Gürcüstan azərbaycanlıları İlham Əliyevə müraciət ünvanlayıb -
Gürcüstan azərbaycanlıları iki ölkə arasındakı quru sərhədlərin açılması və yaxud da quru sərhəddə alternativ giriş-çıxışın təmin olunması üçün Prezident İlham Əliyevə müraciət edib.

Gununsesi.info-ya göndərilən həmin müraciəti təqdim edirik:

Cənab Prezident!

Sizə Gürcüstan azərbaycanları adından müraciət etməkdən xüsusi məmnunluq duyuruq. Sizin diqqət və dəstəyinizi həmişə hiss etmişik və ona görə də bizim problemimizi yalnız sizin uzaq görən siyasətiniz və insanlığınız baxımından həll edəcəyinizə böyük ümid edərək sizə müraciət edirik. Hazırda Azərbaycan regionda sülh və əmin amanlığın yaradılmasında, regionun iqtisadi və güc baxımından qüdrətli dövlətə çevirilməsi istiqamətində çox önəmli proseslərdən keçir. Sizin daxili və xarici siyasətinizi izləyirik və ümid edirik ki, bu məsələlər yaxın günlərdə həll olunacaq və xalqlar sizin sayənizdə yenidən dost, mehriban yaşamağa davam edəcəklər.

Bildiyiniz kimi, artıq 3 ildir pandemiya ilə əlaqədar Gürcüstan və Azərbaycan sərhədi bağlıdır. Həm dost, həm strateji dövlət olmaqdan başqa hər iki ölkəni mənəvi birləşdirən insan faktoru var. Gürcüstan azərbaycanlılarının Azərbaycan vətəndaşları və qeyri Azərbaycan vətəndaşları ilə yaxın qohum və ailə münasibətləri olduğunundan eyni zamanda Azərbaycan vətəndaşlarının da Gürcüstan vətəndaşları ilə eyni yaxın münasibətləri var. Uzun illərdir sərhədlərin bağlı olması bu bağlara mənəvi olaraq ciddi ziyan vurur, bununla yanaşı strateji dövlət olduğumuza görə hər iki ölkə vətəndaşları biznes, iqtisadi əlaqələr quraraq sosial və iqtisadi rifahlarını qarşılayırdılar. Pandemiyadan sonra bir çox ölkələr iqtisadi krizis yaşayır və bu Gürcüstanda regionda yaşayan şəxslər üçün öz ağır təsirini qoydu və qoymaqdadır. Xüsusən Gürcüstan azərbaycanlıları üçün Azərbaycan məsəfə, dil baxımından ən yaxşı seçimdir, onlar bu üstünlüklərdən istifadə edərək öz güzəranlarını müxtəlif kiçik biznes və iş yolları ilə stabilləşdirə bilirdilər.

Biz uzun müddətdir ki, sizin sərhədlərin açılması ilə bağlı xoş sərancamınızı gözləyirik. Sərhədlərin bağlı olması insanlara olduqca mənfi təsir göstərir və onlar yaxınları ilə əlaqələr qura bilmir, gedib gəlməyə çətinlik çəkir və ya gedə bilmirlər. Hazırkı hava yollarının məlum yüksək qiyməti minlərlə sosial rifahı çətin olan şəxslər üçün əlçatmazdır və məhdudur. Xüsusən yaşlı insanlar hava yollarından istifadə edə bilmir və ya onlar üçün bu olduqca riskli və çətindir. Bir çox insanlar quru sərhədlərin bağlı olmasına görə Gürcüstan və Azərbaycanda tamamilə himayəsiz qalıb və ya yaxın qohumlarının dəstəyi ilə yaşayırlar. İnsanlar şad və yas günlərində biri-birinin yanında olub sevinc və kədərlərini bölüşə bilmirlər. Demək olar ki, xüsusən yaxın bağları olan minlərlə insanın ailəsində bu problem yaşanmaqdadır və çarəsiz qalıblar.

Yuxarıda qeyd etdiyimiz faktorlardan irəli gələrək yaxın qohum və ailə münasibətləri olan insanlar üçün sərhədlərin açılmasını tezləşdirmək və ya müəyyən kateqoriyalı insanlar üçün alternativ formada quru sərhəddən keçid imkanları yaratmağı xahiş edirik. Təbii ki, hazırkı vəziyyətdən irəli gələrək bunun ən müvafiq və uyğun yolunu və təşkil olunmasını imkanlarınız daxilində siz daha yaxşı bilirsiniz. Bundan əvvəl kod sistemi vardı və o insanlara quru sərhəddən keçməyə imkan verirdi, artıq uzun müddətdir ki, bundan məhrum olmuşuq. Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycandan yaşayan gürcülər və eyni zamanda Azərbaycanda yaşayan Gürcüstan azərbaycanlıları və Gürcüstanda yaşayan Azərbaycan vətəndaşı gürcülər üçün bu alternativi yaratmağı xahiş edirik, çünki digər ölkə və ölkələr vətəndaşlarından fərqli olaraq Gürcüstan və Azərbaycan yaşayan xalqları biri-birilə ailə münasibətləri və bağları birləşdirir.

Sizdən xahiş edirik ki, müvafiq orqanlara alternativ giriş-çıxış imkanları yaratmaq üçün tapşırıqlar verəsiniz və bizlərə quru sərhədi keçmək üçün güzəştlər və imkanlar yaradasınız.

Siz daima xalqın yanında olduğunuzu, onların səsini eşitdiyinizi və sosial şəbəkələrdən prosesləri izlədiyinizi vurğulayırsınız və bu bizə bu müraciəti hazırlamaqda xüsusi ilham verir. Ona görə də biz böyük ümid və sevinclə bizə bu xoş xəbəri verəcəyiniz günü gözləyəcəyik və sizin ədalət və insanlığınıza inanaraq sizdən tez zamanda xüsusi addımlar atacağınızı gözləyəcəyik

Sevgi və hörmətlə,

Gürcüstan azərbaycanlıları

Gürcüstan, 2023
 

Bölmənin digər xəbərləri

14 May 2025 Dünyanın sonu üçün tarix verildi: “Qorxduğumuzdan daha tez...”
14 May 2025 İtaliyada baş verən ardıcıl zəlzələlər narahatlığa səbəb olub
14 May 2025 Azerbaycan ile Kardeşlik Bağları Güçleniyor FOTO
14 May 2025 Kokain iddiaları ilə bağlı video sosial şəbəkələrdə ajiotaj yaratdı
14 May 2025 Putin Trampı növbəti dəfə alçaldıb, onu “gicbəsər” adlandırdı
13 May 2025 Ermənilər Gürcüstana qarşı AYAĞA QALXDI: Səfirlik mühasirəyə alındı - VİDEO
13 May 2025 Peskov açıqladı: Putin İstanbula...
13 May 2025 Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
13 May 2025 PKK-nın özünün buraxmasının PƏRDƏARXASI: Öcalanın qruplaşması bu addımı niyə atdı? - İLGİNC SƏBƏBLƏR
13 May 2025 Trampdan Qətərdən aldığı 400 milyonluq hədiyyəyə reaksiya: “Yox desəydim, axmaq olardım”
12 May 2025 Qərb liderləri narkotikdən istifadə edib? - Qalmaqallı video
12 May 2025 SON DƏQİQƏ: Təyyarələr İrəvana enə bilmir - SƏBƏB
12 May 2025 Zelenski: "Putini cümə axşamı Türkiyədə gözləyəcəyəm"
12 May 2025 Zelenski: Moskva sabah atəşkəsi təsdiqləsə, Ukrayna danışıqlara hazırdır
12 May 2025 Putin Ukrayna ilə birbaşa danışıqlara hazırdır – Makron: “Kifayət deyil”
11 May 2025 Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
11 May 2025 Trampdan MARAQLI AÇIQLAMA: "Ukraynaya görə YATA BİLMİRƏM"
11 May 2025 Şahbaz Şərif: "Biz bu qarşıdurmada qalib gəldik"
11 May 2025 "Hərbi və siyasi güc parametrindən baxdıqda, Amerika Birləşmiş Ştatları və İsrail birlikdə güclü görünür"
11 May 2025 Kim Çen In Avropanı hədələdi - "Əgər Rusiyaya..."

Dünyapress TV

Xəbər lenti