İrəvandan göndərilən yeni sənəd: Azərbaycanı sərt addıma vadar edir
Ermənistan Azərbaycanla imzalanması gözlənilən sülh müqaviləsi ilə bağlı yeni təkliflər hazırlayıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə məlumatı mətbuata açıqlamasında təsdiqləyib. O, öz çıxışında bildirib ki, İrəvan öz təkliflərini artıq Bakıya göndərib.

“İrəvan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı yeni təkliflər paketini Bakıya verib,” - deyə Paşinyan vurğulayıb.

Ümumiyyətlə, İrəvanın növbəti təkliflər paketində Azərbaycanı qaneedəcək dəyişikliklərin olması ehtimal oluna bilər?

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Azərbaycanın XİN rəhbəri, politoloq Tofiq Zülfüqarov “Cümhuriyət qəzetin”-ə açıqlamasında qeyd edib ki, Ermənistanın növbəti təkliflər paketinin Azərbaycan tərəfindən qəbul olunması ehtimalı çox azdır:

“İndidən bu məsələ barədə proqnoz vermək çətindir. Lakin onu görürük ki, İrəvan rəhbərliyi son bəyanatlarında Azərbaycandan Ermənistanın ərazi bütövlüyünün tanımasını tələb edir. İrəvan Azərbaycan ilə Ermənistan arasında sərhəd ərazilərin delimitasiyası və demarkasiyasının 1975-ci il xəritələri əsasında aparılmasını istəyir. Bu isə Azərbaycan tərəfindən qəbul olunmur. Eyni zamanda onu da nəzərə alaq ki, Ermənistan bir dövlət olaraq hələ də Azərbaycan ərazisində özgənin hesabına öz hərbçilərini saxlayır. Bununla bərabər, İrəvan rus sülhməramlıların müvəqqəti yerləşdiyi ölkəmizin ərazisində qondarma qurumu dəstəkləyir və bu quruma maliyyələşdirməyi davam edir.

Bu təkliflərdə İrəvanın Qarabağla bağlı mövqeyi öz əksini tapacaq. Hətta bu yaxınlarda Ermənistan özünü həyasızlığa salaraq BMT-nin Təhlükəsizlik Şurasında əsası olmayan məsələlər qaldırıb. Bu da onu göstərir ki, İrəvan hələ də öz “konneksiya” siyasətini davam etdirir. Bu baxımdan Azərbaycan da buna cavab olaraq öz advekat addımlarını atacaq. Ermənistanın növbəti təkliflər paketi onun köhnə siyasətinin davamıdır”.

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov da öz fikirlərini bölüşüb. O, açıqlamasında bildirib ki, Ermənistan bu kimi vasitələrlə öz manipulyasiya siyasətini davam etdirir.

“Keçən ilin mart ayında Azərbaycan Ermənistana beş təklifdən ibarət baza prinsipləri göndərib. Azərbaycan rəhbərliyi də bəyan edib ki, sülh müqaviləsi məhz bu prinsiplər üzərində imzalanmalıdır. Ermənistan hakimiyyəti də ölkəmizin təkliflərinə müsbət yanaşaraq onu qəbul etdi. Amma çox təəssüf ki, sonrakı dövrdə Ermənistanın manipulyasiya ilə məşğul olduğunu və İrəvanın sülh prosesindən yayınmaq üçün müxtəlif variantlar istifadə edərək özünün dırnaqarası təkliflər irəli sürdüyünü gördük.

Öz təklifləri adı altında guya İrəvan hansısa önəmli məsələləri qaldırmağa çalışırdı. İrəvanın irəli sürdüyü təkliflər içərisində Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı məsələ də olub. Əlbəttə, bu da Ermənistanın manipulyasiyası üçün siyasi oyundur”.

O ki qaldı İrəvanın növbəti təkliflər paketində hansı dəyişikliklərin olacağına, hələlik bu barədə tam dəqiq fikir söyləmək mümkün deyil:

“Çünki Ermənistanın sülh prosesi ilə bağlı mövqeyi aydın deyil. Əsas problem bundan ibarətdir. Bu baxımdan Ermənistanın hər hansı məsələ ilə bağlı normal təklif irəli sürməsi inandırıcı görünmür. Sülh müqaviləsi yalnız Azərbaycanın irəli sürdüyü beş təklif, yəni ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarının olmaması, gücdən istifadə edilməməsi, sərhədlərin delimitasiya və demarkasiya olunması, kommunikasiyaların açılması kimi prinsiplər əsasında imzalana bilər.

Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi məsələsinə gəlincə, bu məsələ Azərbaycanın daxili işidir. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Bakı bu məsələni nə Ermənistan, nə də digər ölkələr ilə müzakirə edəcək. Ermənistanın növbəti təkliflərinin əsaslı xarakter daşıyacağını düşünmürəm. Sadəcə olaraq bu, Ermənistanın manipulyasiya siyasəti və vaxtı uzatmaq cəhdindən irəli gəlir”.
 

Bölmənin digər xəbərləri

14 May 2025 Trampdan Əş-Şaraya sərt ultimatum: "Ya sülh, ya təcrid"
14 May 2025 Dünyanın sonu üçün tarix verildi: “Qorxduğumuzdan daha tez...”
14 May 2025 İtaliyada baş verən ardıcıl zəlzələlər narahatlığa səbəb olub
14 May 2025 Azerbaycan ile Kardeşlik Bağları Güçleniyor FOTO
14 May 2025 Kokain iddiaları ilə bağlı video sosial şəbəkələrdə ajiotaj yaratdı
14 May 2025 Putin Trampı növbəti dəfə alçaldıb, onu “gicbəsər” adlandırdı
13 May 2025 Ermənilər Gürcüstana qarşı AYAĞA QALXDI: Səfirlik mühasirəyə alındı - VİDEO
13 May 2025 Peskov açıqladı: Putin İstanbula...
13 May 2025 Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
13 May 2025 PKK-nın özünün buraxmasının PƏRDƏARXASI: Öcalanın qruplaşması bu addımı niyə atdı? - İLGİNC SƏBƏBLƏR
13 May 2025 Trampdan Qətərdən aldığı 400 milyonluq hədiyyəyə reaksiya: “Yox desəydim, axmaq olardım”
12 May 2025 Qərb liderləri narkotikdən istifadə edib? - Qalmaqallı video
12 May 2025 SON DƏQİQƏ: Təyyarələr İrəvana enə bilmir - SƏBƏB
12 May 2025 Zelenski: "Putini cümə axşamı Türkiyədə gözləyəcəyəm"
12 May 2025 Zelenski: Moskva sabah atəşkəsi təsdiqləsə, Ukrayna danışıqlara hazırdır
12 May 2025 Putin Ukrayna ilə birbaşa danışıqlara hazırdır – Makron: “Kifayət deyil”
11 May 2025 Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
11 May 2025 Trampdan MARAQLI AÇIQLAMA: "Ukraynaya görə YATA BİLMİRƏM"
11 May 2025 Şahbaz Şərif: "Biz bu qarşıdurmada qalib gəldik"
11 May 2025 "Hərbi və siyasi güc parametrindən baxdıqda, Amerika Birləşmiş Ştatları və İsrail birlikdə güclü görünür"

Dünyapress TV

Xəbər lenti