 2025 Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
13 May 2025 PKK-nın özünün buraxmasının PƏRDƏARXASI: Öcalanın qruplaşması bu addımı niyə atdı? - İLGİNC SƏBƏBLƏR
13 May 2025 Trampdan Qətərdən aldığı 400 milyonluq hədiyyəyə reaksiya: “Yox desəydim, axmaq olardım”
12 May 2025 Qərb liderləri narkotikdən istifadə edib? - Qalmaqallı video
12 May 2025 SON DƏQİQƏ: Təyyarələr İrəvana enə bilmir - SƏBƏB
12 May 2025 Zelenski: "Putini cümə axşamı Türkiyədə gözləyəcəyəm"
12 May 2025 Zelenski: Moskva sabah atəşkəsi təsdiqləsə, Ukrayna danışıqlara hazırdır
12 May 2025 Putin Ukrayna ilə birbaşa danışıqlara hazırdır – Makron: “Kifayət deyil”
11 May 2025 Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
11 May 2025 Trampdan MARAQLI AÇIQLAMA: "Ukraynaya görə YATA BİLMİRƏM"
11 May 2025 Şahbaz Şərif: "Biz bu qarşıdurmada qalib gəldik"
11 May 2025 "Hərbi və siyasi güc parametrindən baxdıqda, Amerika Birləşmiş Ştatları və İsrail birlikdə güclü görünür"

Dünyapress TV

Xəbər lenti