Ardını oxu...
“Macarıstanın Aİ-də sədrliyinin sonunda sülhə nail olmaq üçün yenidən səylər göstərdik”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban sosial şəbəkə hesabında yazıb.
“Biz Milad bayramında atəşkəs və genişmiqyaslı məhbus mübadiləsi təklif etdik. Prezident Zelenskinin bu gün bunu açıq şəkildə rədd etməsi və istisna etməsi təəssüf doğurur. Biz əlimizdən gələni etdik”, – Orban yazıb.
Qeyd edək ki, Orban bu postu Zelenskinin Macarıstanın Baş naziri ilə Rusiya Prezidenti Vladimir Putin arasında növbəti telefon danışıqlarını tənqid etdiyi yazısına cavab olaraq dərc edib.
“Ümid edirik ki, Viktor Orban heç olmasa Bəşər Əsədə Moskvada telefonla zəng edərək onun da bir saatlıq mühazirələrini dinləməyəcək”, - Zelenski yazıb.
Xatırladaq ki, 2024-cü ilin iyulunda Viktor Orban sülhməramlı missiya elan edərək Kiyev və Moskvaya səfər edib. Aİ səlahiyyətliləri Orbanı Putinlə görüşünə görə tənqid edərək bildiriblər ki, Macarıstanın Baş naziri Aİ-nin maraqlarını təmsil etmir. Vladimir Zelenski də Viktor Orbanın sülhməramlı kimi çıxış etmək cəhdlərini rədd edib. 2023-cü ilin yanvarında Vladimir Putin Ukraynada 36 saatlıq atəşkəs elan edib və bunun insanların kilsə mərasimlərinə getməsinə icazə verməklə əsaslandırıb. Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill də Milad günü atəşkəsə çağırıb. Ukrayna prezidentinin ofisi Putinin təşəbbüsünü ikiüzlülük adlandırıb.

Ardını oxu...
Ermənistan tərəfinin silahlanmasının arxaslnda duran əsas qüvvələrdən biri Fransadır.

“Report”un məlumatına görə, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

“Ermənistan işğalçı və təcavüzkar dövlətdir. Bu baxımdan onun silahlandırılması mütləq məsuliyyətli məsələdir”, o əlavə edib.

     
Ardını oxu...
Əsəd ordunun komanda heyətini onun hakimiyyətini tərifləyən, istəklərini yerinə yetirən kadrlarla doldurdu, bu gün Ermənistan ordusunda da belədir. Əsəd heç vaxt hərbi təlim keçirməyib, Ermənistanda da belədir.

Axar.az xəbər verir ki, bu sözləri Armen Badalyan yerli mediaya müsahibəsində deyib.

“Suriya ordusunun vəziyyəti bugünkü ordumuzla eynidir. Suriya ordusunun zabitinə kartof, bir neçə pomidor və cüzi pul verilirdi. Düzdür, Ermənistan ordusunda hələ kartof, pomidor vermirlər, amma maaşı kifayət qədər aşağıdır. Bu gün Ermənistan Suriya yolu ilə çox sürətlə irəliləyir”, - o bildirib.

Badalyan qeyd edib ki, Suriya əsgərləri döyüşsüz təslim oldu, çünki əsgərlər ruhdan düşmüşdülər, döyüşmək iqtidarında deyildilər:

“Suriyada baş verənlər Ermənistanda yalnız bir səbəbdən təkrarlanmır: İran ortada dayanır. Suriyanın məğlubiyyəti İranın məğlubiyyətidir, çünki İran-İraq-Livan-Suriya xətti kəsilir. Suriya İranın xarici siyasətində mühüm ölkə idi. İran Əsədin artıq ölkənin himayədarı olmadığını anlayaraq son anda Suriyaya kömək etmədi.

Ermənistan məsələsində İran belə mövqe nümayiş etdirməyəcək. Azərbaycan İrana görə Ermənistana hücum etmir. SEPAH 45 000 əsgərlə dayanıb və Azərbaycan hücuma keçərsə, öz gücündən istifadə edə bilər. Korpus dərhal Zəngəzur, Dərələyəzi öz nəzarətinə götürərək İrəvana qədər çata bilər. İran üçün Ermənistan Gürcüstandan, Qara dənizdən keçməklə AB-yə daxil olan yeganə quru yolu olaraq qalır. Ermənistanın güneyi Türkiyə və Azərbaycan tərəfindən alınarsa, o zaman İran türk dünyasının əhatəsində qalacaq, bundan sonra onun bir hissəsi İrandan qoparılacaq.

Ən pis ssenari isə budur: İran uğursuzluğa düçar olarsa, Türkiyə-Azərbaycan ordusu Ermənistan ərazisinə girəcək, Suriya ordusunun başına gələnlər bizim ordunun başına gələcək (Ermənistan ordusu döyüşsüz təslim olacaq – red.)”.
Ardını oxu...
ABŞ-ın Ankaradakı keçmiş səfirlik binası 67 il sonra türk iş adamı tərəfindən alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber7” qəzeti yazıb.

Nəşr bildirir ki, trabzonlu iş adamı Şəmsəddin Hancı iki ildir satışda olan 23 min kvadratmetrlik ərazini alaraq, türk torpağı statusuna keçirib.

Hancının bu satınalma üçün 20 milyon dollar ödədiyi iddia edilsə də, o, ərazini daha yüksək məbləğə aldığını qeyd edib.

İş adamı jurnalistin “9 rəqəmli bir məbləğə aldığınızı deyə bilərikmi” sualına belə cavab verib:

“Məxfilik prinsiplərinin qorunması ilə bağlı müqavilə imzalamışıq. Buna görə də neçəyə aldığımızı deyə bilmərik. Amma böyük məbləğə alındı”.

“Ora ABŞ toprağı idi. 7 aylıq prosesdən sonra bizim oldu. Çox gözəl yerdədir. Bəlkə də 100 ildə bir rast gəlmək olur belə əraziyə. Ankaranın tam mərkəzindədir, bura gözəl bir otel ola bilər”, – deyə Ş.Hancı fikrini yekunlaşdırıb.

Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfirliyi başqa binaya köçüb.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
İranlı qadınlar ölkədə qüvvəyə minən yeni əxlaq qanunlarına qarşı çıxsalar, ölüm cəzası ilə üzləşə bilərlər. Çılpaqlığı, örtünməməyi və ya uyğun olmayan geyimi “təşviq edən”lər üçün ölüm cəzası, uzunmüddətli həbs cəzaları və böyük cərimələr qüvvəyə minir. Hakimiyyət tərəfindən davranışı "yer üzündə fitnə-fəsad yaymaq" kimi qiymətləndirilən şəxslər İran İslam Cinayət Məcəlləsinə əsasən ölüm cəzasına məhkum edilə bilər. Yeni qanun İran hüquq qrupları və fəallarının tənqidinə səbəb olub.

“Şərq” xəbər verir ki, İranın bu həftə qüvvəyə minməsi gözlənilən yeni məcburi əxlaq qanunlarına əməl etməyən qadınları ölüm cəzası və ya 15 ilə qədər həbs cəzası gözləyir.

İnsan haqları qrupu bildirib ki, qanun həmçinin "dini vəzifələrini" yerinə yetirmək istəyən hər kəsə toxunulmazlıq təmin edir və qadınlara məcburi örtünmə tətbiq edir. İranlı jurnalistlər, fəallar, din xadimləri və insan haqları vəkilləri bu qanunun ölkədə qadınlara qarşı artan məhdudiyyətləri qanuniləşdirəcəyini iddia edərək qəzəblərini ifadə ediblər.
 
Ardını oxu...
“Real sülhə və təminatlı təhlükəsizliyə nail olmaq Amerikanın qətiyyətini, Avropa birliyini və bütün tərəfdaşların BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə sarsılmaz sadiqliyini tələb edir. Bu, tamamilə aydın məsələdir”.

Azpost.info bildirir ki, bu sözləri Ukrayna prezidenti Zelenski Macarıstanın Baş naziri Orbanın atəşkəs təklifinə cavabında bildirib.

“Heç kim birlik hesabına şəxsi reytinqini artırmamalıdır. Hər kəs ümumi uğura diqqət etməlidir. Avropanın birliyi həmişə uğura nail olmağın açarı olub. Ukraynasız müharibə barədə diskusiyadan söhbət gedə bilməz”-deyə Zelenski vurğulayıb.

Ukrayna prezidenti qeyd edib ki, problemin həlli ilə bağlı ABŞ-ın yeni prezidenti ilə işləyir: “Mən real sülh üçün düzgün və etibarlı həl yolunu tapmaq üçün artıq birlikdə çalışdığımız Donald Trampa və bir çox Avropa liderlərinə minnətdaram”.
 
Ardını oxu...
Prezident Volodimir Zelenski ABŞ seçkilərindən sonra Donald Trampla ilk görüşündən Ukraynanın danışıqlar prosesində təhlükəsizlik zəmanətinə ehtiyacını izah etmək üçün istifadə edib.

Bunu “Reuters” agentliyi öz mənbələrinə istinadla yazıb.

Nəşrin yazdığına görə, dekabrın 7-də Parisdə keçirilən görüşdə üç lider – Tramp, Zelenski və Fransa Prezidenti Emmanuel Makron sülh danışıqlarının konkret təfərrüatlarını müzakirə etməyiblər. Lakin ABŞ-nin yeni seçilmiş Prezidenti dərhal atəşkəsə və müharibəni tez bir zamanda bitirmək üçün danışıqlar vasitəsilə sülhə nail olmaq istədiyini təkrarlayıb.

Mənbələrdən birinin dediyinə görə, 35 dəqiqə davam edən görüşdə Tramp hər iki ölkə başçısına hörmətlə yanaşıb və onları dinləməyə hazır görünüb.

Eyni zamanda, “Reuters” vurğulayır ki, nə Tramp, nə də onun Ukrayna ilə məşğul olan rəsmiləri müharibənin sonunu necə gördüklərinə dair hələlik heç bir dəqiq cavab verməyiblər. Ukraynanın nizamlanmanın tərkib hissəsi kimi təhlükəsizlik zəmanəti alması ilə bağlı təkidinə də cavab yoxdur.

Qeyd olunur ki, bu, Kiyevdə qeyri-müəyyənlik hissi yaradıb. Ukrayna Prezident Ofisindəki mənbənin sözlərinə görə, Parisdəki görüşdə Zelenski vurğulayıb ki, sülh təminat tələb edir və tək atəşkəs kifayət deyil. Çünki Putin əvvəllər etdiyi kimi bunu yenidən poza bilər.

“Reuters”-in həmsöhbətləri Trampın hələ də “bütün təfərrüatları düşündüyünü” bildiriblər.

Trampa yaxın olan bir neçə məmur bildirib ki, o, hazırda görüşlərini öz diplomatiyasının əsas hissəsi olan şəxsi münasibətlərin qurulmasına yönəldir və bundan sonra nə edəcəyinə sonda qərar verəcək.

Trampın Zelenski ilə birbaşa əlaqəsinin ümumən mehriban təbiəti onun seçki kampaniyası zamanı Ukrayna lideri ilə bağlı bəzi tənqidi açıqlamalarından fərqlənir.

Mənbə bildirib ki, Makron və Zelenski Paris görüşündə eyni mövqedə idilər, lakin Trampı küncə sıxışdırırmış kimi görünməmək üçün ehtiyatlı davranıblar. Onlar ABŞ-nin dəstəyi olmadan Kiyev üçün çox çətin olacağını vurğulayıblar.

Ukraynalı mənbələr “Reuters” agentliyinə bildiriblər ki, Zelenski Putinin beynəlxalq səhnədə yeganə qorxusunun Tramp və Çin olduğuna inanır və onun fikrincə, istənilən davamlı sülh Vaşinqtondan “həqiqətən güclü olmağı” tələb edəcək.

Mənbənin dediyinə görə, Makron və Zelenski Trampa izah ediblər ki, 2024-cü ildəki Putin Trampın 2017-ci ildə tanıdığı Putin deyil.

Yazıda o da qeyd olunub ki, Bəşər Əsədin devrilməsi və onun yaxın müttəfiqi Rusiyanın bu uğursuzluğu da gələcək sülh səylərində Moskvaya qarşı daha sərt mövqe tutmaq üçün arqument kimi istifadə ediləcək. /azıpolitika.info
Ardını oxu...
"Biz Azərbaycan və Ermənistan arasında sülhün təmin edilməsində son mərhələyə çatmışıq".

Bu sözləri xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib. “Cənubi Qafqaz regionunda sülhə ümid şansı var. Biz Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasının son mərhələsindəyik. Ölkəmiz ikitərəfli danışıqları dəstəkləyir”,-deyə nazir bildirib.

Maraqlıdır, gələn ilin əvvəlində Azərbaycanla Ermənistan arasında aktiv sülh danışıqlarının başlanması ehtimal olunur?

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Azərbaycanla Ermənistan arasında yalnız bir halda sülh sazişi imzalanacaq:

“Ermənistan ictimaiyyəti və hakimiyyəti çox yaxşı anlayır ki, İrəvanın Azərbaycanla sülh sazişi imzalamaqdan başqa alternativi yoxdur. Nikol Paşinyanın bəyan etdiyi kimi, Azərbaycanla sülh bərqərar olunmadığı və qonşularla normal münasiblət qurulmadığı təqdirdə Ermənistanın mövcudluğu təhlükə altında olacaq. Məsələ burasındadır ki, Ermənistan ayrı-ayrı güc mərkəzlərinin maraqlarının icrasının girovuna çevrilib, müstəqil qərar qəbul etmək və addım atmaq iqtidarında deyil.

Təbii ki, havadarlarının Ermənistana böyük ölçüdə təzyiqləri bunu sübut edir. Fransa və digər Qərb güc mərkəzlərinin mövqeyi, zaman-zaman Rusiya və İran tərəfindən Ermənistana verilən dəstək, o cümlədən Bayden administrasiyasının Ermənistan hakimiyyətinin yanında durması İrəvanı ruhlandıraraq sülh prosesindən yayındırd.

İrəvanda hesab edirdilər ki, müəyyən güc mərkəzlərinin Azərbaycana təzyiqləri Ermənistan üçün sərfəli sülh sazişinin imzalanmasına gətirib çıxaracaq. Ancaq bütün bu təziqlər heç bir nəticə vermədi.

Bu gün Fransa ilə hərbi-təhlükəsizlik münasibətləri güclənsə də, ayrı-ayrı ölkələr silah-sursat daşısa da, zaman Ermənistanın əleyhinə işləyir. Fransada mövcud iqtisadi-sosial böhran, Makronun istefası ilə bağlı çağırışlar, eyni zamanda Bayden hakimiyyətinin sona çatması və Tramp dövründə Azərbaycana əvvəlki kimi təzyiqlərin olmayacağı ilə bağlı məsələlər Ermənistanı Azərbaycanla sülh danışıqlarını aktivləşdirməyə vadar edir. İrəvanın həqiqətən sülhdən başqa alternativ yolu yoxdur”.

Ekspertin fikrincə, əgər Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olunmasını və qonşuları ilə normal münasibətlərin qurulmasını istəyirsə, ona olan təzyiqlərə sinə gərməli və müstəqil qərar qəbul etməlidir:

“Yalnız bu halda sülh sazişinin imzalanmasına yol açılacaq. Sözsüz ki, sazişin imzalanması üçün Azərbaycanın şərtlərini də yerinə yetirmək lazımdır. Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəalar ləğv olunmalıdır.

Ermənistan bu istiqamətdə addım atmadığı təqdirdə sülh sazişinin imzalanmasından söhbət gedə bilməz”.
Ardını oxu...
Tiflisdə yenidən hökumət əleyhinə aksiya başlayıb.
Bakupost.az xəbər verir ki, parlament binası qarşısına yüzlərlə etirazçı toplaşıb, Rustaveli prospekti bağlanıb. Ərazidə polis qüvvələri asayişi qoruyur.Hər hansı insident qeydə alınmayıb.
Qeyd edək ki, 28 noyabrda Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkəsinin AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını elan etdikdən sonra Tiflisdə aksiyalar sistemli olaraq keçirilir.
 
Ardını oxu...
İtaliya məhkəməsi Almaniyanın İkinci Dünya Müharibəsi zamanı İtaliyanın Pietransieri kəndində nasist qırğınında həlak olanların yaxınlarına əlavə 4 milyon avro təzminat ödəməsi barədə qərar çıxarıb.

TRT Haber xəbər verir ki, L’Aquila apellyasiya məhkəməsi, daha əvvəl xalq arasında yer almayanların sözügedən qırğına görə, təzminat ödənilməsi üçün verdiyi şikayətə dair qərar verib.

Məhkəmə Almaniyanın qətliamda yaxınlarını itirən daha 30 nəfərə 4 milyon avro təzminat ödəməsinə qərar verib.

Qeyd edək ki, əvvəlki qərarda açıqlanan təzminatla ödəniləcək ümumi məbləğ 15 milyon avroya çatacaq.
 

Dünyapress TV

Xəbər lenti