Ardını oxu...
ABŞ Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevin BMT daxili işlər nazirlərinin sammitində iştirakının qarşısını alıb.

"Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinə viza verilməyib.

"Bununla bağlı bir daha qeyd etmək istərdik ki, nümayəndələr üçün vizaların verilməsi ABŞ-ın imtiyazı deyil, beynəlxalq hüquqi öhdəliyidir”, - Nebenzya əlavə edib.
 
Ardını oxu...
Ermənistanın məğlubedilməz ordusuna dair mifi İkinci Qarabağ müharibəsi zamanı yerlə-yeksan olundu. Ermənistan ordusunun İkinci Vətən müharibəsində darmadağın olunması, ermənilərin XXI əsrin müharibəsinə hazır olmamasının açıq-aşkar sübutu, Azərbaycan Ordusunun isə böyük hərbi potensiala və yüksək döyüş qabiliyyətinə malik olmasının isbatı idi. Ermənistan ordusuna Koçaryanın və Sarkisyanın dövründən qalmış - köhnəlik qalığı hesab olunan generalların rəhbərlik etməsi, o cümlədən Paşinyanın erməni xalqını uçuruma doğru aparan siyasəti erməni ordusunun da deqradasiyasını sürətləndirdi. Digər bir tərəfdən məlumdur ki, Ermənistanda həm də korrupsiyanın səviyyəsi getdikcə artır. Şübhəsiz ki belə bir hal Ermənistanın ordusundan da yan keçmir. Ermənistanın müharibədə istifadə etdiyi silahlar onun döyüş səviyyəsinə və hazırlığına görə siyahıda ən axırıncı yerdə olduğunu göstərdi. Erməni millətçilərinin revanşist ideyaları, onların xəyallarından başqa bir şey deyildir. Reallıqda isə bu cür ideyalar fəlakətlə nəticələnə bilər.
Ermənistanın mətbuatında erməni ordusunun rüsvayedici vəziyyətə düşməsinə dair məqalələr yayımlanıb. Bu baxımdan misal olaraq, “Ermənistanın səsi” informasiya agentliyinin saytında erməni müəllifi Aşot Aramyanın dərc etdirdiyi “Silkələnən ordu” adlı [1] məqaləni göstərmək olar. Həmin məqaləyə əsasən aşağıdakı nəticələrə gəlmək olar:
1. Ermənistanın milli təhlükəsizliyi qeyri-sabit vəziyyətdədir,
2. Ermənistanda özbaşnalıq və ayrı-seçkilik hökm sürür,
3. Erməni millətçilərinin “millət - ordu” birləşdirici konsepsiyası Ermənistan üçün eksiztensial təhlükə mənbəyidir.
4. Ermənistanın daxilində parçalanma müşahidə olunur.
Mövcud vəziyyəti tədqiq etdiyimiz zaman belə bir qənaətə gəlirik ki, Ermənistanın sülhə razılıq verməkdən başqa bir heç bir çıxış yolu qalmır. Ermənistan da öz-özlüyündə yaxşı başa düşür ki, bu gün Azərbaycan artıq olduqca böyük siyasi təcrübəyə və güclü hərbi potensiala malik bir dövlətdir. Ermənistan isə hər sahədə geridə qalmış zəif bir dövlətdir. Ona görə də, Ermənistan ordusu hazırkı bərbad vəziyyəti ilə daha bir müharibəyə tab gətirə biləcək halda deyildir. Belə bir sual yaranır ki, müharibə olarsa bu səfər Ermənistanın ordusunda kimlər vuruşacaq? Zənnimizcə heç kəs rüsvay olunmuş məğlub bir ordunun tərkibində vuruşmaq istəməz. Digər bir tərəfdən isə o da məlumdur ki, Ermənistanın ordusunun daxilində cinayət, fərarilik və intihar halları baş alıb gedir. Heç bir erməni gənci bu gün könüllü şəkildə Ermənistan ordusunda xidmət etmək istəmir, təzyiqlə məcburi şəkildə onlar orduya göndərilirlər. Müstəqil hüquq müdafiə təşkilatlarından alınan məlumata əsasən İkinci Qarabağ müharibəsində həlak olan erməni hərbçilərinin sayı 5 min [2] nəfərdən çox olub ki, bu da 2 milyonluq bir erməni xalqı üçün çox böyük bir rəqəmdir.
2020-ci ilin noyabr ayının 10-da üçtərəfli bəyanatın imzalanması Ermənistanın məğlub dövlət olmasının təsdiqi idi. Bu qələbə Ali Baş Komandanın qətiyyətinin, dəmir yumruğunun sayəsində reallaşdı. İkinci Vətən müharibəsində düşmən hərtərəfli şəkildə böyük itkilər verdi. Azərbaycanın torpaqları işğaldan azad olundu.
Hadisələrin məntiqi davamı olaraq, 2022-ci ilin avqust ayının 31-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə [3] Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli görüşünün keçirilməsi daha bir əlamətdar hadisə idi. Bu görüş dövlətlərarası münasibətlərin tənzimlənməsi və sülh müqaviləsinin imzalanmasına dair danışıqların aparılması baxımından önəmli bir addımdır. Qeyd etmək lazımdır ki, bu görüşdə sözügedən ərazilərin minalardan təmizlənməsi, eləcə də itkin düşən insanların həyatına dair məsələlər diqqət mərkəzində olub. Qeyd etmək lazımdır ki, Brüssel görüşündə də, Azərbaycan diplomatik üstünlüyə nail olub. Diqqət çəkən məqamlardan digər biri isə ondan ibarətdir ki, həmin görüşdə “Qarabağ”, “Minsk qrupu” və “status” kəlimələri istifdə olunmayıb. Belə bir hal isə rəsmi Bakının maraqlarının təmin olunmasının təsdiqidir. Qeyd edək ki, möhtərəm Prezident İlham Əliyev cənablarının da vurğuladığı kimi, Azərbaycanla Ermənistan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu olmayıb. Sözügedən Brüssel görüşü isə bunun təsdiqi olub.

Ədəbiyyat siyahısı:
1. Армия трясогузки /26.08.22/ https://www.golosarmenii.am/article/156800/armiya-tryasoguzki
2. Большая часть армян не хочет служить в армии: причина – позорное поражение /07.06.22/ https://aze.az/bolshaja-chast-armjan-ne-hochet-sluzhit-v-armii-prichina-pozornoe-porazhenie.html
3. Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata bəyanat verib / 31.08.2022 / https://azertag.az/xeber/2273297
Kamal Salayev
AMEA-nın Qafqazşünaslıq İnstitutunun
Ermənişünaslıq şöbəsinin Baş Mütəxəssisi
Teref.az
 
 

Ardını oxu...
Amerika Birləşmiş Ştatlarında onun adına 1098, xaricdə isə 3 min patent mövcuddur. O teleqrafı, telefonu, kino aparatını təkmilləşdirmiş, elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil etmişdir. O həmçinin elektrovoz istehsalına başlamış, fonoqraf kəşf etmişdir. Onun təklifi ilə telefon danışığının əvvəlində "alo" deyilməyə başlanmışdır.
Tomas Edison orta məktəbdə cəmi 3 ay oxumuşdur. İlk 3 aylıq təlimdə ciddi irəliləyiş göstərə bilmədiyinə görə, müəlliməsi Toması "kütbeyin" adlandırmış və bundan sonra o, evdə anası tərəfindən təhsil almalı olmuşdu. Edison yazırdı: "Anam mənə o qədər inandı, o qədər əmin oldu ki, onun ümidlərini qırmamaq üçün nəsə etməli olduğumu anladım".O bir Autizmli idi.
Tomas Alva Edison 1876-cı ildə Amerika Birləşmiş Ştatlarında tədqiqat xarakterli ilk laboratoriya açmışdır.
Dünyada sənaye və ictimai məqsədlər üçün işlədiləcək ilk elektrik stansiyası məhz Edisonun rəhbərliyi altında 1882-ci ildə qurulmuşdur.
Heç bir insan həyatında Edison qədər patent almamışdır.
85 yaşında axır saatlarında o öz həyat yoldaşına demişdi: "Əgər ölümdən sonra nəsə varsa, bu yaxşıdır. Yox yoxdursa, bu da yaxşıdır. Mən yaşadığım həyatda mümkün qədər yaxşı işlər görməyə çalışdım..."
Teref.az
 

Ardını oxu...
Azərbaycanın qərb rayonlarından Naxçıvana mümkün avtomobil marşrutu tranziti inkişaf mərhələsindədir.

DİA.AZ axar.az-a istinadla xəbər verir ki, bu barədə məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb.

“Sputnik” Ermənistan Milli Təhlükəsizlik Xidmətindən Azərbaycanla sərhəddə 3 sərhəd-keçid məntəqəsi açılacağı barədə 18 avqustda yayılan məlumata aydınlıq gətirilməsini istəyib. Belə ki, bu sərhəd-buraxılış məntəqələrinin açılmasını Milli Təhlükəsizlik Xidməti təklif edib.

Ermənistan MTX-dən bildirilib ki, layihəyə əsasən, açılacaq 3 sərhəd-buraxılış məntəqəsinin köməyi ilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil nəqliyyatının hərəkətini təmin etmək olacaq:

“Hazırda mümkün avtomobil marşrutları və prosedurlar üzərində iş gedir. Müvafiq qərarlar qəbul edildikdən sonra daha müfəssəl bilgi veriləcək”.

Qeyd edək ki, Ermənistan-Azərbaycan sərhədində bu sərhəd-buraxılış məntəqələrinin açılması təklif edilir:

- “Sotk”-“Kəlbəcər”, Göyçə rayonu/Kəlbəcər rayonu;

- “Arazdəyən”-“Sədərək” – Vedi rayonu/Sədərək rayonu

- “Qaraunc”-“Eyvazlı” – Zəngəzur rayonu/Qubadlı rayonu.
Ardını oxu...
Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini tamamilə dondurmaq üçün siyasi qərar qəbul ediblər.

Bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Josep Borrel mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, beləliklə, verilən vizaların sayı azalacaq və proses çətinləşəcək.

Borrel Aİ-nin iyulun ortalarından Rusiya vətəndaşlarının qonşu ölkələrə ciddi axınını müşahidə etdiyini bildirərək, bunu sözügedən dövlətlərin təhlükəsizliyinə təhdid adlandırıb.

“Aİ ölkələri rusiyalıların spesifik qruplarına vizaların verilməsi zərurəti barədə razılığa gəliblər”, – deyə o, sözlərini yekunlaşdırıb.

Mənbə: TASS
 
Ardını oxu...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ali Hərbi Dənizçilik Məktəbinin və Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunlarının buraxılış mərasiminə gedərkən yolda maraqlı anlar yaşanıb.

Teref.az xəbər verir ki, Ərdoğan avtomobilindən düşərək onu 2 saatdan çox yağış altında əllərində bayraqla gözləyən 10 yaşlı Kübra Ateş və 6 yaşlı Metehan Ateşi salamlayıb. Bacı-qardaşla söhbət edən Prezident onlara hədiyyələr verib.

Kübra Ateş sevincini bölüşüb: “Tayyib babamı gördüm. Çox xoşbəxtəm. Tayyib babamı yolda görəndə əlimi yellədim, durdu. Yanağımdan öpüb mənə hədiyyə verdi”.
Ardını oxu...
/konkret.az/
 
 
 
Ardını oxu...
Azərbaycan Ordusu Laçın şəhərinə daxil olan gün – avqustun 26-da Azərbaycanın Baş naziri Əli Əsədovun qonaq qismində Qırğızıstanın Çolpon-Ata şəhərində qonaq Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etməsi rezonans doğurdu. Çünki tədbirdən yayılan rəsmi fotoda Nazirlər Kabinetinin rəhbəri heç də qonağa bənzəmirdi, Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrin (Rusiya, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Belarus) təmsilçiləri ilə bərabər dövlət bayrağının yanında dayanmışdı. İclasın başqa bir qonağı – Özbəkistanın Baş naziri də eyni qaydada, həmkarları ilə bir sırada dayanmışdı.

Cəmiyyətdə dərhal müzakirələr başladı ki, Əli Əsədovun bu toplantıda iştirakı nədən xəbər verir? Azərbaycan Ukrayna ilə müharibə səbəbindən Qərbin əzici sanksiyalarına məruz qalmış, dünyadan təcrid olunmaqda olan Rusiyanın orbitinəmi qayıdır? Yoxsa, Qarabağda “növbədənkənar” irəliləyişlərimizə görə bədəl ödəyirik?

Avrasiya İqtisadi Birliyi Kremlin postsovet məkanında yaratdığı siyasi və iqtisadi əməkdaşlıq təşkilatıdır. Əsas fəaliyyəti təşkilata daxil olan ölkələrin ümumi xarici gömrük sərhədlərinin formalaşdırılması, vahid xarici iqtisadi siyasət, tariflər, qiymətlər və ümumi bazarın fəaliyyətinin digər tərkib hissələrinin hazırlanması ilə bağlıdır. Belarus, Qazaxıstan, Rusiya, Qırğızıstan və Tacikistan təşkilatın tərkibinə daxildir. Qərb ekspertləri və siyasətçiləri bu layihəni Rusiyanın postsovet məkanında keçmiş SSRİ-ni bərpa etmək, yaxud bölgədə nüfuz dairəsini möhkəmləndirmək siyasətinin bir hissəsi hesab edirlər.

Əli Əsədov təbirdə çıxış edərək deyib ki, Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan regiondakı tərəfdaşları ilə birlikdə nəqliyyat kommunikasiyalarının inkişafına, regional və kontinental ticarətin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüs və layihələrdə iştirak edir. O, daha sonra Azərbaycanın uğurlu inkişafından söhbət açıb, statistik rəqəmləri həmkarları ilə bölüşüb.

Hökumət başçısı Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu və s. kimi bir sıra layihələrdə mühüm halqa olduğunu vurğulayıb:

“Azərbaycan bundan sonra da Avrasiya İqtisadi İttifaqı üzrə tərəfdaşlarının ölkənin tranzit potensialından istifadə edə bilməsi üçün hər cür şərait yaratmağa hazırdır. Qitələri birləşdirən nəqliyyat layihələri çərçivəsində əməkdaşlıq bütün Avrasiya məkanında sabit, firavan, ləyaqətli və proqnozlaşdırıla bilən gələcəyə töhfə verəcəyinə əminik…”

Qısaca qeyd edək ki, Əli Əsədov AİB üzvlərinə təklif edib ki, yaxşı nəqliyyat, logistika imkanlarımız var, buyurun, istifadə edin, hər cür şərait yaratmağa hazırıq.

Amma bu, Bakıda Şimala ünvanlanmış yeganə reverans deyildi. Məlum oldu ki, Azərbaycan hərbçiləri sentyabrın 1-7-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərliyi altında bir sıra poliqonlarda, eləcə də Yaponiya dənizində keçiriləcək “Vostok-2022” strateji komanda-qərargah təlimlərdə iştirak edəcəklər. Bu təlimlərin mahiyyəti Rusiya və tərəfdaş ölkələrin Silahlı Qüvvələrinin birgə praktiki fəaliyyətidir.

Rusiya Müdafiə Nazirliyinin avqustun 29-da yaydığı məlumatda deyilir ki, artıq xarici hərbi kontingentlər Rusiyanın Primorsk diyarındakı Sergeyevsk poliqonuna gəlib. Bunlar KTMT ölkələri, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və tərəfdaş ölkələrin hərbiçiləridir: Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Laos, Monqolustan, Nikaraqua, Suriya, Tacikistandan olan hərbçilər və müşahidəçilərdir.

“Vostok-2022” təlimlərində ümumilikdə 50 mindən çox hərbi qulluqçu, 5 mindən çox silah və hərbi texnika, 140 təyyarə, 60 hərbi gəmi və kater iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bu təlimlərə hərbçilərinin göndərilməsi barədə məlumat verməyib. Çox güman, Bakının nümayəndələri təlimlərdə müşahidəçi qismində iştirak edirlər, çünki Azərbaycan KTMT və ŞƏT-in üzvü deyil.

Şübhəsiz ki, rəsmi Bakının bu addımları hökumətlərarası müzakirələrdə xeyli əvvəldən razılaşdırılır və illik qrafikə salınır. Nəzərə alaq ki, 6 ay əvvəl – fevralın 22-də Moskvada qəbul edilmiş Azərbaycan və Rusiya arasında qarşılıqlı müttəfiqlik və birgə fəaliyyət haqqında Bəyannamə qüvvədədir. Hər iki ölkənin qanunverici orqanları bu sənədi ratfikasiya etməyə ehtiyac duymasalar da qarşılıqlı müzakirələrdə əsas istinad mənbəyinə çevrilib.

İyunun 29-da Aşqabadda keçirilmiş Xəzəryanı ölkələrin sammitində Rusiya prezidenti Vladimir Putinin dediyi bəzi fikirlər diqqətdən qaçmamışdı. Azərbaycanlı həmkarı ilə görüşdən sonra Putin jurnalistlərə bildirmişdi ki, İlham Əliyevdən cazibədar təkliflər alıb. O əlavə etmişdi ki, yaxın zamanlarda Rusiya Baş naziri Mixail Mişustinin və Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin Bakıya səfərləri nəzərdə tutulub. Rusiya rəsmilərindən əvvəl Ukraynada işğalçı müharibənin simvolu sayılan “Z” işarəli hərbi gəmilər hərbi oyunlar çərçivəsində Bakı buxtasına yan almışdı və bu görüntülər Azərbaycan cəmiyyətində suallara və tənqidlərə yol açmışdı.

Bəzi ekspertlərin qənaətinə görə, Rusiya və Azərbaycan arasında qeyd olunan bu yaxınlaşma elementləri hansısa razılaşmadan xəbər verir. Çünki avqustun 4-də Laçında həyata keçirilən “Qisas” əməliyyatı, ondan qısa müddət sonra Laçın dəhlizinin Azərbaycana təhvil verilməsi, Laçın şəhərinin, ətraf kəndlərin tələsik boşaldılması, alternativ yolun işə salınması təsadüfi deyil. Bundan başqa, sülhməramlıların komandanı general Volkov yerli erməni icması ilə keçirdiyi toplantıya Rusiya ilə yanaşı Azərbaycan və Ermənistanın bayraqlarını qoyması da müsbət işarələrdən biri hesab olunur. Bütün bu prosesdə Ermənistan yoxdur, Qarabağdakı separatçı qruplaşmanın etirazlarına isə məhəl qoyulmur. Ekspertlər güman edirlər ki, Qarabağın digər ərazilərinin Azərbaycanın suverenliyinə mərhələ-mərhələ qaytarılması müqabilində Rusiyanın bəzi şərtləri yerinə yetirilə bilər. Söhbət sülhməramlıların mandatının Bakı tərəfindən təsdiq olunması, onlara de-fakto hərbi baza statusunun verilməsi, Azərbaycanın tədricən Kremlin postsovet məkanındakı inteqrasiya layihələrində iştirakı ola bilər.

Müşahidəçilər ona da diqqət çəkirlər ki, Azərbaycan ötən ay Avropa ittifaqı ilə Strateji enerji sazişi imzaladı və Moskvadan hər hansı təpki ilə üzləşmədi. Habelə Rusiya tərəfindən cəzalandırılan Qazaxıstanın neftinin bir hissəsinin BTC ilə Avropa bazarlarına nəql edilməsi də Kremldə qıcıq doğurmur.

Qarşıda isə (31 avqust) Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə keçiriləcək növbəti Əliyev-Paşinyan görüşü var. Şarl Mişelin vasitəçilik etdiyi növbəti görüşdə tərəflər sülh müqaviləsi üzrə prioritetləri razılaşdıra bilərlər. Bu görüş ərəfəsində V.Putin Paşinyanla telefonda danışıb və 10 noyabrda qəbul edilmiş üçtərəfli sənədin icrasını müzakirə edib. Kremldən Bakıya isə hələ ki, zəng gəlməyib…
pressklub
 
Ardını oxu...
Yunanıstanın NATO missiyasındakı türk döyüş təyyarələrinə radar kilidi qoyması və Kritdə yerləşdirilmiş S-300 hava hücumundan müdafiə sistemi ilə bizim təyyarələri təqib etməsi gərginliyi artırıb.

Axar.az xəbər verir ki, bunu təqaüddə olan türkiyəli pilot, general Bəyazid Karataş deyib.

Karataşın sözlərinə görə, Qarşılıqlı Müdafiə Əməkdaşlıq Müqaviləsinə əsasən, ABŞ-ın Yunanıstanın quru, dəniz və hava bazalarının istifadəsi ilə bağlı böyük imtiyazı var:

“Xüsusilə Ukrayna böhranından sonra ABŞ bölgədə strateji bombardmançı təyyarələrinin sayını artırıb. Və NATO ölkələri üzərində hazırlıq əməliyyatları adı altında uçuşlar edir”.

General bildirib ki, Türkiyənin bu mərhələdə S-400-ləri Egeyə gətirməyə ehtiyac yoxdur:

“Çünki bu, gərginliyi daha da artıra bilər. Bu halda isə ABŞ-la münasibətlər pozulacaq və sanksiyalar artacaq”.

Generalın sözlərinə görə, hazırda Yunanıstan ABŞ üçün bir "peşka"dır:

“ABŞ dünyada itirdiyi liderliyinə görə Ukrayna böhranını işə salıb. Və yeni düşmənlər qazanıb. Həm də Avropada NATO müzakirələrini aradan qaldıraraq kənara çəkilib. Avropa ABŞ-ın tələsinə düşdüyünü gələcəkdə iqtisadi vəziyyəti daha da pisləşəndə anlayacaq. Egey dənizi strateji su yoludur. Yunanıstandakı bazalar təkcə Rusiyaya nəzarət üçün deyil, həm də bölgədəki həyat damarlarını bağlamağa istiqamətlənmiş bir işdir. İndi Yunanıstan demək olar ki, tamamilə Amerikanın işğalı altındadır. Rusiyanı mühasirəyə almaq üçün hesablanmış bu bazalar həm də Türkiyəyə təzyiq vasitəsidir”.
 
Ardını oxu...
Bu gün Türkiyədə Zəfər Bayramı qeyd edilir. “Report” xatırladır ki, 1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibənin 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnməsi bayram kimi qeyd olunur.

Birinci Dünya Müharibəsindən məğlub çıxmış Osmanlı dövlətinin düşmən ölkələr tərəfindən parçalanmasının qarşısı bu qələbə ilə alınıb. 1919-1922-ci illərdə davam edən Qurtuluş Savaşının ən həlledici mərhələsi hesab edilir.
İlk dəfə 1923-cü ildə qeyd edilən qələbə günü 1926-cı ildən rəsmi olaraq Zəfər Bayramı elan olunub.

Avqustun 30-u həmçinin Türkiyə Silahlı Qüvvələri Günü kimi əlamətdardır.
 
 
 
Ardını oxu...
Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə və təhlükəsizlik sektorunun nümayəndələri ilə görüş keçirib. İclasda Silahlı Qüvvələrin, kəşfiyyat orqanlarının, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Ukrayna Təhlükəsizlik Xidmətinin və digər müdafiə qüvvələrinin rəhbərləri iştirak ediblər. “Məxfi” (bəzi mənbələrdə qapalı) kimi tövsif edilən iclas iştirakçıları cəbhədəki döyüş vəziyyəti ilə bağlı məlumatlarö dinləyib, digər təhlükəsizlik və müdafiə məsələlərini müzakirə ediblər. Onlar ayrı-ayrılıqda Ukrayna ordusunun ehtiyaclarına və müxtəlif səviyyələrdə Ukraynanın beynəlxalq tərəfdaşları ilə koordinasiyaya diqqət yetiriblər. Ali Baş Komandanın əvvəlki sərəncamlarının icrasının gedişi də müzakirə olunub.
Bu məlumatı Ukrayna prezidentinə məxsus olan “president.gov.ua” saytı yayıb...
 

Dünyapress TV

Xəbər lenti