Ərdoğan İsrailə embarqo ilə bağlı artan təzyiqlə üzləşir
Türkiyənin İsraillə ticarətə tətbiq etdiyi embarqo müxalifətin məhdudiyyətlərdən yan keçildiyinə dair iddiaları fonunda daha çox diqqət mərkəzində qalır. Bu ittihamlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailin HƏMAS-a qarşı müharibəsinin əsas əleyhdarı kimi rol oynamağa çalışdığı vaxta təsadüf edir.

Türkiyənin hər yerində İsraillə ticarətə qarşı etirazlar davam edir.

Müxalifət partiyaları sosial şəbəkələrdə ticarəti pisləyən və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı günahlandıran videolar yerləşdirir.

Nümayişlər may ayında Ərdoğanın İsrailə ticarət embarqosu tətbiq etməsindən sonra 7 milyard dollar dəyərində ikitərəfli ticarətin faktiki olaraq sıfıra düşdüyünü göstərən rəsmi məlumatlara baxmayaraq keçirilir. Lakin təhlilçilər ticarətin üçüncü tərəflər vasitəsilə davam etdirildiyini deyirlər.

İstanbulda İqtisadiyyat və Xarici Siyasət Araşdırmaları Mərkəzinin rəhbəri Sinan Ülgen: “Biz bu ticarətin bir hissəsinin yenə də davam edəcəyini başa düşməliyik. Üçüncü ölkələr vasitəsilə davam edəcək. Beləliklə, biz bu iki ölkə arasında bütün ticarətin dayanacağı bir vəziyyətə baxmırıq. O, üçüncü ölkələrə yönəldiləcək və ticarət bu yolla gedəcək”.

Məsələn, Türkiyənin Evrensel media agentliyi Türkiyə şirkətlərinin İsrailə ixracatının faktiki olaraq sıfır səviyyəsində olduğunu, lakin Fələstin ərazilərinə ixracın 1000 faiz artdığını bildirdiyini aşkar edib.

İsrail mediası Türkiyənin ən böyük biznes konqlomeratlarından birinin İsrail hərbi qüvvələrini təchiz edən enerji şirkətində az paya sahib olduğunu açıqlayıb. Zorlu şirkəti daha sonra İsraildən investisiyaları geri çəkdiyini bildirib.

Təhlilçilər deyirlər ki, davam edən ticarət Ərdoğanın partiyası olan AKP üçün embarqonu tam şəkildə tətbiq etməyin nə qədər çətin olduğunu ortaya qoyur.

Kadir Has Universitetində mühazirəçi Soli Özel: “AKP-nin işgüzar dairələri və siyasi dairələri və İsrail biznesləri arasında böyük iqtisadi əlaqələr, sıx, möhkəm iqtisadi əlaqələr var. Bu ikiüzlü mövqeyin davam etməsinin səbəbi bu ola bilər”.

Bununla belə, İsrail mediasına əsasən, Türkiyənin embarqosu öz təsirini göstərməyə başlayır, belə ki, Türkiyənin bir vaxtlar tədarük etdiyi meyvə və tərəvəzlərin qiymətlərinin artmasına blokadanın səbəb olduğu deyilir.

Təl-Əvivdə Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun baş elmi işçisi Qallia Lindenştraus: “Embarqo işləyir. Düzdür, bəzi şeylər üçüncü ölkələrdən keçir, bəzi şeylər Fələstin Muxtariyyətinə və oradan da ticarətçilər vasitəsilə İsrailə qayıdır, lakin buna baxmayaraq, ticarətdə ciddi azalma müşahidə olunur”.

Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas bu ay Türkiyəyə səfəri zamanı Ərdoğanı İsrailə qarşı mövqeyinə görə tərifləyib.

Lakin Türkiyənin mühafizəkar islamçı partiyaları Türkiyənin İsraillə davam edən ticarətini vurğulayaraq, Ərdoğanın seçki bazasını hədəf almağa davam etdikcə təhlilçilər prezidentin ağır bədəl ödəyə biləcəyi barədə xəbərdarlıq edirlər.

Kadir Has Universitetində mühazirəçi Soli Özel: “Seçki baxımından, sorğulara və ya sadəcə müşahidələrə inansaq, İsraillə bağlı mövqe cənab Ərdoğanın rəqibləri üçün faydalı oldu”.

İsrailin HƏMAS-a qarşı müharibəsi davam etdikcə Türkiyədə İsraillə ticarətə qarşı etirazlar çox güman ki, təhlilçilərin fikrincə, rəy sorğularında geridə qalan AKP-ni gücləndirmək üçün az iş görə bilən Ərdoğanı hədəf almağa davam edəcək.

 

Bölmənin digər xəbərləri

14 May 2025 Trampdan Əş-Şaraya sərt ultimatum: "Ya sülh, ya təcrid"
14 May 2025 Dünyanın sonu üçün tarix verildi: “Qorxduğumuzdan daha tez...”
14 May 2025 İtaliyada baş verən ardıcıl zəlzələlər narahatlığa səbəb olub
14 May 2025 Azerbaycan ile Kardeşlik Bağları Güçleniyor FOTO
14 May 2025 Kokain iddiaları ilə bağlı video sosial şəbəkələrdə ajiotaj yaratdı
14 May 2025 Putin Trampı növbəti dəfə alçaldıb, onu “gicbəsər” adlandırdı
13 May 2025 Ermənilər Gürcüstana qarşı AYAĞA QALXDI: Səfirlik mühasirəyə alındı - VİDEO
13 May 2025 Peskov açıqladı: Putin İstanbula...
13 May 2025 Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
13 May 2025 PKK-nın özünün buraxmasının PƏRDƏARXASI: Öcalanın qruplaşması bu addımı niyə atdı? - İLGİNC SƏBƏBLƏR
13 May 2025 Trampdan Qətərdən aldığı 400 milyonluq hədiyyəyə reaksiya: “Yox desəydim, axmaq olardım”
12 May 2025 Qərb liderləri narkotikdən istifadə edib? - Qalmaqallı video
12 May 2025 SON DƏQİQƏ: Təyyarələr İrəvana enə bilmir - SƏBƏB
12 May 2025 Zelenski: "Putini cümə axşamı Türkiyədə gözləyəcəyəm"
12 May 2025 Zelenski: Moskva sabah atəşkəsi təsdiqləsə, Ukrayna danışıqlara hazırdır
12 May 2025 Putin Ukrayna ilə birbaşa danışıqlara hazırdır – Makron: “Kifayət deyil”
11 May 2025 Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
11 May 2025 Trampdan MARAQLI AÇIQLAMA: "Ukraynaya görə YATA BİLMİRƏM"
11 May 2025 Şahbaz Şərif: "Biz bu qarşıdurmada qalib gəldik"
11 May 2025 "Hərbi və siyasi güc parametrindən baxdıqda, Amerika Birləşmiş Ştatları və İsrail birlikdə güclü görünür"

Dünyapress TV

Xəbər lenti